Xəbərlər

Kosta-Rika Respublikası ilə rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

21-Oct-15 10:29.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz ilə görüşüb. Ölkələrimiz arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanlarından söz açan nazir Əli Abbasov münasibətlərin gələcək inkişafının təmin olunması üçün qarşılıqlı maraq və potensialın olduğunu qeyd edib. Nazir Azərbaycanda İKT, rabitə və yüksək texnologiyalar sahəsində aparılan islahatlar və həyata keçirilən layihələrə də toxunaraq, ölkəmizin regional və qlobal layihələrin təşəbbüskarı kimi çıxış etdiyini, o cümlədən Azərbaycanın koordinatorluq etdiyi “Trans-Avrasiya Super İnformasiya Magistralı”nın (TASİM) BMT Baş Assambleyasının qətnamələri ilə dəstəkləndiyini, bu kontekstdə Avrasiya rabitə alyansının təsis edildiyini bildirib.


Cexiya ilk dəfə yeni şirkətlərin maliyyələşdirilməsinə vəsait ayıracaq

16-Oct-15 15:04.

Çexiya hakimiyyəti startapların dəstəklənməsi məqsədilə ilk dəfə 2 milyard kron (73,7 milyon avro) maliyyələşmə ayırmaq niyyətindədir. Bunadək Çexiyada riskli kapitalın dövlət dəstəyi üzrə proqramlar mövcud olmayıb, halbuki Avropa İttifaqında bu, startapların maliyyələşmədən istifadəsi üçün vacib alətə çevrilib.


“Twitter” iş yerlərinin 8 faizini azaldacaq

14-Oct-15 16:41.

“Twitter” şirkəti doqquzillik fəaliyyəti dövründə iş yerlərinin ilk böyük ixtisarını planlaşdırır. Bildirilir ki, 4100 əməkdaşın 336 nəfərinin işdən azad edilməsi nəzərdə tutulur ki, bu da ümumi ştatın 8 faizinə bərabərdir. İxtisarların aparılması elan edildikdən sonra şirkətin səhmləri 5,4 faiz bahalaşıb. “Twitter” ixtisara düşənlərin hamısına yeni iş tapmaqda yardımçı olacaq. Bəzi məlumatlara görə, şirkət strukturun yenidən qurulmasına 5-15 milyon dollar xərcləyəcək.


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Avropa Nüvə Araşdırmaları Təşkilatı ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub

13-Oct-15 16:07.

CERN-in (Avropa Nüvə Araşdırmaları Təşkilatı) ALİCE (A Large Ion Collider Experiment) təşkilatının rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir. Səfər çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) ALİCE-in sədri, professor Paolo Giubellinonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun rəhbərliyi ilə keçirilən görüşdə nazirliyin yüksək texnologiyalar sahəsində apardığı işlər barədə məlumat verilib.


Görülən 81 - 84 qədər, 1086 xəbərdən