«Tac Kart»

Yığım qaydasında dəyişiklik!

Hörmətli «Tac Kart» istifadəçiləri! 15 dekabr 2016-cı il tarixdən etibarən «123» qısa nömrəsi əvəzinə «178» qısa nömrəsini yığmağınızı xahiş edirik.

«Tac Kart»dan istifadə qaydaları:

“178" qısa nömrəsini yığmaqla stansiyadan hazırlıq siqnalı alırsınız. Siqnaldan sonra abonentin nömrəsini yığırsınız və “#” düyməsini basmaqla danışığa başlayırsınız.

«Tac Kart»–ın üstünlükləri :
  • Abunəçi telefonunun balansına hər zaman nəzarət edə bilir
  • Şəhərlərarası telefon danışığına görə abunəçinin telefonu hec vaxt bağlanmır
  • Abunəçinin danışıq haqqını ödəmək ücün abunə və ya poçt şöbəsinə getməyə ehtiyacı olmur
  • Abunəçidən hər bir danışığa görə onun hesabına yazılan emal haqqı alınmır, danışıq ucuz başa gəlir.
  • Telefonun «0» kodunun açıq olub olmamasının bu sistem üçün əhəmiyyəti yoxdur.

Qeyd edək ki, «Tac Kart»- rabitə sahəsində debitora alternativ olaraq yaradılmış kredit sistemidir. Abunəçi debitor sistemi ilə həyata keçirilmiş beynəlxalq və şəhərlərarası danışıqlara görə ödəməni «Tac Kart» sistemi vasitəsilə pul vəsaitini telefonun balansına köçürməklə ödəyir.

Balansa pul vəsaitinin yüklənməsi üçün 181 və ya 124 nömrələrindən istifadə olunur. Abonent bundan sonra beynəlxalq və şəhərlərarsı danışıqlar etmək üçün 178 qısa nömrəsini yığır.