Qaynar xətt xidməti
Bu xidmət “Aztelekom” İB tərəfindən göstərilən xidmətlərin sifarişi, təklif və şikayətlərin qəbulunun bir Pəncərə üzərindən təşkilini həyata keçirir.
Xidmət vasitəsi ilə istifadəçi “Aztelekom” İB-nin göstərdiyi xidmətlərə qoşula bilər, istifadə etdiyi xidmətlərdə baş vermiş nasazlıqların aradan qaldırılmasını sifariş edə bilər, öz arzu və təkliflərini, şikayətlərini birliyin müvafiq strukturlarına çatdıra bilər.
Bu xidmətdən istifadə etmək üçün vətəndaş 012 122 xidmətinə zəng edib (zənglər pulsuzdur) operatorla əlaqə yaradır, öz sifarişini, təklif və ya şikayətini bildirir. Onun sifariş, təklif və ya şikayəti ON-LİNE rejimdə müvafiq struktur bölmə tərəfindən icraya götürülür.