Videokonfrans xidməti

 

 

“Aztelekom” MMC istifadəçilərə, respublikanın bir və ya bir neçə məntəqələri ilə eyni zamanda video rabitə yaratmaq imkanı olan, əhatə dairəsi hüdudsuz “videokonfrans” rabitə xidmətini təklif edir.

Nazirlik, komitə, baş idarə, bank, şirkət və digər hüquqi, fiziki şəxslər Bakı şəhəri və ya bölgələrdə yerləşən qurumlarla keçirilən müşavirələr zamanı videokonfrans rabitə şəbəkəsini ucuz qiymətlərlə qısa və ya uzun müddətə icarəyə götürə bilərlər.