CDMA

Bu rabitə sistemi 1993-cü ildə Amerika Telekommunikasiya Sənayesi Assosiasiyasında İS-95 standartına uyğun olaraq standartlaşdırılmışdır. CDMA texnologiyası İTU tərəfindən 3-cü nəsil mobil rabitə sisteminin hazırlanması üçün əsas kimi tövsiyyə olunmuşdur. CDMA texnologiyasının GSM texnologiyasına nisbətən bir sıra üstünlüklərə malikdir.

Səs və danışığın yüksək keyfiyyətlə ötürülməsi: CDMA texnologiyası da adi kabel rabitəsində olduğu kimi, yüksək keyfiyyətlə danışığın və səsin ötürülməsini təmin edir.

Bundan əlavə, CDMA fon maneələrini, paralel kanallar arası danışıqları və digər maneələri dəf edərək informasiyanın məxfiliyinin saxlanılmasını və rabitənin keyfiyyətini artırır.

Enerjinin daha az sərfiyyatı: CDMA telefonları ilə verilənlərin ötürülməsi zamanı digər texnologiyalarda istifadə olunan telefonlara nisbətən daha az enerji sərf olunur ki, bu da, batareyanın işləmə müddətinin, danışığın davametmə müddətinin və gözləmə vaxtının artmasına səbəb olur. Kiçik batareyalardan istifadə edilməsi istehsalçılara həcmcə balaca və yüngül telefonların istehsal olunmasına imkan yaradır.

Danışıq kəsintilərinin sayının az olması: CDMA sistemin tam yüklənməsinin nəticəsi olan paralel və kəsilən danışıqları, xətlərin məşğulluğu haqqında siqnalların qarşısını virtual olaraq alır və bununla da sistemin buraxma qabiliyyətini artırır.

CDMA vasitəsilə rəqəmsal idarə olunan kanallardan istifadə olunması zəng edən abonentin təyini, operativ məlumatların və verilənlərin ötürülməsi də daxil olmaqla, istifadəçilərə yeni xidmətlərdən geniş istifadə üçün imkan yaradır. Siqnal spektrinin genişləndirilməsi süni maneələrin qarşısını aldığından təsadüfi deyil ki, CDMA hərbi rabitə sistemlərində geniş istifadə edilir.

«Aztelekom» MMC-də CDMA simsiz rabitə xidməti 2005-ci ilin sentyabr ayında istismara verilmişdir. İstismara verilən zaman əhatə dairəsi Bakı, Abşeron və Şamaxı rayonunu əhatə edirdi. Qısa müddətdə bu xidmətin regionlarda tətbiqi istiqamətində tədbirlər görülmüş və hazırda Aztelekom MMC-nin 38 baza stansiyasından ibarət CDMA simsiz rabitə xidməti Respublikanın 24 rayon (Abşeron, Şamaxı, Lənkəran, Zaqatala, Quba, Xaçmaz, Masallı, Şəmkir, İmişli, Şəki, Kürdəmir, Qax, Balakən,  Ağdam, Füzuli, Beyləqan, Ağdaş, Ağsu, Cəlilabad, Yevlax, Göyçay, Bərdə, Goranboy, Şabran) və 5 şəhərinin (Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan) ərazisində təşkil olunmuşdur.

Bakı şəhəri və Abşeron rayon ərazisi üçün nəzərdə tutulmuş “012” indeksli CDMA abunəçilərinin Bakı şəhərində yerli lokal şəbəkə ilə apardığı danışıqlara vəsait hesablanılmır.

Bundan əlavə, 2015-ci ilin mart ayından Respublika ərazisində 15 manatlıq tarif paketi 044 zona kodu ilə yeni qızıl nömrələr (044-210 xx xx, 044 211 xx xx, 044 212 xx xx)  satışa çıxarılmışdır. Bu tarif paketinin əsas üstünlüyü Respublika ərazisində abunəçilərin yerdəyişməsindən asılı olmayaraq bütün şəhərlərarası çıxış zəngləri (Naxçıvan MR, mobil operatorlar və beynəlxalq çıxışlar istisna olmaqla) pulsuzdur.

Şəhər və rayonlarda əlavə olaraq  CDMA simsiz rabitə xidmətində “044” zona kodu üzərindən digər  prefikslər tətbiq olunmaqla yeddi rəqəmli nömrələnmə planına uyğun olaraq satış aparılır.

 Məsələn: Gəncə şəhərində CDMA abonentlərinin nömrələnmə sistemi 044-222-xx-xx; Sumqayıtda - 044-208-xx-xx;  Şəkidə - 044-277-xx-xx; Zaqatalada – 044-274-xx-xx ; Lənkəranda – 044-271-xx-xx  və s. şəklindədir. Müxtəlif bölgəyə aid olan abunəçilərin zənglərinin 1 dəqiqəsi şəhərlərarası tarifə müvafiq olaraq 5 qəpikdən hesablanılır.

Yeni tarif paketi istifadə edən abunəçilər istisna olmaqla, CDMA abonentləri, yerdəyişmə etdikləri halda (yəni, bir regiondan digərlərinə getdikdə) həm çıxış, həm də giriş zəngləri həmin abonentlərin hesabına şəhərlərarası danışıq kimi qəbul edilir.

Hazırda Aztelekom MMC-nin CDMA rabitə xidmətləri üçün 3 tarif paketi tətbiq edilir (aylıq abunə haqları 15 manat, 10 manat olmaqla limitsiz və 2,5 manat olmaqla limitli). 

Aztelekom MMC-nin CDMA rabitə xidməti üzrə tariflər

Limitli paket (Ayda 450 dəq. Lokal giriş-çıxış danışıq limiti)

Qoşulma haqqı (birdəfəlik)

10 manat

Aylıq abunə haqqı

2,5 manat

Yerli CDMA və sabit şəbəkəyə çıxış və giriş zəngləri

Limitdən artıq hər dəq. 1 qəpik

Şəhərlərarası, beynəlxalq və mobil danışıqlar

Mövcud tariflərə uyğun

İnternetdən 1 Mbayt trafikə görə istifadə haqqı

1 qəp.

1 servis xidmətindən aylıq istifadə haqqı

35 qəp.

 

 

 

Limitsiz paket (Lokal giriş-çıxış danışıqları limitsiz)

Qoşulma haqqı (birdəfəlik)

10 manat

Aylıq abunə haqqı

10 manat

Yerli CDMA və sabit şəbəkəyə çıxış və giriş zəngləri

Pulsuz

Şəhərlərarası, beynəlxalq və mobil danışıqlar

Mövcud tariflərə uyğun

İnternetdən 1 Mbayt trafikə görə istifadə haqqı

1 qəp.

1 servis xidmətindən aylıq istifadə haqqı

35 qəp.

 

Limitsiz paket (Lokal giriş-çıxış danışıqları limitsiz)

Qoşulma haqqı (birdəfəlik)

10 manat

Aylıq abunə haqqı

15 manat

Nömrə seçimi haqqı

5 manat

Yerli CDMA və sabit şəbəkəyə çıxış və giriş zəngləri (044-210, 211, 212 nömrələrinin giriş zəngləri istisna olmaqla)

Pulsuz

Şəhərlərarası çıxış zəngləri

Pulsuz

Beynəlxalq və mobil danışıqlar

Mövcud tariflərə uyğun

İnternetdən 1 Mbayt trafikə görə istifadə haqqı

1 qəp.

1 servis xidmətindən aylıq istifadə haqqı

35 qəp.

 

Servislər

Hər bir xidmətin qoşulma haqqı pulsuz, aylıq abunə haqqı 35 qəpikdir.

Şərtsiz yönləndirmə

Məşğul halda yönləndirmə

Cavab vermədikdə yönləndirmə

Cari vəziyyətə görə yönləndirmə

Xətdə gözlətmə

Zəngin ötürülməsi

Nömrənin gizlədilməsi

3 tərəfli konfrans zəng

Konfrans zəng (çox tərəfli)

Narahat etmə

Pin kodla bütün çıxış zənglərinin bağlanması

Pin kodla çıxış zənglərinin seçimlə bağlanması

Kənardan servislərin idarə olunması

SERVİSLƏR

 

1. Yönləndirmə:         

a) Şərtsiz yönləndirmə - CFU

Bu yönlənmə zamanı zəng birbaşa yönəltdiyimiz nömrəyə gedir. məs: əgər  408-12-12 nömrəsini  408-44-99 nömrəsinə yönəltmişiksə,  408-12-12 nömrəsinə zəng vurduqda  408-44-99 nömrəsi cavab verəcəkdir.

Abonent telefonda yığmalıdır:

*62+№ - yönləndirmək istədiyi nömrə - «Yes»- qeydə alınma.

#66 «Yes»– deaktivləşdirmə.

*66 «Yes»– aktivləşdirmə.

#62 «Yes»– ləğv edilmə; kimi əməliyyatlar aparılır.

 

b) Məşğul halda yönləndirmə - CFB

Bu yönlənmə zamanı yönləndirilmiş nömrə məşğuldursa, zəng yönlətdiyimiz nömrəyə gedir. məs: əgər 408-12-12  nömrəsini 408-44-99 nömrəsinə yönlətmişiksə və zəng etdiyimiz zaman 408-12-12 nömrəsi məşğuldursa, zəng  408-44-99 nömrəsinə gedəcəkdir.

Abonent telefonda yığmalıdır:

*67+№ - yönləndirmək istədiyi nömrə - “yes”- qeydə alınma.

#68 «Yes»– deaktivləşdirmə.

*68 «Yes»– aktivləşdirmə.

#67 «Yes»– ləğv edilmə.

 

c) Cavab vermədikdə yönləndirmə - CFNA

Bu yönlənmə zamanı yönləndirilmiş nömrə cavab vermirsə 5 zəngdən sonra yönəltdiyimiz nömrəyə zəng gedir. Məs: əgər  408-12-12 nömrəsini 408-44-99 nömrəsinə yönlətmişiksə, 408-12-12 nömrəsinə zəng vurduqda əgər 5 zəngə cavab vermirsə, bu zaman zəng yönəltdiyimiz nömrə olan 408-44-99 nömrəsinə gedəcəkdir.

Abonent telefonda yığmalıdır:

*61+№ - yönləndirmək istədiyi nömrə - “yes”- qeydə alınma.

#64 «Yes»– deaktivləşdirmə.

*64 «Yes»– aktivləşdirmə.

#61 «Yes»– ləğv edilmə.

 

d) Cari vəziyyətə görə yönləndirmə - CFD

Bu yönlənmə zamanı yönləndirilmiş nömrə cavab vermədikdə və yaxud məşğul olduqda zəng yönəltdiyimiz nömrəyə gedir. Məs: əgər  408-12-12 nömrəsini 408-44-99 nömrəsinə yönlətmişiksə, 408-12-12 5 zəngə cavab vermirsə və yaxud məşğuldursa, bu zaman zəng  408-44-99 nömrəsinə gedəcəkdir.

Abonent telefonda yığmalıdır:

*63+№ - yönləndirmək istədiyi nömrə - “yes”- qeydə alınma.

#69 «Yes»– deaktivləşdirmə.

*69 «Yes»– aktivləşdirmə.

#63 «Yes»– ləğv edilmə.

 

2. Xətdə gözlətmə (ikinci xətt) – CW

Bu servis hər hansı nömrədə aktiv olduqda:

Nömrə məşğuldursa bu nömrəyə zəng etdiyimiz zaman anons eşidilir: “Zəhmət olmasa xətdə gözləyin, zəng etdiyiniz nömrə hazırda məşğuldur.” Servisi aktiv olan nömrəyə isə siqnal səsi gəlir. Gələn zəngi qəbul etmək üçün «Yes» düyməsi basılır.

* 43 «Yes»-aktivləşdirmə.
# 43 «Yes»- ləğv edilmə.

 

3. Zəngin ötürülməsi  -  CT

İki nömrə bir-biriylə danışır , bu servisi aktiv olan nömrə «Yes» düyməsini basır və 2-ci nömrəni yığır , özü dəstəyi yerə qoyur. Yığdığı nömrələr xətdə qalıb bir-biriylə danışır. Beləliklə, nömrələri yığıb bir-birinə ötürür, özü isə xətdən çıxır.
Bu servis ATS-də aktivləşdirilə və ləgv edilə bilər.

 

4. Nömrənin gizlədilməsi  - CNİR

Abonent telefonda yığmalıdır :
* 31 # +yığmaq istədiyi nömrə «Yes» - Kod yığaraq nömrəni göstərmək üçün.
# 31 # + yığmaq istədiyi nömrə «Yes» - Kod yığaraq nömrəni gizlətmək üçün.

Bu servis ATS-də aktivləşdirilə və ləgv edilə bilər.

 

5. 3 tərəfli konfrans zəng  -   3WC

Bunun üçün 1-ci nömrə adi qaydada yığılır , 2-ci nömrəni yığmaq üçün « Yes » düyməsi basılır , 2-ci nömrə yığılır . Nömrə cavab verdikdən sonra , yenidən «Yes » düyməsi basılır.
Beləliklə , hər üç nömrə bir-biri ilə danışa bilir . 2-ci nömrəni yığarkən , 1-ci nömrədə anons eşidilir : «Zəng etdiyiniz nömrə hazırda məşğuldur , zəhmət olmasa , xətdə gözləyin ».
Bu konfrans zəngdə yalnız 3 nömrə birlikdə danışa bilər.
Bu servis ATS-də aktivləşdirilə və ləgv edilə bilər. 

 

6.Konfrans zəng.  CC

Bunun üçün 1-ci nömrə adi qaydada yığılır , 2-ci nömrəni yığmaq üçün « Yes » düyməsi basılır və * 81 + 2-ci № üçün yığım aparılır. Nömrə cavab verdikdən sonra , yenidən « Yes » düyməsi basılır . Beləliklə , hər üç nömrə bir-biri ilə danışa bilir . 2-ci nömrəni yığarkən , 1-ci nömrədə anons eşidilir : « Zəng etdiyiniz nömrə hazırda məşğuldur , zəhmət olmasa , xətdə gözləyin ».
Abonent telefonda yığmalıdır :
* 81 + 2-ci № «Yes»- nömrəni konfransa daxil etmək üçün.
# 81 «Yes»- nömrəni konfransdan çıxartmaq üçün.

Bu servis ATS-də aktivləşdirilə və ləgv edilə bilər.

7. Narahat etmə - DND

Bu servisi aktiv olan nömrəyə zəng vurduqda anons eşidilir : « Abunəçiyə zəng çatmır, zəhmət olmasa, bir azdan zəng edin »
Abonent telefonda yığmalıdır:
* 76 «Yes»-aktivləşdirmə.
# 76 «Yes»-ləğv edilmə

# 33 ----«Yes»---- yığıldıqda , anonsda Pin kodun yığılması tələb olunur . Bu aktivləşmədir .
* 450----«Yes»---yığıldıqda , anonsda Pin kodun yığılması təələb olunur . Bu ləğv edilmədir .

 

8. Pin kodla bütün çıxış zənglərinin bağlanması – SPİNA

Bu servisi aktiv olan nömrənin heç bir yerə çıxışı olmur. Bu anons eşidilir “Bağışlayın, sizin bu çağırışa icazəniz yoxdur.” Lakin bəzi xüsusi xidmətlər yığılmalıdır. Bu servis üçün «8888#» Pin kod nömrəsidir. Abunəçi öz istəyi ilə bunu dəyişə bilər.

  Abonent telefonda yığmalıdır:

*33-«Yes»- bu zaman anons eşidilir, zəhmət olmasa köhnə Pin kodunuzu yığın və # düyməsini basın. Bunun üçün «8888#» kodu yığılmalıdır, sonra anonsda yeni Pin kodunuzun daxil edilməsi tələb olunur. Pin kod «8888#» yığılmalıdır. (yeni Pin kod abunəçinin istəyi ilə dəyişdirilə bilər, bu hər hansı 4 rəqəm və # düyməsi ola bilər). Bu qeydə alınmadır.

# 33 «Yes» yığıldıqda , anonsda Pin kodun yığılması tələb olunur. Bu aktivləşmədir .
* 450  «Yes» yığıldıqda , anonsda Pin kodun yığılması tələb olunur. Bu ləğv edilmədir .

 

9. Pin kodla çıxış zənglərinin seçimlə bağlanması  -  SPİNİ

Bu servislə çıxış zəngini müxtəlif hallar üçün bağlamaq olar. Məsələn, «0» kodunu, «00» kodunu, həm də lokal danışıqları kodlaşdırıb bağlamaq olar.

Kodlaşdırdıqdan sonra, məhdudiyyət qoyulmuş nömrəni yığdıqda, anonsla Pin kodun yığılması tələb olunur. «8888#» Pin koddur. Pin kod yığıldıqdan sonra zəng gedir. (Pin kod dəyişdirilə bilər)

Abonent telefonda yiğmalıdır:
* 44 «Yes» -bu zaman anonsda köhnə Pin kodun, sonra isə yeni Pin kodun 2 dəfə yığılması tələb olunur. Bu qeydə alınmadır.
* 41 «Yes»-yığıldıqda, anonsda Pin kodun yığılması tələb olunur. Bu aktivləşmədir.
* 42«Yes»-yığıldıqda, anonsda Pin kodun yığılması tələb olunur. Bu ləğv edilmədir.

 

10. Kənardan servislərin idarə olunması - RFC 

Bu servisdən istifadə etmək üçün, abonent nömrəsində olan servislərin xidmət kodunu və Pin kodu bilməlidir. Pin kod yalnız ATS-də aktivləşdirilə və yaxud dəyişdirilə bilər.
Bunun üçün istənilən sabit və mobil şəbəkədən " 408-99-99 " nömrəsi yığılır. Bu zaman anons eşidilir: « Zəhmət olmasa , öz telefon nömrənizi yığın və # düyməsini basın ». Məsələn, əgər abonentin nömrəsi "408-12-12"-dirsə, nömrə bu qaydada yığılmalıdır "12408-12-12 #" . Sonra bu anons eşidilir: «Zəhmət olmasa, Pin kodunuzu yığın və # düyməsini basın». Məsələn, əgər Pin kod "1234"rəqəmləridirsə," 1234 #" yığılmalıdır. Sonra bu anons eşidilir: « Zəhmət olmasa, xidmət kodunuzu daxil edin və # düyməsini basın. Məsələn, əgər abonent şərtsiz yönləndirmə servisini öz telefonunda aktivləşdirmək istəyirsə, * 62+ yönləndirmək istədiyi nömrəni və # yığmalıdır. Beləliklə, kənardan, yəni, öz telefonu üzərində heç bir əməliyyat aparmadan şərtsiz yönləndirmə servisini aktiv etmiş olur.
Bu servis vasitəsilə bütün servislərin qeydə alınma və aktivləşdirmə (ləğv edilmə və de-aktivləşmə istisna olmaqla) əməliyyatlarını aparmaq olar.

 

İnternet xidməti 

İnternətə qoşulma və aylıq abunə haqqı pulsuzdur. 1 Mbayt data trafikinin haqqı 1 qəpikdən hesablanılır.

Təklif olunan telefon modelləri