Xəbərlər
Süni intellekt əsasında avtomatlaşdırma İT sahəsində əksər prosesləri dəyişəcək
“McKinsey Global Institute” konsaltinq şirkətinin tədqiqatçıları müasir şirkətlərin əməkdaşları tərəfindən yerinə yetirilən müxtəlif işlərin avtomatlaşdırılması imkanlarını öyrənərək onların 45 faizinin artıq texnologiyaların hazırkı səviyyəsində avtomatlaşdırılması qərarına gəliblər.
Bildirilir ki, iritutumlu məlumatlar, “Əşyalar interneti” texnologiyaları və süni intellekt vasitələri işlərin avtomatlaşdırılmasının əsasını təşkil edir. İnformasiya xidməti rəhbərləri həm sistemlərin layihələndirilməsinə, həm də əməkdaşların işə qəbuluna yanaşmanı dəyişməli olacaq.
Yeni kampaniyaya start verildi!
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı” çərçivəsində güzəştli kampaniyalara başlayır. 20 noyabr – 20 dekabr tarixlərində “Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı” çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyini tabeli qurumları xüsusi kampaniyaya başlayır.
Bu kampaniya müddətində texniki imkanlara uyğun olaraq güzəştli şərtlərlə telefon çəkilişləri təşkil ediləcək. Mənzilə eyni zamanda 2 ədəd yeni telefon çəkilişinin 1ədədi, təşkilata eyni zamanda 3 ədəd telefon çəkilişinin 1 ədədi, həmçinin CDMA nömrələrinin çəkilişi ödənişsiz sənədləşdiriləcək.
Rabitə və yüksək texnologiyalar sahəsinin “ən peşəkarları” məlum oldu
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ilə əlaqədar rabitə işçiləri arasında ən peşəkarların müəyyənləşdirilməsi ilə bağlı müsabiqə keçirilib.
“Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı” başlandı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) 20 noyabr-20 dekabr tarixlərində “Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı”na başlayır. Bu məqsədlə RYTN-də müvafiq Tədbirlər Planı hazırlanaraq icra üçün aidiyyəti qurumlara tapşırıqlar verilib. Ay ərzində əmək və icra intizamının artırılması, görülən işlərin səmərəliliyinin yüksəldilməsi və iş rejiminə ciddi riayət edilməsi, RYTN-ə və nazirliyin tabeliyindəki müəssisələrə daxil olan müraciətlərə “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun baxılmasının təmin edilməsi və nəzarətin artırılması nəzərdə tutulur.
Görülən 69 - 72 qədər, 1086 xəbərdən