Xəbərlər

Genişzolaqlı rabitə təhsilin yaxşılaşdırılmasında əsas amildir

27-Feb-13 14:08.
Genişzolaqlı rabitə BMT-yə qarşıya qoyduğu “hamı üçün təhsil” məqsədinə nail olmaqda kömək edə bilər. Bu barədə YUNESKO və Beynəlxalq Telekommunikasiya İttifaqının himayəsi ilə yaradılan rəqəmli texnologiyaların inkişafı naminə genişzolaqlı rabitə məsələləri üzrə Komissiyanın yeni hesabatında deyilir, BMT radiosu xəbər verir.
Məruzə müəllifləri hesab edirlər ki, genişzolaqlı internetdən istifadə inkişaf etməkdə olan ölkələrdə təhsilə yiyələnmək imkanını köklü şəkildə yaxşılaşdıra bilər.

Yaponiya nümayəndə heyəti RİTN-də olub

27-Feb-13 10:30.
Azərbaycanda səfərdə olan Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi, Mitsubishi elektrik korporasiyası, Mitsubishi Ağır Sənaye MMC, Nippon elektrik korporasiyası, IHI Corporation, IHI AEROSPACE Co, PASCO, JAMSS, Mitsubishi, Sumitomo, Itochu korporasiyaları, Yaponiya Kosmos Forumu, Aerokosmik Tədqiqat Agentliyi, Kosmos Sistemləri, Uzaqdan İdarəetmə Mərkəzi, Aerokosmik şirkətləri cəmiyyəti daxil olduğu Yaponiya nümayəndə heyəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində olub.

Kollektivimiz “Ana harayı” abidəsini ziyarət etdi

26-Feb-13 15:04.
21 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib, bəşəriyyətin ən böyük faciələrindən birini - Xocalı soyqırımını törədiblər. Bu hərbi təcavüz zamanı Xocalı şəhəri yerlə-yeksan edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Hərbi təcavüz nəticəsində 613 nəfər, o cümlədən qadınlar, uşaqlar, qocalar xüsusi qəddarlıqla qətlə yetirilib, cəsədləri üzərində təhqiredici hərəkətlərə yol verilib.

Dövlət başçısı “Xocalı” abidəsini ziyarət edib

26-Feb-13 14:12.
Fevralın 26-da Prezident İlham Əliyev Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anma mərasimində iştirak edib.
Faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin yanında fəxri qarovul dəstəsi düzülüb. 
Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib. 
Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoyublar. 

Xocalı soyqırımından 21 il ötür

26-Feb-13 10:20.
Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 21 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.
 
Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhəri üzərinə hücuma keçib.

RİTN-də Xocalı soyqırımının qurbanları yad edildi

25-Feb-13 12:53.

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Tədbir iştirakçıları tərəfindən əvvəlcə faciə qurbanlarının abidəsi önünə tər güllər düzülüb. Sonra Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, Xocalı soyqırımı zamanı yaranan statistik rəqəmlərin hər birinin arxasında böyük faciələr, talelər durur...

Görülən 67 - 72 qədər, 394 xəbərdən