İKT Xəbərləri
“Aztelekom” İstehsalat Birliyi “İlin Telekommunikasiya Şirkəti“ nominasiyasında “Odlar Yurdu” Milli Mükafatına layiq görülüb
“Odlar Yurdu” Milli Mükafatı Turizmə Dəstək Gənclər Koalisiyası, Azərbaycan Gənclər Mərkəzi və digər gənclər təşkilatları tərəfindən təsis olunub.
Milli mükafatın təsis olunmasında məqsəd hər ilin sonunda fəaliyyət sahəsində fərqlənən hüquqi və fiziki şəxsləri sorğu və monitorinqər nəticəsində müəyyən etmək və onları ictimaiyyətə tanıtdırmaqla fəaliyyətlərini qiymətləndirməkdir. Bunun üçün regionlarda sorğu və monitorinqlərə start verilib. Sorğu və monitorinqlər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Lənkaran, Xaçmaz, Quba, Qəbələ bölgələrində aparılacaq. Nəzərdə tutulan proqrama əsasən, Bakı, Sumqayıt, Gəncə və Lənkaran şəhərlərində 1000, digər nəzərdə tutulan bölgələrdə isə 700 respondent arasında keçirilən sorğular nəticəsində nominantlar müəyyənləşib.
Xəbər 87 dəfə oxunub