Xəbərlər

Yaponiyada mürəkkəb qərarları qəbul etməyə kömək edən kompüter proqramı hazırlanıb

14-Sep-15 15:09.

Yaponiyanın “Hitachi Ltd.” şirkəti mürəkkəb qərarları qəbul etməyə kömək edən kompüter proqramı hazırlayıb. Proqramın iş prinsipi internetdə açıq istifadədə olan xəbər materiallarının təhlilindən ibarətdir. Bir dəqiqəyə proqram ona verilən mövzuya uyğun 10 milyon məqaləyə baxa və bütün “lehinə” və “əleyhinə” arqumentləri seçə bilir. Bundan sonra alqoritm onlardan ən önəmlisini seçir və sadə cədvəl tərtib edir. Cədvəl əsasında istifadəçi bu və ya digər məsələ ilə bağlı son qərar qəbul edir.



Mobil cihazlarla bağlı elektron xidmətdən istifadədə 22,6 faiz artım müşahidə olunub

14-Sep-15 09:42.

Avqustda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mobil cihazlarla bağlı daha bir elektron xidmətindən istifadə sayı artıb. İyul ayı ilə müqayisədə 22,6 faiz artımın qeydə alındığı “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətinə ötən ay 49469 dəfə müraciət edilib.



Hindistanda yeni özək serveri yerləşəcək

09-Sep-15 16:19.

Hindistan ölkə ərazisində özək “DNS” serverinin yerləşdirilməsi ilə bağlı ABŞ-a müraciət edib. Hazırda say etibarilə 14-cü olacaq yeni serverin yaradılacağı və ya Hindistana mövcud serverlərdən birinin köçürüləcəyi dəqiq məlum deyil. Bu gün 13 serverdən 10-u ABŞ ərazisində (NASA, hərbi elmi-tədqiqat laboratoriyaları və universitetlərdə), 2-si Avropada və 1-i Yaponiyada yerləşir.



Son 5 ilin ən populyar mobil əlavələrinin adı açıqlanıb

08-Sep-15 15:12.

“iPhone” və “iPad” qurğularında ən populyar mobil oyun “Candy Crush Saga”, ən gəlirli oyun “Clash of Clans”, ən gəlirli mobil əlavə “Pandora Radio” olub. Bu barədə “App Annie” statistik şirkətinin hesabatında deyilir. “Angry Birds” oyunlar arasında populyarlığına görə üçüncü yeri tutub, gəlirinə görə hətta ilk onluğa daxil ola bilməyib.



Görülən 97 - 100 qədər, 1086 xəbərdən