03-Feb-12 09:54.
"Aztelekom" İstehsalat Birliyində Gənclər günü qeyd olundu
Azərbaycan Gəncləri günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyində də qeyd olundu. Bu münasibətlə fevralın 2-də Birlikdə gənclərin toplantısı keçirildi. Əvvəlcə "Aztelekom" İstehsalat Birliyində çalışan gənc mütəxəssislər və kollektivin nümayəndələri Fəxri Xiyabana gələrək Azərbaycanın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoydular.
Ətraflı...
01-Feb-12 10:28.
Regionlarda yeni stansiyalar istifadəyə verilib.
«Aztelekom» İB tərəfindən regionlarda vətəndaşların telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə hazırlanan geniş tədbirlər planına uyğun olaraq yeni elektron ATS-lər tikilərək istifadəyə verilib.
Ətraflı...
31-Jan-12 15:24.
Texnopark innovasiya əsaslı, elmtutumlu və rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılması vasitəsidir
Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayev və AzTU-nun rektoru, professor Havar Məmmədovun "Azərbaycan" qəzetində dərc olunan yazısı.
Yeni minillikdə ölkə iqtisadiyyatının inkişaf bazasını yüksək texnologiyalar təşkil edəcəkdir. Yüksək texnologiya dedikdə, yüksək elmtutumlu işləmələrdə, unikal texnoloji proseslərdə, cihazlarda və materiallarda istifadə edilən, fundamental və tətbiqi tədqiqatların beynəlxalq səviyyəsini müəyyənləşdirən müasir texnologiyalar (standart üzrə 8 faizdən çox) başa düşülür.
Ətraflı...
30-Jan-12 12:17.
Nazir Əli Abbasov Davosda İKT sektoru haqqında danışıb
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Davosda Azərbaycana həsr olunan interaktiv sessiya çərçivəsində respublikanın informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişaf perspektivləri barədə danışıb.
Nazir çıxışında deyib:
Ətraflı...
27-Jan-12 14:47.
Azərbaycan Prezidenti Microsoft korporasiyasının vitse-prezidenti ilə görüşüb
Yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Microsoft International şirkətinin prezidenti, Microsoft korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə görüşü olub.
Jan Kurtua ölkə ilə əməkdaşlığın səviyyəsindən razılığını bildirib, qeyri-qanuni proqram təminatının qarşısının alınmasında, piratçılığa qarşı mübarizədə Azərbaycanın regionda nümunə olduğunu vurğulayıb.
Ətraflı...
26-Jan-12 12:01.
Google TCP protokolunu modernləşdirmək niyyətindədir
Google şirkəti məlumatların ötürülmə sürətinin artırılması məqsədilə kompüter şəbəkələrinin, eləcə də internetin əsasını təşkil edən TCP (Transmission Control Protocol) protokoluna dəyişikliklər üzrə tövsiyələr hazırlayıb. Şirkət modernləşdirmə ilə bağlı təkliflərini baxılmaq üçün qlobal şəbəkənin əsasını təşkil edən texnologiyaların təkmilləşdirilməsi ilə məşğul olan Internet Engineering Task Force (IETF) beynəlxalq təşkilatına təqdim edib
Ətraflı...
25-Jan-12 13:01.
DİN-də elektron xidmət sistemi yaxın müddətdə istifadəyə veriləcək
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq vətəndaşlara internet vasitəsi ilə şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, müxtəlif xarakterli arayışlar, xüsusi icazə, lisenziya almaq və s. imkanlar yaradan, bütövlükdə isə 25 istiqaməti əhatə edən elektron xidmət sistemi yaxın müddətdə istifadəyə veriləcək. Bunu Daxili İşlər Nazirliyində keçirilən geniş kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri Ramil Usubov bildirib.
Ətraflı...
24-Jan-12 16:07.
Azərbaycanda bütün kəndlər optikləşdiriləcək.
Bu göstərici üzrə ölkəmiz dünyada birinci yerdə olacaq
Böyük tarixi "İpək yolu"nun üzərində yerləşən Azərbaycanın əlverişli iqtisadi coğrafi mövqeyi ölkəmizə ən böyük layihələrin iştirakçısı olmaq imkanı qazandırıb. Bu layihələrdən biri də "Trans - Asiya - Europa" (TAE) layihəsidir. Bu layihə 20-ci əsrin ən böyük tikintilərindən biri sayılır.
Çinin Şanxay şəhərindən başlayaraq Almaniyanın Frankfurt-Mayn şəhərinədək 24 min kilometrlik məsafədə uzanan bu magistral böyük əhəmiyyətə malik bir rabitə şəbəkəsidir.
Ətraflı...
23-Jan-12 14:04.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib
Yanvarın 21-də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2011-ci ilin yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov kollegiya üzvlərini Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası çərçivəsində ölkə Prezidenti İlham Əliyevin ötən ilin iqtisadi göstəricilərini, o cümlədən informasiya-kommunikasiya sektorunun nəticələrini qiymətləndirməsi barədə məlumatlandırıb.
Ətraflı...
19-Jan-12 12:33.
Genişzolaqlı internet istifadəçilərinin 60 faizindən çoxu DSL texnologiyasından istifadə edir
Genişzolaqlı şəbəkələrin inkişaf məsələlərini öyrənən Broadband Forum sənaye təşkilatının qiymətləndirməsinə görə, genişzolaqlı internet istifadəçilərinin əksəriyyəti - 61,5 faizi veb-səhifələrə DSL texnologiyası vasitəsilə daxil olur. 19,5 faiz bunu kabel bağlantısı ilə edir, 16 faiz optik-lifə (FTTx) üstünlük verir.
Şirkət ekspertlərinin qiymətləndirməsinə görə, 2011-ci ilin üçüncü rübünün sonuna dünyada genişzolaqlı internet istifadəçilərinin sayı 581 milyon nəfəri ötüb ki, bu da ötən rüblə müqayisədə 3,08 faiz, 2010-cu ilin analoji dövrünə nisbətdə isə 12,89 faiz çoxdur, DayliComm yazır.
Ətraflı...
18-Jan-12 16:55.
İngilisdilli Wikipedia SOPA qanun layihəsinə etiraz əlaməti olaraq işini dayandırıb
Wikipedia internet ensiklopediyasının ingilisdilli versiyası Stop Online Piracy Act (SOPA) piratlıq əleyhinə olan qanun layihəsinə etiraz əlaməti olaraq bir sutkalıq müddətə bağlanıb.
Resurs işini yanvarın 18-də Bakı vaxtı ilə saat 09:00-da dayandırıb.
“On ildən artıq müddət ərzində biz bəşəriyyət tarixində ən iri ensiklopediyanın yaradılması üçün milyonlarla saat vaxt sərf etmişik, - bununla bağlı bəyanatda deyilir. – Hazırda ABŞ Konqresi azad və açıq internetə qaçılmaz ziyan vura biləcək qanun layihəsini müzakirə edir. Biz həyəcan təbili çalmaq üçün Wikipedia-nın işini 24 saatlıq dayandırırıq”.
Ətraflı...
17-Jan-12 14:35.
İlk telekommunikasiya peykinin orbitə buraxılması tarixi hadisə olacaq.
Azərbaycanda telekommunikasiya sahəsi uğurla inkişaf edir. Bu sözləri yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
“Bu il biz birinci Azərbaycan telekommunikasiya peykini orbitə buraxacağıq. Bu, tarixi hadisə olacaqdır. Azərbaycan kosmik sənaye yaradır. Azərbaycan kosmik sənayeyə malik olan ölkələr sırasına daxil edilir. Bu, uzaqgörən siyasətimizin nəticəsidir”, ölkə başçısı nitqində deyib.
Ətraflı...
16-Jan-12 11:46.
Əmmanda Azərbaycan-İordaniya birgə işçi qrupunun ilk iclası keçiriləcək
Bu gün İordaniyanın paytaxtı Əmmanda 12 oktyabr 2009-cu il tarixində imzalanmış “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və İordaniya Haşimilər Krallığının İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrasını təmin etmək məqsədilə yaradılmış birgə işçi qrupunun ilk iclası keçiriləcək.
Ətraflı...
13-Jan-12 12:32.
Yüksək səviyyəli domenlərin qeydiyyatı üçün ərizələrin qəbuluna başlanılır
İnternet şəbəkəsində domen məkanının idarəedicisi ICANN korporasiyası bu gündən etibarən aprelin 12-dək bütün arzu edənlərdən yüksək səviyyəli domenlərin qeydiyyatı üçün ərizələrin qəbuluna başlayır. İndi ünvanların ənənəvi .com, .org və ya .az kimi sonluqların əvəzinə praktiki olaraq istənilən sözdən, hətta latın dilində olmayan sözlərdən istifadə etmək mümkün olacaq.
Ətraflı...
12-Jan-12 12:45.
Personal kompüterlər bazarı 10 il ərzində ən uğursuz nəticə göstərib.
Son 10 il ərzində dünya bazarında personal kompüterlərin (PK) illik tədarükü üzrə ən az artım qeydə alınıb. IDC tədqiqat şirkətinin analitiklərinin ilkin hesablamalarına görə, 2011-ci ildə dünyada 352,4 milyon kompüter satılıb. 2010-cu illə müqayisədə artım cəmi 1,6 faiz olub.
Eyni zamanda, Gartner tədqiqat şirkətinin məlumatına görə, artım daha az – 0,5 faiz təşkil edib. Gartner-in ekspertləri hesablayıblar ki, ötən il dünya bazarına 352,8 milyon personal sistem təchiz edilib.
Cnews-un məlumatına əsasən, 2011-ci ilin dördüncü rübündə PK tədarükü ötən ilin analoji dövrü ilə müqayisədə hətta azalıb. Belə ki, IDC-in məlumatına görə, PK tədarükü 0,2 faiz azalaraq 92,9 milyon qurğu, Gartner-ə görə, 1,4 faiz enərək 92,2 milyon sistem təşkil edib.
Ətraflı...
Görülən 751 - 765 qədər, 770 xəbərdən
|