Telefon çəkilişi, nömrənin dəyişdirilməsi və ada keçirilməsi
a- A+

Xidmətlərin göstərilmə qaydaları

     Vətəndaşlar telefon çəkilişi üçün rabitə müəssisələrinə elektron variantda və yaxud yazılı müraciət edirlər. Müraciət poçtla da göndərilə bilər.
Güzəştli vətəndaşlar bu güzəştləri təsdiq edən sənədlər təqdim etməlidirlər.
Rabitə müəssisəsi müraciət edənin müracətinin qəbulu barədə ona bildiriş vərəqəsi verir və ya poçtla göndərir.
     Telefon çəkilişi üçün olan müraciətlər aşağıdakı ardıcıllıqla təmin olunur:

     Müəssisələrin müraciətləri, vətəndaşların müraciətləri. Telefon rabitəsindən istifadəyə görə rabitə müəssisləri abunəçilərə hazırki qaydalara uyğun olaraq tərəflərin hüquq, vəzifə və məsuliyyətlərini əks edən müqavilə bağlayır. Müqavilə 2 nüsxədə tərtib olunur və onlardan biri abunəçiyə verilir,digəri isə rabitə müəssisəsində saxlanlır.
     Müqavilə aşağıdakı hallarda pozula bilər:
abunəçinin müraciətinə görə, 
abunəçi bu qayda ilə təyin olunmuş vəzifələri və müqavilə şərtlərini pozduqda rabitə müəssisələrinin qərarı ilə.

     Telefon çəkilişinin dəyəri ödənildikdən sonra rabitə müəssisəsinin verdiyi qaiməyə əsasən xəttin çəkilməsi və telefon aparatlarının qoşulması 7 gündən gec olmayaraq yerinə yetirilir.
     Telefon qurularkən smeta üzrə əlavə işlər görmək tələb olunarsa, telefonun çəkilişi işin dəyəri ödənildikdən sonra 15 gündən gec olmamaq şərtilə həyata keçirilir.
     Vətəndaşların müraciətinə əsasən kabelləşdirilməmiş yaşayış sahələrinin, binalarının, ofislərin və şəxsi evlərin telefonlaşdırılmasına “Obyektin telefonlaşdırılması üçün müvəqqəti qaydalar”a uyğun icazə verilir.
     Kabelləşdirmə işlərində iştirak etməyən vətəndaşa fərdi telefon çəkilərkən o, rabitə müəssisəsinin hesabına uyğun əlavə smeta dəyəri ödədməlidir.
     ATS avadanlığı və xətt qurğuları istismara verilənə qədər telefon çəkilişinin əvvəlcədən sənədləşdirilməsinə icazə verilir. Bu halda telefonun çəkiliş haqqı ödənildikdən sonra, vətəndaş və ya müəssisəsinin müqavilədə göstərilən müddətdən gec olmayaraq telefondan istifadə etməsi təmin olunmalıdır.
     Abunə haqqı işlədiyi gündən hesablanır.
     Telefonun rozetkaları texniki normaların tələblərinə uyğun olmaqla abunəçinin istəyinə uyğun yerdə qoyulur.
     Telefon şəbəkəsinə qoyulan tələbata uyğun sertifikatı olan telefon aparatları şəbəkəyə qoşulur.
Stansiya və xətdə boş tutum olduqda vətəndaşların mənzillərinə əlavə telefon çəkilməsinə məhdudiyyət qoyulmur.
     Fərdi telefonların qoşulması sıxlaşdırıcı qurğu tətbiq olunmaqla həyata keçirilə bilər.
     Abunəçi mənzildən köçərkən telefonu təhvil verdikdə rabitə müəssisəsi telefon çəkilişi haqqının güzəştlə ödənilməsi üçün  telefonun məxsus olduğu şəxsə və ya onun yazılı razılığı ilə ailə üzvlərindən birinə arayış verir.
     Abunəçi bir ATS ərazisində mənzilini dəyişdirdiyi ünvanda boş xətt olarsa, telefon yeni ünvana köçürülə və ya abunəçinin razılığı ilə mənzildə yaşayan ailə üzvlərindən birinin adına keçirilə bilər.
     Abunəçi şəhər və rayon daxilində, digər ATS-in ərazisinə köçdükdə telefon təhvil verilir. Əgər ailə tam köçmürsə, onda telefon bu ünvanda qalmış ailə üzvlərindən birinin adına keçirilir. Əks halda telefon çıxarılır.
     Hər iki mənzildə telefon olduqda  və köhnə mənzildəki telefon təhvil verildikdə telefon “təhvil verilmiş” kimi abunəçinin adına keçirilir.
     Abunəçi telefonlaşmış mənzilə köçərkən, o köhnə mənzildə telefonu təhvil verməyibsə, telefon çəkilişinə ümumi qayda əsasında baxılır.
     Boşanmış ər-arvaddan biri getdikdə, telefonun saxlanmasında həddi-buluğa çatmamış uşaqlar olan tərəfə üstünlük verilir.

     Texniki səbəblərdən telefon nömrələrinin dəyişdirilməsi abunəçinin razılığı olmadan həyata keçirilir və bu barədə abunəçi 10 gün əvvəl yazılı olaraq və ya telefonla xəbərdar edilir.
ATS-in indeksi dəyişdirdikdə, mətbuata və ya radio-televiziyada 10 gün əvvəl elanlar verilir.
     Abunəçinin xahişi ilə onun müraciətdə göstərdiyi müddətdə telefonun xətdən açılmasına abunə haqqı ödənilməklə icazə verirlir.
     Abunəçinin müraciətinə əsasən onun göstərdiyi müddətə telefonun şəhərlərarası telefon şəbəkəsinə çıxışı bağlanır. Abunəçi şəhərlərarası şəbəkəyə yenidən qoşulması üçün rabitə müəssəsinə təkrar müraciət etməlidir.
     ATS-in malik olduğu əlavə servis xidmətlərinin göstərilməsi abunəçinin müraciətinə əsasən həyata keçirilir.

     Rabitə müəssisələri aşağıdakı hallarda müəssisə və mənzillərdə qoyulmuş telefonların xətdən müvəqqəti açılmasına abunəçinin razılığı olmadan qərar verir:
     Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hallarda, o cümlədən, hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, təbıi fəlakət (qəza) baş verdikdə ;
-lisenziya olmadan 3-cü şəxsə xidmət göstərdikdə ;
-sertifikatı olmayan və nasaz aparatları xəttə qoşduqda.