İKT Xəbərləri
“ASAN xidmət” mərkəzinin açılışı olub
Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və 1 nömrəli “ASAN xidmət” mərkəzinin binası istifadəyə verilib.
AzərTac-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
“ASAN xidmət” mərkəzində 9 dövlət orqanı – Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 23 hüquqi xidmət həyata keçiriləcək.
Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış olub.
http://mincom.gov.az