Ödəmə məntəqələrimiz

«Aztelekom» MMC vətəndaşlardan, müəssisə və təşkilatlardan göstərilmiş rabitə xidmətlərinə görə olan borclarını vaxtında ödəmələrini xahiş edir.

Rabitə xidmətlərinə olan borcları «Aztelekom» MMC-nin Tbilisi prospekti, 187 ("20 yanvar" metro stansiyasının yanı) və S.Rüstəm küçəsi – 54 ünvanlarında yerləşən abunə şöbələrində və bütün poçt şöbələrində, eyni zamanda poçtalyonları evə dəvət etməklə (bu pulsuzdur) ödəmək olar. Həmçinin regionlarda yerli TKQ və  poçt şöbələrinə müaricət edə bilərsiniz. Ödəmə məntəqələri həftənin bütün günlərində fasiləsiz işləyir.

Rabitə xidmətlərinə görə yaranmış borclarını vaxtında ödəməyən abunəçilərə göstərilən xidmətlər məhdudlaşdırılacaqdır.