Xəbərlər
RİTN-in yaranmasından 9 il ötür
20-Feb-13 10:45.
Fevralın 20-də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yaranmasının 9-cu ili tamam olur. Nazirlik Prezident İlham Əliyevin 20 fevral 2004-cü il tarixli sərəncamı ilə keçmiş Rabitə Nazirliyinin bazası əsasında təsis edilib.RİTN-in yaradılması informasiya texnologiyalarının yüksək templi inkişafı və insanların vacib ehtiyaclarının birinə çevrilməsindən irəli gəlirdi. Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinə start verilib
19-Feb-13 15:07.
Azərbaycanın Bakı şəhəri, Naxçıvan MR və digər bölgələrində əhalinin genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətləri ilə təmin edilməsi məqsədilə hazırlanmış layihənin icrası nəticəsində ölkədə genişzolaqlı internet istifadəçilərinin sıxlığı 85%-ə çatacaq.Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Azərbaycan peyki orbital mövqeyinə çatıb
19-Feb-13 13:56.
Azərbaycanın telekommunikasiya peyki Azerspace-1 təyinatına uyğun olaraq 46 dərəcə Şərq uzunluğundakı orbital mövqeyinə çatıb.Qeyd edək ki, bundan əvvəl artıq peykin günəş panelləri açılıb və reflektorları işə düşüb. Bundan sonra 2-3 həftə ərzində peykin orbitdəki sınaqları davam edəcək və daha sonra peykin idarəetməsi tam olaraq Azərkosmos ASC-yə təhvil veriləcək. Azərbaycanın ilk telekommunikasiya peyki ABŞ-ın Orbital Sciences Corporation şirkəti tərəfindən işlənib hazırlanan STAR-2 platforma əsasında hazırlanıb. Nazir “ASAN xidmət” mərkəzi ilə tanış olub
18-Feb-13 18:03.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov mərkəzin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların... İKT sektorunun həcmi 13,6 faiz artıb
18-Feb-13 14:12.
Bu ilin yanvar ayında Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektoru ötən ilin analoji dövrü ilə müqayisədə artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, informasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi yanvar ayında ötən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz artaraq 116,3 milyon manat təşkil edib.Yenə birinci olduq
18-Feb-13 14:07.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yaradılmasının 20 illiyi münasibətilə Pedoqoji kollecin idman zalında voleybol yarışı keçirilib. Yarışda 6 komanda - Bakı Dövlət Universiteti, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Metropoliten və YAP Yasamal rayon təşkilatının Tbilisi prospekti, məhəllə 3166-in ilk partiya təşkilatının (Aztelekom) komandası iştirak edib. Görülən 79 - 84 qədər, 394 xəbərdən |