Xəbərlər

“Aztelekom” regionlarda 4G texnologiyasının tətbiqinə başladı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti  regionlarda yeni texnologiyaların tətbiqi ilə telekommunikasiya infrastrukturunu müasirləşdirir.

Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətləri ilə təmin ediləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz Bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən telefon, internet, mobil rabitə, radio-televiziya yayımı və poçt xidmətləri ilə keyfiyyətli və dayanıqlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.

Beynəlxalq “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin seçim mərhələsi ilə bağlı tədbir keçirilib

Beynəlxalq “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin seçim mərhələsi ilə bağlı tədbir keçirilib

Bu gün Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Yüksək Texnologiyalar Parkı"nda "Microsoft Imagine Cup" texnologiya müsabiqəsinin yerli seçim mərhələsi ilə bağlı tədbir keçirilib.

Bayram günlərində internetiniz təhlükəsiz olacaq

“Aztelekom” MMC “SAF” – təhlükəsiz internet xidməti ilə bağlı yeni kampaniyaya başlayır.

Belə ki, “SAF” təhlükəsiz internet xidməti 29 dekabrdan 2018-ci ilin 7 yanvarınadək istifadəçilərə pulsuz təqdim olunacaq. “Aztelekom.net” internet provayderinin abunəçiləri üçün təklif edilən bu xidmət insanların, əsasən də azyaşlı uşaqların psixologiyasına mənfi təsir edən veb səhifələri filtrasiya edib cinayətkarlıq, əxlaqsızlıq və aqressivliyi əks etdirən internet saytlarına girişi nəzarətə götürür, arzuolunmaz saytların girişinə qadağa qoyur.

Qış tətilinə təsadüf edən bu 10 gün ərzində valideynlər “Aztelekom.net” saytındakı şəxsi kabinetlərinə daxil olub xidməti aktivləşdirə bilərlər.

Görülən 1 - 4 qədər, 1155 xəbərdən