Xəbərlər

Smartfon ölçülü mini-kompüter satışa çıxarılacaq

04-Nov-15 15:04.

Niderlandın “The Hague” şirkəti bazara professional fərdi kompüter və ya noutbukların tam funksiyaları ilə təchiz edilməyən yeni kompakt qurğu çıxaracaq. “Ockel Sirius B” adlanan mini-kompüter ilk növbədə sadə istifadəçilərin əsas tələbatını ödəmək üçün nəzərdə tutulur.

Qurğu “Intel” bazası əsasında işləyir və hazırda tərtibatçılar onun istehsalı üçün "Indiegogo” saytı vasitəsilə vəsait toplamaqla məşğuldurlar.

ABŞ şirkəti internetin paylanması üçün 300 hava şarı buraxır

29-Oct-15 16:05.

“Google” şirkəti stratosferə gellə doldurulmuş üç yüzə yaxın hava şarı göndərərək onların köməyi ilə Yer kürəsinin uzaq və ucqar ərazilərini yüksəksürətli internet bağlantısı ilə təmin edəcək. Şirkət artıq növbəti ildə hava şarlarından ibarət qlobal şəbəkə yarada biləcəyini düşünür ki, bu da dünyada məlumatların fasiləsiz ötürülməsinə və emalına imkan verəcək.


Rusiyada robot texnikası üzrə beynəlxalq mərkəz yaradılacaq

27-Oct-15 14:23.

Rusiya Təhsil və Elm Nazirliyi ölkədə robot texnikası üzrə beynəlxalq elmi istehsalat mərkəzinin yaradılacağını açıqlayıb. Bildirilir ki, yeni struktur Moskvada “MIS&S” Milli Texnoloji Universitetinin bazasında formalaşdırılacaq. Layihədə həmçinin “KamAZ”, “Tatneft”, “Soyuz-Aqro” və “Cognitive Technologies” şirkətlərinin iştirakı gözlənilir. Mərkəzin yaxın üç il üçün büdcəsi 1 milyard rubl (15 milyon 900 min dollar) təşkil edəcək.


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2015-ci ilin 9 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilib

22-Oct-15 16:21.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2015-ci ilin 9 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilib. İclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqindən irəli gələn vəzifələrdən, o cümlədən dövlət başçısının səsləndirdiyi iradlardan, qarşıdakı dövr üçün müəyyənləşdirdiyi mühüm vəzifələrdən və verdiyi tapşırıqlardan söz açıb.


Görülən 77 - 80 qədər, 1086 xəbərdən