Xəbərlər

Ukraynada kiberpolis bölməsi yaradılacaq

12-Oct-15 14:30.

Ukrayna Daxili İşlər Nazirliyi kiberpolis bölməsi yaradacaq. Bu barədə ölkənin daxili işlər naziri Arsen Avakov bildirib. Kiberpolisin əsas vəzifəsi ödənişlər sistemlərindən istifadə, elektron ticarət, intellektual mülkiyyət və informasiya təhlükəsizliyi sahələrində cinayətlərlə mübarizə olacaq. Bildirilir ki, yeni strukturda həm nazirliyin kibercinayətkarlıqla mübarizə idarələrinin hazırkı əməkdaşları, həm də yeni polislər çalışacaq.


“IBM” süni intellektin inkişafı üçün bölmə yaradıb

07-Oct-15 14:55.

Əsas məqsədi korporativ müştərilərin "IBM Watson” koqnitiv hesablamalar platformasının tətbiqinin onlar üçün faydalı ola biləcəyi barədə məsləhətlərin verilməsi olacaq bölmədə 2 min əməkdaş çalışacaq. “Cognitive Business Solutions” və “IBM”-in potensial müştərisi ola biləcək şirkətlər arasında əməkdaşlıqda diqqət biznes analitikasına, informasiya təhlükəsizliyi və “Əşyaların interneti” texnologiyalarına yönəldiləcək.


Nazir IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi haqqında əmr imzaladı

06-Oct-15 13:49.

2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi haqqında "IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2015-ci il tarixli 1413 nömrəli Sərəncamına uyğun olaraq, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi və Oyunların keçiriləcəyi stadionlar, arenalar, idman mərkəzlərinin keyfiyyətli, fasiləsiz və dayanıqlı telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi məqsədi ilə


Gününüz mübarək Əziz müəllimlər!

05-Oct-15 10:44.

5 oktyabr Beynəlxalq Müəllimlər Günü – bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də UNESCO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir.





Görülən 85 - 88 qədər, 1086 xəbərdən