Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 130 illiyi münasibətilə, “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” 2011-ci ildə növbəti 6-cı dəfə keçirilmişdir. Olimpiadada iştirak üçün respublikanın 10 ali təhsil müəssisəsindən 47 komanda müraciət etmiş və qeydiyyatdan keçmişdir:

Qafqaz Universiteti – 10 komanda
Moskva Dövlət Universitetinin Bakı filialı – 9 komanda
Azərbaycan Dövlət Neft Akademiyası – 8 komanda
Azərbaycan Texniki Universiteti – 6 komanda
Bakı Dövlət Universiteti – 4 komanda
Gəncə Dövlət Universiteti – 4 komanda
Naxçıvan Dövlət Universiteti – 2 komanda
Milli Aviasiya Akademiyası – 2 komanda
Xəzər Universiteti – 1 komanda
Sumqayıt Dövlət universiteti – 1 komanda

17 aprel 2011-ci il tarixində Qafqaz Universitetində olimpiadanın birinci mərhələsi keçirilmişdir. Qeydiyyatdan keçmiş 47 komandadan üçü (Bakı Dövlət Universitetinin, Sumqayıt Dövlət Universitetinin və Qafqaz Universitetinin komandaları) olimpiadaya gəlməyərək birinci mərhələdə iştirak etməmişdir. Birinci mərhələdə respublikanın 6 ali təhsil müəssisəsindən 24 komanda müvəffəqiyyət qazanaraq olimpiadanın final mərhələsinə vəsiqə qazanmışdır. Bu komandalar aşağıdakılardır:

Qafqaz Universiteti – 7 komanda II mərhələyə vəsiqə qazanıb.
Moskva Dövlət Universitetinin Bakı filialı – 6 komanda II mərhələyə vəsiqə qazanıb.
Azərbaycan Texniki Universiteti – 4 komanda II mərhələyə vəsiqə qazanıb.
Bakı Dövlət Universiteti – 3 komanda II mərhələyə vəsiqə qazanıb.
Azərbaycan Dövlət Neft Akademiyası – 3 komanda II mərhələyə vəsiqə qazanıb.
Naxçıvan Dövlət Universiteti –1 komanda II mərhələyə vəsiqə qazanıb.

Olimpiadanın final mərhələsi 07 may 2011-ci il tarixində Qafqaz Universitetində keçiriləcəkdir. 07.05.2011-ci il tarixində saat 09:00-da qeydiyyat başlayır. Qeydiyyat zamanı bütün komandaların üzvlərinin tələbə biletlərini, şəxsiyyət vəsiqələrini və olimpiadanın birinci mərhələsində onlara verilmiş bəcləri təqdim etmələri zəruridir.

Qaliblər BestComp və Azerfon şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeydiyyatdan keçmək üçün aşağıdaki formanı doldurun:

Komanda barəsində məlumat:
Komandanın rəhbəri barəsində məlumat: