İP-telefoniya

“Aztelekom” MMC sabit şəbəkə istifadəçilərinə dünyanın istənilən ölkəsinə İnternet şəbəkəsi üzərindən “İP telefoniya” xidməti ilə çox sərfəli beynəlxalq danışıqlar aparmağı təklif edir.

Xidmətin beynəlxalq çıxış kodu”0- 00”-dır. Məsələn, Rusiyanın Moskva şəhərinə yığım qaydası aşağıdakı kimidir:
0-00-7 495 xxx-xx-xx
Burada 0-şəhərlərarası beynəlxalq çıxış kodu, 00-“İP telefoniya” üzərindən çıxış kodu, 7-Rusiyanın ölkə kodu, 495-Moskvanın kodu, xxx-xx-xx şəhər nömrəsidir.

İP-telefoniyanın üstünlükləri:

  • Danışıq haqqının adi telefoniyaya nisbətən daha aşağı olması
  • Qabaqcıl texnoloqiya olması

Dünyanın istənilən ölkəsi ilə daha ucuz və keyfiyyətli rabitə xidməti yaratmaq üçün "Aztelekom" MMC-nin İP telefoniya xidmətlərindən istifadə edin!

Respublika ərazisindən bütün beynəlxalq istiqamətlərə İP telefoniya ilə aparılan danışıqların 1dəqiqəsi cəmi 15 qəpik !