Xəbərlər

Rabitə və informasiya texnologiyaları naziri ADA-da olub

03-May-12 12:12.

Rabitə və informasiya texnologiyaları naziri ADA-da olub

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Diplomatik Akademiyasında (ADA) olub. 
ADA-nın rektoru Hafiz Paşayevlə görüşdə akademiyanın gələcək fəaliyyəti, ixtisas istiqamətləri barədə fikir mübadiləsi aparılıb, akademiyada beynəlxalq münasibətlər, biznesin idarə edilməsi, mühəndislik və  informasiya texnologiyaları  sahələri üzrə kadrların hazırlanmasının vacibliyi vurğulanıb. 

“Elektron Təhsil” müsabiqəsində 396 layihə qeydiyyatdan keçib

02-May-12 12:31.

“Elektron Təhsil” müsabiqəsində 396 layihə qeydiyyatdan keçib

Azərbaycan Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil” respublika müsabiqəsində 396 layihə qeydiyyata alınıb.
Müsabiqə iki istiqamət – “Təhsildə internet texnologiyaları” və “Elektron təhsil resursları” üzrə keçirilir.  
Müsabiqənin əsas məqsədi elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını müəyyən etmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.  

İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib

01-May-12 11:02.

İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib

2012-ci il 29 aprel tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirilib.
Xatırladaq ki, 7-ci dəfə keçirilən Olimpiadanın ilk mərhələsində respublikanın 15 ali təhsil müəssisəsindən 45 komanda iştirak etmişdir. Nəticələrə görə, finala 4 ali təhsil müəssisəsindən 12 komanda vəsiqə qazanmışdır.

RİTN-nin kollegiya iclası keçirilib

30-Apr-12 09:59.

RİTN-nin kollegiya iclası keçirilib

Aprelin 28-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin I rübünün yekunlarına dair kollegiya iclası keçirilib.
Kollegiya iclasını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 1-ci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda nitqindən irəli gələn vəzifələr barədə danışıb, respublikada aparılan uğurlu neft siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı və dövlət proqramlarının iqtisadiyyatın yeni sahələrinin inkişafı üçün geniş imkanlar açdığını və bu imkanlardan rabitə və informasiya texnologiyaları sahəsində də səmərəli istifadə olunduğunu vurğulayıb.

Azərbaycan və Bolqarıstan arasında İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

27-Apr-12 13:15.

Azərbaycan və Bolqarıstan arasında İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri İvalyo Moskovski ilə görüş keçirilib. 
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən genişmiqyaslı islahatlardan danışan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bütün sahələrdə olduğu kimi...

Azərbaycan nümayəndə heyəti Belarusda TİBO-2012 sərgisində iştirak edir

26-Apr-12 12:55.

Azərbaycan nümayəndə heyəti Belarusda TİBO-2012 sərgisində iştirak edir

Azərbaycan nümayəndə heyəti aprelin 25-dən 28-dək Minskdə (Belarus) keçirilən TİBO-2012 telekommunikasiya, informasiya və bank texnologiyaları üzrə XIX Beynəlxalq ixtisaslaşmış sərgi-konqresdə iştirak edir.       
Tədbirdə dünya ölkələrinin rabitə, telekommunikasiya, proqram təminatı, bank texnologiyaları, ofis texnikası və istehlak elektronikası sahəsində uğurları təqdim olunacaq. Sərgi Belarusun sosial-iqtisadi inkişafı üçün informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəyə yardımçı olmaq məqsədi daşıyır.    

“Elektron hökumət” portalı istifadəyə verildi

26-Apr-12 09:18.

“Elektron hökumət” portalı istifadəyə verildi

Aprelin 25-də  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Elektron hökumət” portalının təqdimatı keçirilib və ilkin istismara verilib.
Tədbirdə “Elektron Azərbaycan” Dövlət Proqramının və “Elektron hökumət” Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının, digər dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.   


“Aztelekom” İB-də RİMHİRK Bakı 1 şöbəsinin III konfransı keçirildi

24-Apr-12 16:39.

Aprelin 24-də  «Aztelekom» İstehsalat Birliyində Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi (RİMHİRK) Bakı 1 şöbəsinin III konfransı keçirildi. Tədbiri giriş sözü ilə «Aztelekom» İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov açaraq, son illər rabitə və informasiya texnologiyaları sahəsində aparılmış islahatlar barədə qısa arayış verdi.

RİTN “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin rabitə xidmətləri ilə təminatı barədə qərar verdi

24-Apr-12 12:26.

RİTN “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin rabitə xidmətləri ilə təminatı barədə qərar verdi

Azərbaycan Respublikası öz müstəqilliyi dövründə sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə çox əhəmiyyətli nailiyyətlər əldə etmiş və beynəlxalq aləmdə ölkəmizin nüfuzu durmadan artmaqdadır.

Ötən il ölkəmizin "Eurovision" mahnı müsabiqəsinin qalibi olması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər verir.


Rabitə obyektlərinin mühafizəsi gücləndirilib

23-Apr-12 12:13.

Rabitə obyektlərinin mühafizəsi gücləndirilib

Rabitə obyektlərinin mühafizəsi, rabitə obyektlərinin və rabitə işçilərinin təhlükəsizliyi gücləndirilib. Bununla bağlı işlər "Rabitə vasitə və qurğularının işinin dayanıqlığının artırılması, rabitə obyektlərinin və işçilərinin təhlükəsizliyinə nəzarətin gücləndirilməsi haqqında" qərara əsasən həyata keçirilir. 



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi yaradılıb

19-Apr-12 10:31.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi yaradılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturu”nda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.


Azərbaycan və Hindistan arasında İKT sahəsində əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar var

18-Apr-12 12:20.

Azərbaycan və Hindistan arasında İKT sahəsində əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar var

Azərbaycan ilə Hindistan arasında informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, əczaçılıq, enerji, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanlar var. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Respublikasının ticarət və sənaye naziri, Azərbaycan-Hindistan ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlığa dair Birgə Hökumətlərarası Komissiyanın həmsədri Cyotiraditya Sindia ilə görüşdə deyib.

BTİ baş katibinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə müraciəti

17-Apr-12 09:55.
BTİ baş katibinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə müraciəti
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Turenin 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş müraciəti
 
“İKT-də qadınlar və qızlar”

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) cəmiyyətin bütün təbəqələri, xüsusilə həssas və əlverişsiz şəraitdə olan insan qrupları üçün imkanların yaradılmasında katalizator rolunu oynamaqla uzunmüddətli dayanıqlı inkişafı üzrə bünövrəni təmin edir.

RİTN-də rəqəmli TV yayımının tətbiqi üzrə müzakirələr aparılıb

16-Apr-12 13:02.

RİTN-də rəqəmli TV yayımının tətbiqi üzrə müzakirələr aparılıb

Aprelin 14-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində respublikada DVB-T rəqəmli TV yayımının tətbiqi ilə bağlı görülən işlərə dair aidiyyəti birlik və müəssisələrin rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müzakirələr aparılıb.   



RİTN-də genişzolaqlı internet xidmətlərinə dair müzakirələr aparılıb

13-Apr-12 09:57.

RİTN-də genişzolaqlı internet xidmətlərinə dair müzakirələr aparılıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Bakı şəhəri və respublikanın bölgələrində əhalinin genişzolaqlı internet və digər müasir rabitə xidmətləri ilə təmin edilməsinə dair aidiyyəti birlik və müəssisələrin rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müzakirələr keçirilib.



Görülən 691 - 705 qədər, 770 xəbərdən