Xəbərlər

Texnologiyaların köməyi ilə biznes dünyası sürətlə dəyişir

24-Feb-12 12:09.

Texnologiyaların köməyi ilə biznes dünyası sürətlə dəyişir

Texnoloji savadsızlıq bazar imkanlarının bərabərliyini məhdudlaşdıracaq
 
Beynəlxalq ekspertlərin yaxın gələcək üçün proqnozlarına görə, Çin tezliklə dünyada ingiliscə danışan bir nömrəli ölkəyə çevriləcək.  London isə müasir dünyanın yeddinci ən böyük fransız şəhəri hesab olunur. Bu da o deməkdir ki, Londonda fransızca danışanların sayı Fransanın özündən daha çoxdur. Amma bu, dillərə qarşı adi maraq deyil, yeni əsrin diktə etdiyi yeni bacarıqlar vərdişidir.

2 min müəllim korporativ poçtdan istifadə edir

23-Feb-12 12:58.

2 min müəllim korporativ poçtdan istifadə edir

Hazırda 2 min Azərbaycan müəllimi teacher.edu.az domen adı ilə yaradılan korporativ elektron poçt xidmətinə qoşulub.  
Layihə Təhsil Nazirliyi, Microsoft Azərbaycan şirkəti və Mədəd Azərbaycan təşkilatı tərəfindən birgə həyata keçirilir.  



Azərbaycan nümayəndə heyəti Avstriyada səfərdədir

22-Feb-12 10:51.

Azərbaycan nümayəndə heyəti Avstriyada səfərdədir

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti Avstriyanın Vyana şəhərində Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 7-ci iclasında iştirak edir.


Neftçala rabitəsi TAE xəttinə qoşuldu

21-Feb-12 10:47.
Neftçala rabitəsi TAE xəttinə qoşuldu

Trans-Asiya-Avropa (TAE) fiber-optik kabel xəttinin Azərbaycan seqmenti bir qədər də genişləndi. “Aztelekom”İB-dən verilən məlumata görə, Neftçala rabitəsinin də bu xəttə birləşdirilməsi layihəsi son tamamlanma mərhələsindədir.

Məlumatda bildirilir ki, 60 kilometrlik bir məsafədə həyata keçirilən işlər uğurla həyata keçirilib və işlər tam yekunlaşdıqdan sonra Neftçala - Salyan arasında olan bütün kəndlər də birbaşa bu xəttə birləşəcək.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılmasından 8 il ötür

20-Feb-12 10:13.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılmasından 8 il ötür

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılmasından 8 il ötür.  Azərbaycan Respublikası Prezidenti  İlham Əliyevin  20 fevral 2004-cü il Sərəncamı ilə  Rabitə Nazirliyi ləğv edilərək, onun əsasında Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılıb.

 Azərbaycanda rabitənin, elektron avadanlıqları və telekommunikasiya texnologiyaları sahəsinin daha geniş inkişafı ümummilli lider Heydər Əliyevin 2-ci dəfə respublikaya rəhbərliyi dövründə vüsət alıb.

"Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar" təsdiq olundu

17-Feb-12 12:22.
"Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar" təsdiq olundu

Nazirlər Kabineti "Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar"ın təsdiq edilməsi haqqında qərar verib. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, qərar "Telekommunikasiya haqqında"  Azərbaycan Respublikası Qanununun 15-ci və 16-cı maddələrinin icrasını təmin etmək məqsədi daşıyır. 


Aztelekom İB Lənkəranda internetin normal fəaliyyət göstərdiyini bildirir

16-Feb-12 09:42.

Aztelekom İB Lənkəranda internetin normal fəaliyyət göstərdiyini bildirir

Aztelekom İstehsalat Birliyi son günlər bəzi KİV-lərdə Lənkəran rayonunda internetin kəsilməsi barədə verilən məlumatların həqiqətə uyğun olmadığını bildirir. Təbii şəraitin yaratdığı çətinliklərə baxmayaraq rabitəçilərin gərgin əməyi və vaxtında görülmüş tədbirlər sayəsində Aztelekom İB-nin xidmət göstərdiyi şəbəkədə fəlakət, qəza, zədə və s. səbəbdən kabel magistrallarında heç bir boşdayanma halı qeydə alınmayıb.

Cenevrədə IGF 2012 forumunun keçirilməsi müzakirə olunur

15-Feb-12 10:03.
Cenevrədə IGF 2012 forumunun keçirilməsi müzakirə olunur

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti 2012-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan İnternetin İdarə olunması üzrə Foruma (IGF) dair çoxtərəfli məşvərətçi qrupun görüşündə və açıq məsləhətləşmələrdə iştirak edir.  
Cenevrədə baş tutan budəfəki görüş IGF 2012-in planlaşdırılmasında mühüm rol oynayır və burada gələcək Forumun struktur, proqram və mövzusu, eləcə də əsas sessiya və seminarları müzakirə olunur.

Bu gün dünyada telefonun icad olunduğu gündür

14-Feb-12 13:02.
Bu gün dünyada telefonun icad olunduğu gündür

Biz hamımız müxtəlif şəhər, ölkə və hətta planetin müxtəlif hissələrində olduqda bir-birimiz ilə ünsiyyət saxlamağa alışmışıq. Bu işdə bizə əlaqə vasitəsi kimi telefon kömək edir. İnsanların nə vaxtsa belə imkanının olmadığını təsəvvür etmək çox  çətindir. Axı ilk telefon yalnız 136 il əvvəl 14 fevral tarixində ixtira edilib.

Belə ki,  ilk telefon 1875-ci ildə Bostonda ixtira edilib. Alimlər - Aleksandr Qrem Bell və Tomas Uoston bir neçə membran tətbiq etməyə qərar verir.


Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov: “İnkişaf rəqabətin məhsuludur”

14-Feb-12 09:56.

Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov: “İnkişaf rəqabətin məhsuludur”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən düşünülmüş, gələcək inkişafa hesablanmış ardıcıl və məqsədyönlü sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları  (İKT) sektorunda da öz bəhrəsini vermişdir. Son illər sektor üzrə uğurlu nəticələr əldə edilmiş, ölkə və region üçün böyük əhəmiyyət kəsb edən layihələr həyata keçirilmişdir. Əldə olunan uğurlar və gələcək perspektivlər barədə "İCTnews" elektron xəbər xidmətinin suallarını Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasov cavablandırmışdır.

Rabitə xidmətlərindən oğurluq istifadə edənlərə qarşı mübarizə gücləndirilib

13-Feb-12 12:36.

Rabitə xidmətlərindən oğurluq istifadə edənlərə qarşı mübarizə gücləndirilib

“Aztelekom” İB-nin apardığı texniki siyasətə uyğun olaraq birliyin  xidmət ərazisində şəbəkənin genişləndirilməsi və yenidən qurulması nəticəsində ənənəvi naqilli telefon rabitəsi ilə yanaşı, CDMA, peyk və s. rabitə növlərindən də istifadə edilərək bütün yaşayış məntəqələri telefon rabitəsi ilə tam təmin edilib.

Nəticədə respublikanın ərazisində hal-hazırda telefonlaşmamış yaşayış məntəqəsi qalmayıb.
Şəbəkədə müasir tipli elektron ATS-dən və transmissiya avadanlıqlarından istifadə edilməsi digər sahələrin, - sevis, internet xidmətləri, kanal və portların icarəsində geniş istifadəyə tam sərait yaradıb.

“Rabitə” Çempionlar Liqasının 1/4 finalına yüksəlib

10-Feb-12 10:49.
“Rabitə” Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Azərbaycanın qadınlardan ibarət “Rabitə” voleybol klubu Çempionlar Liqasının 1/4 finalına çıxıb.
Fevralın 9-da keçirilən cavab oyununda rabitəçilər Polşanın “Atom” klubuna qalib gələ biliblər.


ABŞ-da TASIM layihəsi müzakirə olunub

09-Feb-12 13:49.

ABŞ-da TASIM layihəsi müzakirə olunub

Xarici İşlər və Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyəti yanvarın 30-dan fevralın 3-dək Nyu-Yorka səfəri çərçivəsində Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsini müzakirə edib.


Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

07-Feb-12 11:31.
Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

Beynəlxalq Təhlükəsiz İnternet Günü – "İnternational Safer İnternet Day" Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilib. Bu əlamətdar hadisə dünyanın 60-dan çox ölkəsində müxtəlif şüarlar altında - "İnternet və uşaqlar", "Qlobal şəbəkədə kibercinayət: qanunsuz kontentlərdən müdafiə", "İnternet adi bir oyun vasitəsi deyil", "İnternet bizim həyatımızdır" və s. qeyd olunur. Tədbirlər qeyri-hökumət təşkilatı olan "İNSAFE" (European Safer İnternet Network - Avropa Təhlükəsiz İnternet Şəbəkəsi) tərəfindən koordinasiya edilir.


Aran Qarabağ simsiz CDMA texnologiyası ilə əhatə olunur

06-Feb-12 12:27.
Aran Qarabağ simsiz CDMA texnologiyası ilə əhatə olunur

“Aztelekom”İB-nin Aran Qarabağda həyata keçirdiyi ən böyük regional layihələrdən biri bölgənin simsiz CDMA texnologiyası ilə əhatə olunmasıdır. Birlikdən verilən məlumata görə, hazırda Ağdamın bütün yaşayış məntəqələri bu texnologiya əsasında fəaliyyət göstərən rabitə ilə əhatələnib.

Görülən 736 - 750 qədər, 770 xəbərdən