Azərbaycan Respublikasının Məhkəmə sistemi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən məhkəmə hüquq islahatlarının ilkin nəticəsi kimi ölkədə ilk dəfə olaraq birinci, apellyasiya və kassasiya instansiyalarından ibarət üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır.

Hazırda Azərbaycan Respublikasında rayon, şəhər məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi və yerli iqtisad məhkəmələri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi birinci instansiya məhkəməsi kimi fəaliyyət göstərir.

      

Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi birinci instansiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyətlərinə aid edilmiş cinayət işlərinə baxır.

 Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi müharibə və hərbi xidmət əleyhinə olan ağır və xüsusilə ağır cinayətlərə dair,habelə hərbi qulluqçular tərəfindən törədilmiş ağır və  və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır(göstərilən cinayətlər hərbi qulluqçusu olmayan şəxsin iştirakı ilə törədilmişsə onun barəsindəki işə də Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi  tərəfindən baxilir.)   

Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil edilib və onun yurisdiksiyası  Azərbaycan Respublikası Silahlı Qüvvələri qarnizonlarının bütün hərbi hissələrinə şamil edilir.

Ağır cinayətlərə dair işlərə birinci instansiya üzrə baxılması üçün bu məhkəmənin tərkibində andlılar məhkəməsi yaradıla bilər.