TAC ödəmə kartları

Istifadə qaydaları:


“124" kodunu yığmağla ev telefonu-nuzun balansını öyrənir və PİN kodu daxil etdikdə telefon balansınıza pul vəsaiti yükləyirsiniz.

“178" kodunu yığmağla stansiyadan hazırlıq siqnalı alırsınız. Siqnaldan sonra abonentin nömrəsini yığırsınız və “#” düyməsini basmaqla danışığa başlayırsınız.

Məs: Mobil - 50 xxx-xx-xx; 
Naxçıvan - 36 - xxx-xx-xx; 
Rusiya - 07-xxxx-xx-xx-xx.

«Tac Kart» – ın üstünlükləri :

  • Yüklədiyiniz kartın dəyərinin 20% miqdarında əlavə bonus balansınıza yüklənir.
  • Abunəçi telefonunun balansına hər zaman nəzarət edə bilir
  • Şəhərlərarası telefon danışığına görə abunəçinin telefonu hec vaxt bağlanmır
  • Abunəçinin danışıq haqqını ödəmək ücün abunə və ya poçt şöbəsinə getməyə ehtiyacı olmur
  • Abunəçidən hər bir danışığa görə onun hesabına yazılan emal haqqı alınmır, danışıq ucuz başa gəlir
Telefonun «0» kodunun açıq olub olmamasının bu sistem üçün əhəmiyyəti yoxdur.
Diqqət: TAC aktivləşdiyi zaman diğər xidmətlər bağlanır. TAC xidməti Bakı şəhərində aktiv deyil.

"181" əvvəlcədən ödəniş kartları  

Istifadə qaydaları:

Şəhər telefonundan “181" kodunu yığmağla kartınızın PİN kodu daxil etdirsiniz. Anonsdan sonra abonentin nömrəsini yığırsınız və “#” düyməsini basmaqla danışığa başlayırsınız.

Məs: Mobil - 70 xxx-xx-xx; 
Naxçıvan - 36 - xxx-xx-xx; 
Rusiya - 07-xxxx-xx-xx-xx.

"181"-in üstünlükləri :

    • Yüklədiyiniz kartın dəyərinin 20% miqdarında əlavə bonus balansınıza yüklənir.
    • "181" danışıq kartından müxtəlif telefonlarda (nömrələrdə) istifadə etmək mümkündür.
    • Əvvəlcədən ödənişli «181» danışıq kartları istifadəçilər üçün çox əlverişlidir. Belə ki, bu kartları almaqla «0»a çıxışı bağlı olan nömrələr də daxil olmaqla respublika şəbəkəsində istənilən şəhər və kənd telefon nomrələrindən şəhərlərarası, beynəlxalq və mobil şəbəkəyə danışıq aparmaq olar.
    • «181» danışıq kartlarından istifadə zamanı telefonlar borca görə bağlanmır və istifadəçi danışıqların müddətini şəxsi büdcəsinə üyğün müəyyənləşdirir.
    • Çox sadə şəkildə olan xidmətdən istifadə qaydaları hər bir danışıq kartının arxa üzündə yazılmışdır.
    • Əvvəlcədən ödənişli «181» danışıq xidməti – vaxtınıza qənaət, büdcənizə nəzarət deməkdir!

     


    CDMA

    İstifadə qaydası:

    CDMA telefonlarının abunə və digər xidmətlərinin ödənişi üçün “124" kodu və ya “124 # pinkod # YES"