Xəbərlər

BMT qlobal kibermüharibənin perspektivlərindən narahatdır

08-Jun-12 10:54.

BMT qlobal kibermüharibənin perspektivlərindən narahatdır

BMT beynəlxalq ictimaiyyəti qlobal kibermüharibənin qarşısını almaq məqsədilə kiberməkanda “dinc yanaşı yaşamaq üsullarını” tapmağa çağırıb.
Bu bəyanat təkmil zərərverici Flame kodunun meydana çıxması ilə bağlı son gərginlik dalğasına verilən reaksiyadır.
BBC-yə müsahibəsində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hamadun Turenin bildirdiyinə görə, BMT ekspertləri bu təhlükəni mayın əvvəlindən izləyir.  

Lənkəranda elektron ticarətə həsr olunmuş təlim keçirilib

07-Jun-12 14:55.

Lənkəranda elektron ticarətə həsr olunmuş təlim keçirilib

İyunun 6-da Lənkəranda İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə sahibkarlar üçün "Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu" mövzusunda treninq keçirilib.
Tədbirdə elektron ticarət və onun əhəmiyyəti, elektron ticarətin mahiyyəti və prinsipləri,  elektron ticarətlə bağlı beynəlxalq təcrübə, elektron ticarətin biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə ətraflı məlumat verilib, www.b2b.az elektron ticarət portalının təqdimatı keçirilib.

Oracle sosial şəbəkələrin monitorinqi üçün alətlər yaradıcısını alır

06-Jun-12 11:37.

Oracle sosial şəbəkələrin monitorinqi üçün alətlər yaradıcısını alır

İri proqram təminatı tərtibatçılarından biri Oracle şirkəti müştərilərə Facebook və Twitter sosial resurslarında onların brendi ilə əlaqədar ictimai fikrin monitorinqi üçün həllər təklif edən Collective Intellect korporasiyasını alır. Satınalmanın məbləği açıqlanmır.




Tayvanda Computex 2012 sərgisi start götürür

05-Jun-12 12:59.

Tayvanda Computex 2012 sərgisi start götürür

Bu gün Tayvanda Computex beynəlxalq kompüter sərgisinin açılış mərasimi baş tutacaq.
İlk dəfə 1981-ci ildə keçirilən sərgi həmin vaxt lokal tədbir kimi təşəkkül tapıb. Hazırda isə Computex Almaniyada keçirilən CeBIT-dən sonra dünyanın ikinci ən iri informasiya texnologiyaları nailiyyətləri sərgisi, Asiyanın isə ən iri oxşar tədbiridir.  
Kompüter sənayesi sahəsində əlamətdar hadisə olan bu tədbir artıq uzun illərdir əksər şirkətlərin öz qabaqcıl məhsullarını və nailiyyətlərini ilk dəfə nümayiş etdirmək üçün imkan yaradır.

İnformasiya-kommunikasiya texnologiyaları üzrə ingiliscə-rusca-azərbaycanca izahlı lüğət nəşr olunub

05-Jun-12 10:00.

İnformasiya-kommunikasiya texnologiyaları üzrə ingiliscə-rusca-azərbaycanca izahlı lüğət nəşr olunub

Akademik Əli Abbasovun  həmmüəllifliyi ilə İnformasiya-kommunikasiya texnologiyaları üzrə ingiliscə-rusca-azərbaycanca izahlı lüğət kitabı nəşr olunub.

Təqdim olunan lüğət sözügedən sahədə istifadə olunan 12.000 termini əhatə edir.



SIM-kartlar üçün yeni standart təsdiq edilib

04-Jun-12 12:13.

SIM-kartlar üçün yeni standart təsdiq edilib

Mobil rabitə sahəsində standartların hazırlanmasına və qəbuluna məsul olan Avropa Telekommunikasiya Standartları İnstitutu (European Telecommunications Standards Institute, ETSI) sim-kartlar üçün yeni nano-SİM standartını təsdiq edib. Üstünlük öz layihələrini təklif edən digər şirkətlərin təzyiqi atında dəyişikliklərə məruz qalan Apple şirkəti tərəfindən təklif edilən modula verilib.  
Onliner-in məlumatına görə, yeni SIM-kart mövcud microSIM-dən 40 faiz kiçikdir.

Məktəblilərin internetdə təhlükəsizliyi tam təmin edilir

01-Jun-12 12:43.

Məktəblilərin internetdə təhlükəsizliyi tam təmin edilir

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində yaradılmış  Azərbaycan Təhsil Şəbəkəsində tətbiq olunan müxtəlif texnologiyalar məktəblilərin İnternet təhlükəsizliyini tam təmin edir.



ICANN yüksək səviyyəli yeni domenlər üçün ərizələrin qəbulunu dayandırıb

31-May-12 12:21.

ICANN yüksək səviyyəli yeni domenlər üçün ərizələrin qəbulunu dayandırıb

Bu gün Bakı vaxtı ilə saat 04:59-da internetdə domen adların tənzimlənməsini həyata keçirən ICANN (Internet Corporation for Assigned Names and Numbers) təşkilatı ümumi istifadəli yüksək səviyyəli yeni domenlərin (gTLD) qeydiyyatı üçün ərizələrin qəbulunu dayandırıb.
2012-ci il yanvarın 12-dən etibarən istənilən hüquqi şəxs şəhər, sirkət, ictimai təşkilat adı ilə yeni domen zonaların yaradılması üçün ərizə verə bilib.  

RIM mümkün itkilər barədə xəbərdarlıq edir

30-May-12 16:02.

RIM mümkün itkilər barədə xəbərdarlıq edir

Kanadanın Blackberry smartfon istehsalçısı Research in Motion (RIM) şirkəti sərmayədar və səhmdarları cari rübdə mümkün əməliyyat itkiləri, eləcə də şirkətin bazarda strateji perspektivlərini qiymətləndirmək məqsədilə bank qrupları ilə iş birliyi qurması barədə xəbərdar edib. Bu xəbərlərin yayılması fonunda şirkətin səhmlərinin dəyəri 15 faiz aşağı düşüb.  

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

29-May-12 10:40.

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.
Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.  
Dövlət başçısı abidənin önünə əklil qoyub. 
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Eurovision 2012-nin finalında çıxış edəcək ölkələrin ardıcıllığı bəlli olub

25-May-12 10:53.

Eurovision 2012-nin finalında çıxış edəcək ölkələrin ardıcıllığı bəlli olub

Eurovision 2012 mahnı müsabiqəsinin finalında çıxış edəcək ölkələrin ardıcıllığı bəlli olub.
Eurovision 2012 müsabiqəsinin II yarımfinal mərhələsindən finala vəsiqə qazanan 10 ölkənin təmsilçisi mətbuat konfransı keçirib.
Onlar finalda çıxış etməkdən qürurlandıqlarını bildiriblər. Mətbuat konfransında Eurovision mahnı müsabiqəsinin ilk qalibi Lis Assia da iştirak edib. 

Bakıda Distant Təhsil Mərkəzi açılıb

24-May-12 12:02.

Bakıda Distant Təhsil Mərkəzi açılıb

Bu gün Bakıda Distant Təhsil mərkəzi açılıb. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron təlimləndirən sistemlər” layihəsinin əsas komponentlərindən biri olan mərkəz xüsusi qayğıya ehtiyacı olan şagirdlərin distant tədris metodları vasitəsilə orta təhsilini təmin edir. Bugünkü tədbir çərçivəsində “Məsafədən məktəb”  internet portalının da təqdimatı keçirilib.

Eurovision-2012-nin ilk yarımfinalı möhtəşəm şou ilə yadda qalıb

23-May-12 10:21.

Eurovision-2012-nin ilk yarımfinalı möhtəşəm şou ilə yadda qalıb

Bu gecə Bakıda Baku Crystal Hall-da Eurovision-2012 mahnı müsabiqəsinin birinci yarımfinalı böyük uğurla başa çatıb.
Bu möhtəşəm şounu həm zaldan, həm də televiziya ekranlarından izləyən milyonlarla tamaşaçı bir daha Azərbaycan mədəniyyətinin möhtəşəmliyinin şahidi olublar.
Çıxışlar başa çatdıqdan sonra səhnəyə “Natiq” ritm qrupu çıxıb. Qədim qavaldaşda qrupun bədii rəhbəri Natiq Şirinovun ifası və Azərbaycan Dövlət rəqs ansamblının çıxışı yaddaşlara həkk olunub.

RİTN-də Meksika Kosmik Agentliyinin nümayəndə heyəti ilə görüş olub

22-May-12 09:48.

RİTN-də Meksika Kosmik Agentliyinin nümayəndə heyəti ilə görüş olub

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Meksika Kosmik Agentliyinin baş direktoru Xavier Mendietanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə nazir Əli Abbasov respublikada müşahidə olunan dinamik iqtisadi inkişaf fonunda son illər ərzində informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda əldə olunan yüksək nəticələrdən, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi, həmçinin İKT sahəsində həyata keçirilən digər layihələr və gələcək planlar barədə danışıb.

“Kütləvi kompyuterləşmə vətəndaşlara informasiya cəmiyyətinin tamhüquqlu üzvü olmağa imkan verir”

21-May-12 12:10.

“Kütləvi kompyuterləşmə vətəndaşlara informasiya cəmiyyətinin tamhüquqlu üzvü olmağa imkan verir”

Ölkəmizdə həyata keçirilən İKT siyasəti internetin inkişafına müsbət təsir edib. İndi Azərbaycanda əhalinin 65 faizi internet istifadəçisidir və bu göstərici ümumdünya orta göstəricisindən təxminən 1,5-2 dəfə yüksəkdir. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Məxfi şöbənin müdiri Təranə Səfərova məlumat verib.


Görülən 661 - 675 qədər, 770 xəbərdən