Xəbərlər
- 29.05.2008 Azərbaycan Respublikası Ali Məhkəməsinin MƏLUMATI
-
6 may 2008-ci il tarixdə Ali Məhkəmədə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar elmi praktiki konfrans keçirilmişdir.
Konfransda «Heydər Əliyev və Azərbaycan» mövzusunda məruzə ilə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev müdrik şəxsiyyət Heydər Əliyevin dahiliyinin hamılıqla qəbul olunduğunu qeyd etmiş, böyük siyasət aləmində, dövlətimizin taleyüklü məsələlərinin çözülməsində müstəsna xidmətlər göstərmiş ulu öndərin şərəfli ömrünün xalqımızın taleyi ilə sıx bağlı olduğunu nəzərə çatdırmışdır. Ali Məhkəmənin sədri qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev şəxsiyyət və lider kimi dövlət idarəçiliyində daim hüququn, qanunun aliliyini rəhbər tutmuş, hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatını dövlətin ali vəzifəsi saymışdır. Heydər Əliyev ədalətli və müdrik rəhbər kimi tövsiyyə edirdi ki, yalnız qanunların və hüquq qaydalarının işlədiyi bir dövlətin sosial ictimai dayaqlarının möhkəmliyindən, dayanıqlı sabitlikdən, yüksək sosial maddi rifahdan danışmaq olar. Məhz bu səbəbdən də Heydər Əliyev dühası cəmiyyətdə daim haqqın, ədalətin bərqərar olmasına, hər bir fərqin qanuni maraq və mənafeyinin uca tutulmasına xidmət edir.