İKT Xəbərləri
TAE layihəsində sədrlik Azərbaycana keçib
Trans-Asiya-Avropa (TAE) fiber-optik kabel magistralı layihəsində sədrliyin 2013-2015-ci illər ərzində Ukraynadan Azərbaycana keçməsini rəsmən təsdiqləyən protokol imzalanıb.
İştirakçı dövlətlər Azərbaycanın layihədə sədrliyini dəstəklədiklərini bildiriblər. Azərbaycan tərəfi qloballaşma və daim artan tələblər nəzərə alınmaqla TAE-nin səmərəliliyinin gələcəkdə artırılması üçün çalışacağını bəyan edib.
Qeyd edək ki, Azərbaycanın TAE-də sədrlik məsələsi layihənin idarə edilməsi üzrə komissiyanın ötən ilin noyabrın 7-8-də Bakıda keçirilən 21-ci iclasında müzakirə olunub.
http://mincom.gov.az
Xəbər 40 dəfə oxunub