İKT Xəbərləri

İnformasiya Texnologiyaları Evində təlimlər keçirilir

Ötən ilin oktyabrında Azərbaycan  Tələbə Gənclər Təşkilatları İttifaqının nəzdində Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin dəstəyi ilə açılmış “İnformasiya Texnologiyaları Evi”ndə  2011-ci ilin noyabrından gənclərin kompüter biliklərinin artırılması məqsədi ilə keçirilən təlimlər davam edir.

Kurslarda dinləyicilərə informasiya texnologiyaları ilə bağlı ilkin biliklər, kompüter və proqram təminatı haqqında ümumi məlumatlar verilir. Word, Excel proqramlarında, internetdə əməliyyatların aparılması öyrədilir.
Bundan başqa, yanvarın sonunadək davam edəcək təlimlərin son dərslərində tələbələr sosial şəbəkələrdən istifadə və təhlükəsizliyin qorunması mövzusunda məlumat alacaqlar.
Qeyd edək ki, təlim kursları əvvəlcədən verilmiş elan əsasında müraciət edən tələbələrdən formalaşdırılmış  6 qrupda keçirilir. Hər qrup həftədə iki dəfə təlimdə iştirak edir və hər gün iki fərqli qrup təlimlərə qatılır.
Təlimlərin yekununda fərqlənən tələbələrə diplomların, digər tələbələrə isə iştiraklarını təsdiqləyən sertifikatların verilməsi nəzərdə tutulur. 

http://www.mincom.gov.az