İKT Xəbərləri
Yeni nanoliflər poladdan 15 dəfə daha möhkəmdir
Sauthempton Universitetinin britaniyalı tədqiqatçıları dünyada poladdan bir neçə dəfə möhkəm olan silisium nanoliflər yaradıblar. Ən möhkəm materialın karbon nanohissəciklərin olduğu hesab edilir, lakin onların yüksək dözümlüyü uzunluğu cəmi bir neçə mikron təşkil edən qısa nümunələrdə qeydə alınıb ki, bu da az praktik dəyərə malikdir.
Karbon nanohissəciklərdən fərqli olaraq britaniyalı alimlərin yaratdığı silisium nanoliflər möhkəm və eyni zamanda yüngüldür və onları bir neçə min kilometr uzunluğda istehsal etmək mümkündür. Yeni nanoliflər aviasiya sənayesində, gəmiqayırma və hərbi sənayedə istifadə oluna bilər.
Tədqiqatçıların sözlərinə görə, əldə edilmiş nanoliflər poladdan 15 dəfə, şüşə-plastdan isə 10 dəfə daha möhkəmdir. Nanoliflərin istehsalı üçün Yer kürəsində ən çox yayılmış iki element - silisium və oksigen lazımdır, www.zhelezyaka.com saytı yazır.
http://mincom.gov.az/
Xəbər 59 dəfə oxunub