Xəbərlər
Ermənilərin Azərbaycanın Laçın rayonunu işğal etməsindən 20 il ötür
18-May-12 13:06.
Ermənilərin Azərbaycanın Laçın rayonunu işğal etməsindən 20 il ötür
Bu gün Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 20 il keçir.
1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib. 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür
17-May-12 10:39.
17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür
17 may tarixi bütün dünyada Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur. Bayramın tarixi 17 may 1865-ci ildə sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının yaradılması günü ilə bağlıdır. 2005-ci ilədək bu tarix Beynəlxalq Telekommunikasiya Günü kimi qeyd edilib.
BTİ baş katibinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə müraciəti
16-May-12 11:02.
BTİ baş katibinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə müraciəti
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Turenin 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş müraciəti
“İKT-də qadınlar və qızlar”
İnformasiya-kommunikasiya texnologiyaları (İKT) cəmiyyətin bütün təbəqələri, xüsusilə həssas və əlverişsiz şəraitdə olan insan qrupları üçün imkanların yaradılmasında katalizator rolunu oynamaqla uzunmüddətli dayanıqlı inkişafı üzrə bünövrəni təmin edir.
BMT baş katibinin 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə müraciəti
15-May-12 10:56.
BMT baş katibinin 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə müraciəti
Mən, bu ilki Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün mövzusu olaraq qadın və qızlara qarşı diqqətin vurğulanması faktını alqışlayıram.
Qadınlar və qızlar artıq bir çox sahələrdə informasiya və kommunikasiya texnologiya xidmətlərindən faydalana bilirlər. E-ticarət sahibkarlıq imkanlarını genişləndirir. Mobil telefonlar doğum prosesinin daha təhlükəsiz keçməsinə yardım edir. Əvvəllər mümkün olmadığı halda, indi elektron sosial şəbəkələr bütün dünya qadınlarının demokratiya, ləyaqət və insan hüquqları uğrunda mübarizə üçün səfərbər olmalarına imkan yaradır.
Cenevrədə WSIS Forumu işə başlayıb
15-May-12 10:42.
Cenevrədə WSIS Forumu işə başlayıb
Mayın 14-də Cenevrədə (İsveçrə) İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (WSIS - World Summit on the Information Society) qərarlarının yerinə yetirilməsi üzrə Forum işinə başlayıb. Tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə təmsil edir.
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), YUNESKO, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və BMT-nin İnkişaf Proqramı tərəfindən təşkil olunmuş tədbir İKT-cəmiyyətinin ən iri illik forumudur.
Azərbaycanı İT biznesi sahəsində gözəl gələcək gözləyir – Microsoft meneceri
14-May-12 12:22.
Azərbaycanı İT biznesi sahəsində gözəl gələcək gözləyir – Microsoft meneceri
İnformasiya texnologiyaları (İT) biznes sahəsi daxil olmaqla Azərbaycanı gözəl gələcək gözləyir. Bu barədə fikirlərini 1news-a müsahibədə Microsoft korporasiyasının Şərqi Avropanın inkişaf etməkdə olan ölkələri üzrə baş meneceri Takuya Xirano bildirib.
“Mən ali məktəblərdə daha çox insanın texnologiyalar öyrənməsini, daha çox insanın məktəblərdə təhsil almasını və Azərbaycanda ən iri sənayelərdən biri olan İT sahəsində sıçrayış baş verən məqama hazır olmasını istəyir və buna ümid edirəm.
Kənd ATS-də danışıq xidmətlərinin həcmi 13 faiz artıb
11-May-12 10:35.
Kənd ATS-də danışıq xidmətlərinin həcmi artıb
“Kənd ATS-də danışıq xidmətlərinin həcmi artıb”. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə “Aztelekom”İB-nin baş direktoru Məhəmməd Məmmədov məlumat verib. Onun sözlərinə görə, artım Salyan, Samux, Zərdab, Abşeron və Goranboyda xüsusilə yüksək olub. Baş direktor əldə olunan uğurları aparılan gərgin işlərin bəhrəsi kimi qiymətləndirib.
Regionlarda yeni rabitə obyektləri istifadəyə veriləcək
10-May-12 11:02.
Regionlarda yeni rabitə obyektləri istifadəyə veriləcək
Təqvimin Azərbaycan xalqı üçün əlamətdar günlərində sakinlərin bayram sevincinə daha bir sevinc qatmaq kimi gözəl ənənələrinə sadiq qalan "Aztelekom" İB Qələbə Günü, Milli lider Heydər Əliyevin ad günü və Respublika Günü münasibəti ilə respublikanın müxtəlif bölgələrində yeni rabitə obyektlərini istifadəyə verəcək.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümüdür
10-May-12 10:39.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümüdür
May ayının 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır.
Şuşalı rabitəçilərlə görüş keçirildi
08-May-12 14:30.
Şuşalı rabitəçilərlə görüş keçirildi
Bu gün "Aztelekom" İB-nin "Konfrans zalı"nda Şuşanın işğalı günündə Şuşalı rabitəçi ailələr ilə RİTN-nin rəhbərliyinin görüşü keçirildi. 125 məcburi köçkün ailəsinə maddi yardım göstərildi.
Şuşalı məcburi köçkün rabitəçilər adından çıxış edənlər göstərilən qayğıya görə ölkə rəhbərliyinə və RİTN-ə öz minnətdarlığını bildirdilər.
Qələbənin 67-ci il dönümü qeyd olundu
08-May-12 13:46.
Qələbənin 67-ci il dönümü qeyd olundu
Mayın 8-də, "Aztelekom" İB-nin "Konfrans zalı"nda veteran rabitəçilərlə görüş keçirildi. 9 may – Faşizm üzərində qələbənin 67-ci ildönümünə həsr olunmuş görüşdə veteran rabitəçilərin bayramını nazir müavini Elmir Vəlizadə təbrik etdi. Veteran rabitəçilər adından çıxış edənlər göstərilən qayğıya ölkə rəhbərliyinə və RİTN-ə öz minnətdarləqlarını bildirdilər.
Şuşanın Ermənistan tərəfindən işğalından 20 il ötür
08-May-12 10:03.
Şuşanın Ermənistan tərəfindən işğalından 20 il ötür
Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 20 il ötür.
Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb.
RİTN-də Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş mərasim keçirilib
08-May-12 09:59.
RİTN-də Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş mərasim keçirilib
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş mərasim keçirilib, ulu öndərin əziz xatirəsi ehtiramla anılıb.
İlk öncə ulu öndərin RİTN-in binasında yerləşən büstü önünə gül qoyulub və Heydər Əliyev Guşəsinə baxılıb. Son il ərzində “SMS” spamın həcmi 45 faiz artıb
07-May-12 12:41.
Son il ərzində “SMS” spamın həcmi 45 faiz artıb
Analitiklərin fikrincə, 2011-ci il ərzində ABŞ-da mətn spamının həcmi 2010-cu illə müqayisədə 45 faiz artıb və təxminən 4,5 milyard mesaj təşkil edib. Mətn mesajlarını göndərənlər qənaət üçün əksər hallarda limitsiz tarif planlarından istifadə edirlər.
Rabitə və informasiya texnologiyaları naziri Fransa səfiri ilə görüşüb
04-May-12 12:25.
Rabitə və informasiya texnologiyaları naziri Fransa səfiri ilə görüşüb
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerlə görüşüb.
Səlahiyyət müddəti başa çatmış və ölkəmizdə missiyasını yekunlaşdırmış səfirin xahişi ilə keçirilən görüşdə Q.Kellerin ötən dövr ərzində Azərbaycanda həyata keçirdiyi fəaliyyət, xüsusilə də telekommunikasiya sahəsində əldə edilmiş əməkdaşlıq istiqamətləri bir daha nəzərdən keçirilib.Görülən 676 - 690 qədər, 770 xəbərdən |