Xəbərlər

12 aprel Ümumdünya Kosmos Günüdür

12-Apr-12 11:46.

12 aprel Ümumdünya Kosmos Günüdür

Ölkəmizdə kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi ilə əlaqədar elmi potensialın artırılması və ixtisaslı kadr hazırlığının təmin edilməsi məqsədilə, yerli ali təhsil müəssisələrində kosmik sahədə mövcud peşə istiqamətləri üzrə dövlət sifarişli qəbula diqqət artmaqda davam edir. Ümumiyyətlə, gələcəkdə ölkəmizdə kosmik sənayeyə olan marağın, xüsusilə də mütəxəssislər və yüksək təhsilli kadrlar üçün tələbatın çoxalacağı gözlənilir.


Nazir Əli Abbasov: “Qətər və Azərbaycan arasında orbital əməkdaşlığın regiona müsbət təsirləri olacaq”

11-Apr-12 11:27.

Nazir Əli Abbasov: “Qətər və Azərbaycan arasında orbital əməkdaşlığın regiona müsbət təsirləri olacaq”

Azərbaycan Respublikası Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ərəb Dövlətləri Liqası ilə birgə əməkdaşlığı çərçivəsində keçirilmiş "Connect" Ərəb sammiti çərçivəsində Qətərdə ərəb dilində nəşr olunan "Rayə" qəzetinə müsahibə verib.




Azərbaycanın İKT sahəsində uğurları beynəlxalq sərgidə təqdim olunacaqdır

10-Apr-12 11:27.

Azərbaycanın İKT sahəsində uğurları beynəlxalq sərgidə təqdim olunacaqdır

Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi uğurlar “Caspian Telecoms 2012” 11-ci Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında təqdim ediləcəkdir.


RİTN-də Eurovision-2012 mahnı müsabiqəsi ilə bağlı kollegiya iclası keçirilib

09-Apr-12 11:52.

RİTN-də Eurovision-2012 mahnı müsabiqəsi ilə bağlı kollegiya iclası keçirilib

Aprelin 7-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) nazir Əli Abbasovun rəhbərliyi ilə mayda Bakıda keçiriləcək 57-ci  Eurovision-2012 beynəlxalq mahnı müsabiqəsinin təşkili üzrə TV və radio yayımı, genişzolaqlı internet və digər rabitə xidmətlərinin dayanıqlı işinin təmin olunması istiqamətində görülən işlərlə bağlı kollegiya iclası keçirilib.  



"Aztelekom" İstehsalat Birliyində növbəti iməcilik keçirildi

07-Apr-12 11:18.

"Aztelekom" İstehsalat Birliyində növbəti iməcilik keçirildi

Aprelin 7-də "Aztelekom" İstehsalat Birliyinin inzibati binasının (baş idarə) ərazisində iməcilik keçirildi. İməcilikdə İB-nin idarəetmə aparatının rəhbərliyi və əməkdaşları iştirak etdi.

İməcilik zamanı əvvəlcədən əkinə hazırlanmış ərazidə 300-ə yaxın müxtəlif növ ting və bəzək ağacı əkilmiş, sahə alaq otları və zibillərdən təmizlənmiş, əvvəllər əkilmiş ağaclara aqrotexniki qulluq göstərildi.

RİTN-də ABŞ senatının nümayəndələri ilə görüş olub

06-Apr-12 12:03.

RİTN-də ABŞ senatının nümayəndələri ilə görüş olub

Aprelin 5-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Amerika Birləşmiş Ştatları senatının aparat rəhbərləri ilə görüş keçirilib. Görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov ölkədə İKT sahəsində həyata keçirilən islahatlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib.



Azərbaycan İT-nin inkişafına görə 142 ölkə arasında 61-ci yeri tutub

05-Apr-12 13:01.

Azərbaycan İT-nin inkişafına görə 142 ölkə arasında 61-ci yeri tutub

Ümumdünya İqtisadi Forumu (ÜİF) informasiya texnologiyalarının inkişafına (Global Information Technology Report 2012) dair yeni hesabatı açıqlayıb.
Hesabatda həmçinin dünyanın 142 ölkəsi üzrə şəbəkə hazırlığı indeksi (NRI) öz əksini tapıb. Azərbaycan reytinqdə 3,9 balla 61-ci yerdə qərarlaşaraq ötən ilki mövqeyini 9 pillə yaxşılaşdırıb.


Yaponiyada maye-kristal displeylərin birgə istehsalı fəaliyyətə başlayıb

04-Apr-12 12:20.

Yaponiyada maye-kristal displeylərin birgə istehsalı fəaliyyətə başlayıb

Yaponiyanın elektronika istehsalçıları Sony, Toshiba və Hitachi şirkətləri arasında birgə müəssisə rəsmən fəaliyyətə başlayıb. Yeni Japan Display şirkəti qismən INCJ (Innovation Network Corporation of Japan) fondu vasitəsilə investisiya edilən Yaponiya hökumətinin vəsaiti hesabına yaradılıb.
Birləşərək və rəsmi Tokionun dəstəyini qazanan Yaponiya şirkətləri Koreya və Tayvanın analoji məhsul istehsalçıları ilə uğurla rəqabət apara biləcəklər.

Astanada RRB komissiyalarının iclasları keçirilir

03-Apr-12 12:11.
Astanada RRB komissiyalarının iclasları keçirilir

Aprelin 3-4-də Qazaxıstanın paytaxtı Astanada Regional Rabitə Birliyinin (RRB) informasiyalaşdırma və informasiya təhlükəsizliyi üzrə komissiyalarının 27-ci və 14-cü iclasları keçirilir.
Tədbirdə Azərbaycan rabitə administrasiyasının nümayəndəsi iştirak edir.






Azərbaycanın İKT sahəsində uğurları beynəlxalq sərgidə təqdim olunacaq

02-Apr-12 12:02.

Azərbaycanın İKT sahəsində uğurları beynəlxalq sərgidə təqdim olunacaq

Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi uğurlar 11-ci beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları "Caspian Telecoms 2012" sərgi-konfransında təqdim ediləcək "Iteca Caspian" şirkətindən verilən məlumata görə, konfrans aprelin 19-20-də İstanbulda keçiriləcək.

"Caspian Telecoms 2012" sərgi-konfransının təşkilatçıları ITE Turkey/EUF (Türkiyə), ITE Moscow LLC (Rusiya) və Iteca Caspian (Azərbaycan) kimi beynəlxalq şirkətlər çıxış edir.

Chrome 18 işıq üzü görüb

30-Mar-12 11:32.
Chrome 18 işıq üzü görüb

Google şirkəti açıq Chrome veb-brauzerinin yenilənmiş versiyasını buraxaraq bu yaxınlarda keçirilən Pwnium haker yarışması zamanı aşkar olunan bəzi boşluqları aradan qaldırıb. Sistem yenilənmələrindən başqa, yeni versiya geniş qrafik funksiyalarla da təmin edilib.
Aradan qaldırılan doqquz boşluq Pwnium yarışmasında nümayiş olunub və onların hər birinə görə Google 4 min dollar ödəyib. Həmçinin Sergey Qlazunov tərəfindən aşkar edilən təhlükəli proqram səhvi də aradan qaldırılıb. O, buna görə 60 min dollar əldə edib.

Almaniyada Avropa Qrid İnfrastrukturu Forumu keçirilir

29-Mar-12 12:39.

Almaniyada Avropa Qrid İnfrastrukturu Forumu keçirilir

Bu günlərdə Münhendə (Almaniya) Avropa Qrid İnfrastrukturu Forumu (EGI Community Forum) və II texniki konfrans keçirilir.    
Forumda ölkəni Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev təmsil edir. Forum çərçivəsində qrid texnologiyaları ilə bağlı elmi-texniki yeniliklər...


Amerikalılar filmlərə getdikcə daha çox internet vasitəsilə baxmağa üstünlük verirlər

28-Mar-12 12:36.

Amerikalılar filmlərə getdikcə daha çox internet vasitəsilə baxmağa üstünlük verirlər

2012-ci ildə ABŞ-da internet vasitəsilə filmlərə tamaşa etmək sayı ilk dəfə olaraq DVD və Blu-ray kimi daşıyıcılarla filmləri seyr etmək sayını ötəcək.
IHS Screen Digest şirkətinin analitiklərinin fikrincə, 2012-ci ildə amerikalılar internet şəbəkəsi ilə filmləri 3,4 milyard dəfə, daşıyıcılarla isə cəmi 2,4 milyard dəfə seyr edəcəklər. 2011-ci ildə vəziyyət fərqli olub - 2,6 milyard göstərici ilə fiziki daşıyıcılar liderlik edib, internet-kinonun payı isə 1,4 milyard baxış təşkil edib.

İnternetdə pulu necə qazanıb necə xərcləmək olar?

27-Mar-12 12:55.
İnternetdə pulu necə qazanıb necə xərcləmək olar?

Həm qazananlar, həm də xərcləyənlər üçün "qızıl qaydalar" mövcuddur
 
İnternet yalnız əyləncə, maraqların bölüşməsi, yeni ünsiyyətlər üçün əsrarəngiz məkan deyil, bu gün o, həm də insanlara qazanc gətirə bilən əsas vasitələrdən sayılır. "Bəs internetdə necə pul qazanmaq olar" sualı üzərində düşünüb "baş sındıranlar" arasında xeyrə aparan yolu tapanlar da olub, qeyri-məchulluqlar labirintində dolaşığa düşüb bu "sevda"dan vaz keçənlər də.

Bayram günlərində fasiləsiz rabitə xidmətləri göstəriləcək

19-Mar-12 10:30.

Bayram günlərində fasiləsiz rabitə xidmətləri göstəriləcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Novruz bayramı günlərində əhalinin rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin edilməsinə dair tabeçilikdə olan rabitə birlik və müəssisələrinə müvafiq tapşırıqlar verib.
Bayram günlərində məsul növbətçilik təşkil edilməklə telekommunikasiya və internet xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, telefonların kabel və xətt zədələnmələrinin tam aradan qaldırılması, internetə çıxış sürətinin tələbata uyğun təmin olunması, poçt şöbələrinin iş rejiminin tənzimlənməsinə dair tənzimləyici qrafikin yerinə yetirilməsi, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin...

Görülən 706 - 720 qədər, 770 xəbərdən