Xəbərlər
Dünyada qeydiyyatdan keçən domenlərin ümumi sayı 296 milyona çatıb
“Verisign” şirkəti cari ilin ikinci rübü üçün domen adları üzrə hesabat dərc edib. Sənədə görə, dünyada qeydiyyatdan keçən domenlərin ümumi sayı 296 milyona çatıb. Birinci rüblə müqayisədə artım 0,8 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz təşkil edib.
Avropada yüksək texnologiyalar sahəsində mütəxəssislərin 4 faizi “3D” printerdən istifadə edir
“UPS” şirkəti “Optimized for Growth: High-Tech Executives Adapt to Meet Global Demands” adlı hesabatında “3D” çap texnologiyaları məsələlərinə bölmə həsr edib. Sənəddə Avropada və ümumilikdə dünyada “3D” printerlərdən istifadə ilə bağlı maraqlı fərqlər ortaya çıxıb. Belə ki, şirkət ekspertləri tərəfindən müəyyən edilib ki, Avropada “3D” printer istifadəçilərinin 70 faizi onlardan yeni məhsulların dizaynı və konstruksiyalaşdırılması üçün yararlanır (dünyada bu göstərici 75 faizə bərabərdir), Avropa mühəndislərinin 63 faizi printer vasitəsilə ehtiyat hissələri çap edir (dünyada bu göstərici 24 faiz təşkil edir).
Beynəlxalq Telekommunikasiya İttifaqı 2 milyard insanın maliyyə xidmətlərindən istifadəsini təmin edəcək
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) rəqəmli maliyyə xidmətləri üzrə operativ qrupu (DFS) insanları maliyyə xidmətləri ilə əhatə etmək məqsədilə dünyanın ən mürəkkəb sosial-iqtisadi problemlərindən birinin - dünyanın yoxsul 2 milyard əhalisinin rəsmi maliyyə xidmətlərindən istifadəsinin həlli üçün beynəlxalq telekommunikasiya cəmiyyətlərinin və maliyyə xidmətlərinin birgə fəaliyyətinin müzakirə olunacağı qlobal iclas keçirməyə hazırlaşır. Bu barədə BTİ-nin rəsmi məlumatında deyilir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “İnformasiya texnologiyalarının dünyada sülhün təminatında rolu” mövzusunda “dəyirmi masa” keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) “İnformasiya texnologiyalarının dünyada sülhün təminatında rolu” mövzusunda “dəyirmi masa” keçirilib. Nazirliyin birlik və müəssisələrinin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən RYTN-in Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov İnsan hüquqları üzrə müvəkkilin təşəbbüsü ilə sentyabrın 21-dək respublikamızda “Sülh aylığı” keçirildiyini, “dəyirmi masa”nın da bu aylıq çərçivəsində təşkil olunduğunu nəzərə çatdırıb.
Görülən 93 - 96 qədər, 1086 xəbərdən