Xəbərlər

RİTN yeni e-xidmətlərin tətbiqinə başlayıb

02-Jul-12 14:05.

RİTN yeni e-xidmətlərin tətbiqinə başlayıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanının icrası məqsədilə yeni elektron xidmətlərin tətbiqinə başlayıb.
Bu elektron xidmətlər nazirlik tərəfindən qanunvericiliyə müvafiq olaraq ümumilikdə 11 fəaliyyət növünə (telekommunikasiya və poçt xidmətləri, biometrik texnologiyaların yaradılması, fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdı­rılması və s.) lisenziyanın, habelə nömrə resurslarının ayrılması, təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin ölkədə yayılmasına, ixrac nəzarətinə düşən mallar üzrə və müəyyən əşyaların dövriyyəsinə xüsusi icazələr verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsini nəzərdə tutur.

Azərbaycan-Estoniya hökumətlərarası komissiyasının iclası olub

29-Jun-12 13:01.

Azərbaycan-Estoniya hökumətlərarası komissiyasının iclası olub

Bakıda Azərbaycan və Estoniya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 1-ci iclası keçirilib. Komissiyaya Azərbaycan tərəfdən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Estoniya tərəfdən isə iqtisadiyyat və kommunikasiya naziri Juhan Parts həmsədrlik ediblər.      
İki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini deyən nazir Əli Abbasov tərəflər arasında mövcud siyasi münasibətlərin iqtisadi əlaqələrin daha da genişlənməsi üçün zəmin yaratdığını deyib.

Azərbaycanla Portuqaliya arasında İKT sahəsində əlaqələr müzakirə olunub

28-Jun-12 17:59.
Azərbaycanla Portuqaliya arasında İKT sahəsində əlaqələr müzakirə olunub
İyunun 27-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Portuqaliya Respublikasının dövlət və xarici işlər naziri Paulo Portasın Azərbaycana rəsmi səfəri çərçivəsində onunla görüşüb. 
Görüşdə son illər Portuqaliya ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdiyi və bu inkişafda informasiya-kommunikasiya texnologiyalarının (İKT) mühüm rol oynadığı vurğulanıb, iki ölkənin əməkdaşlığının genişləndirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün böyük potensial olduğu qeyd edilib. 

Müasir müəssisələr 2,2 zetabayt məlumat saxlayır

27-Jun-12 12:52.

Müasir müəssisələr 2,2 zetabayt məlumat saxlayır

Symantec şirkətinin hesablamalarına əsasən, hazırda dünyadakı bütün müəssisələr 2,2 zetabayta yaxın məlumat saxlayaraq onun təhlükəsizlik və istifadəsinə 1,1 trilyon dollar xərcləyirlər. Şirkət bu qənaətə 38 ölkədə fəaliyyət göstərən şirkətlərin İT-direktorları arasında apardığı 4056 sorğu və nəticələrin qiymətləndirilməsi əsasında gəlib.
Symantec hesabatda qeyd edir ki, böyük biznes rəqəmsal məlumatların saxlanmasına hər il orta hesabla 38 milyon dollara yaxın vəsait xərclədiyi halda, orta və kiçik şirkətlər bu işə ildə 332 min dollar xərcləyirlər. Bundan başqa, şirkətlərin üçdə biri hazırda məlumatları korporativ serverlərdən kənarda saxladıqlarını, bunun da bəzən şəxsi heyət üçün informasiyadan istifadəsində problemlər yaratdığını bildiriblər. 

Rabitə və informasiya texnologiyaları naziri BizNews Asia nəşrinə müsahibə verib

25-Jun-12 13:08.

Rabitə və informasiya texnologiyaları naziri BizNews Asia nəşrinə müsahibə verib

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Filippinin nüfuzlu BizNews Asia həftəlik iqtisadi xəbərlər jurnalına müsahibə verib. Jurnalın prezidenti və naşiri Antonio Lopezin suallarını cavablandıran nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən və gələcək inkişafa hesablanmış ardıcıl və məqsədyönlü sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi...

Nazir Əli Abbasov Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin tikintisi ilə tanış olub

22-Jun-12 16:48.

Nazir Əli Abbasov Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin tikintisi ilə tanış olub

Azərbaycanın telekommunikasiya və müşahidə peyklərinin idarə edilməsi və istismarının həyata keçirilməsi məqsədilə inşa edilən Azərkosmos ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin (ƏYPİM) tikintisinin ilk peykin orbitə buraxılmasından əvvəl başa çatdırılaraq tam istifadəyə verilməsi planlaşdırılır.
Hazırda ƏYPİM-də Azərbaycanın telekommunikasiya peykinin istehsalçısı olan ABŞ-ın Orbital Sciences şirkəti və azərbaycanlı mütəxəssislər tərəfindən peykin idarə edilməsi üçün antenalar, texniki cihazlar və digər avadanlıqlar quraşdırılır.

Dövlət orqanlarının internet informasiya ehtiyatlarının təhlükəsizliyinin təmini gücləndiriləcək

21-Jun-12 11:16.

Dövlət orqanlarının internet informasiya ehtiyatlarının təhlükəsizliyinin təmini gücləndiriləcək görəcək

Prezident İlham Əliyev Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.
Sənədə əsasən, Nazirlər Kabinetinə iki ay müddətində dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair tələbləri müəyyən etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

50-dən çox nüvəyə malik Intel prosessoru artıq bu il işıq üzü görəcək

20-Jun-12 11:57.

50-dən çox nüvəyə malik Intel prosessoru artıq bu il işıq üzü görəcək

Intel korporasiyası çoxnüvəli Many Integrated Core (MIC) arxitekturasına əsaslanan ilk məhsulunu təqdim edib.
Şirkət nümayəndələrinin Intel Xeon Phi adlandırdıqları həmprosessor “50-dən çox nüvəyə” və 8 giqabaytdan çox GDDR5 operativ yaddaşa malik PCIe form-faktorlu moduldur.
Modulun əsasını üçüncü nəsil Intel Core prosessorlarında (Ivy Bridge) olduğu kimi 22 nanometrlik texnoloji proses və 3D Tri-Gate tranzistor texnologiyaları təşkil edir.

“Azərbaycan 2020: Gələcəyə baxış” - rabitə və informasiya texnologiyaları

19-Jun-12 17:43.

“Azərbaycan 2020: Gələcəyə baxış” - rabitə və informasiya texnologiyaları

Bu gün Bakıda “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının rabitə və informasiya texnologiyaları bölümünün hazırlanması ilə əlaqədar “dəyirmi masa” keçirilib. 
“Dəyirmi masa”da çıxış edən YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycanın bugünkü iqtisadiyyatının sürətlə modernləşdiyini bildirib. O, modernləşmənin səbəblərini göstərərək qeyd edib ki, səbəblərdən birincisi Azərbaycan iqtisadiyyatının keyfiyyəftcə yeni inkişaf mərhələsinə çatmasıdır ki, bu mərhələnin sonrakı inkişafı yeni struktur dəyişiklərinin həyata keçirilməsini tələb edir.  

RİTN-də Əfqanıstan nümayəndə heyəti ilə görüş olub

18-Jun-12 12:31.

RİTN-də Əfqanıstan nümayəndə heyəti ilə görüş olub

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Əfqanıstanın İnzibati İslahatlar Katibliyinin baş direktoru Seyid Zabiullah Savayzın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Azərbaycanda rabitə sahəsində görülən işlər barəsində məlumat verib. O bildirib ki, qısa zaman kəsiyində ölkənin bütün yaşayış məntəqələri telefonlaşdırılıb: «Ölkəmiz ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda rabitə sistemi yenidən qurulub.

Bakıda informasiya təhlükəsizliyi mövzusunda beynəlxalq konfrans keçirilir

14-Jun-12 14:57.

Bakıda informasiya təhlükəsizliyi mövzusunda beynəlxalq konfrans keçirilir

Bu gün Bakıda IDC beynəlxalq analitik şirkətinin “İnformasiya təhlükəsizliyi və verilənlərin emalı mərkəzlərinin transformasiyası” (IT Security and Datacenters Transformation Roadshow 2012) mövzusunda ilk illik beynəlxalq konfransı işə başlayıb.
Tədbir IDC-nin qlobal proqramının tərkib hissəsidir və İT-infrastrukturun effektivliyinin artırılmasına yönəlib.  
Qeyd edək ki, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi konfransın strateji tərəfdaşı qismində çıxış edir.

RİTN-də elektron xidmətlərin tətbiqi ilə bağlı məsələlər müzakirə olunub

13-Jun-12 14:15.

RİTN-də elektron xidmətlərin tətbiqi ilə bağlı məsələlər müzakirə olunub

İyunun 12-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının icrası ilə bağlı görülən işlərin və qarşıda duran məsələlərin müzakirəsi məqsədilə “Elektron Azərbaycan” Dövlət Proqramının və “Elektron hökumət” Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının geniş tərkibdə növbəti iclası keçirilib. İclasda Prezident Administrasiyasının, Nazirlər Kabinetinin və digər dövlət qurumlarının səlahiyyətli nümayəndələri və mütəxəssisləri iştirak edib.

İnformasiya texnologiyalarına dair yeni standartlar təsdiq edilib

12-Jun-12 11:19.

İnformasiya texnologiyalarına dair yeni standartlar təsdiq edilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə yaratdığı Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi tərəfindən hazırlanmış AZS İSO/İEC 27000-2012 "İnformasiya texnologiyası - Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. İcmal və sözlük", AZS İSO/İEC 27003-2012 "İnformasiya texnologiyası - Təhlükəsizlik metodları.

Aşxabadda RRB Rabitə Adminsitrasiyaları Rəhbərləri Şurasının iclası işə başlayır

12-Jun-12 11:17.

Aşxabadda RRB Rabitə Adminsitrasiyaları Rəhbərləri Şurasının iclası işə başlayır

İyunun 12-də Aşxabadda (Türkmənistan) Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Rəhbərləri Şurasının 46-cı iclası işə başlayır.
İki gün davam edəcək iclasda Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
İclasın gündəliyinə RRB-nin MDB ölkələrinin rabitə və informasiyalaşdırma sahəsində gələcək əməkdaşlığına...

Avropa operatorları şəbəkənin yüklənməsi üçün ödəniş istəyirlər

11-Jun-12 11:15.

Avropa operatorları şəbəkənin yüklənməsi üçün ödəniş istəyirlər

Avropa Rabitə Operatorları Assosiasiyası (ETNO) beynəlxalq telekommunikasiya normalarına yenidən baxmağı və trafiki provayderlərin şəbəkəsində artıq yükləmə yaradan iri internet-şirkətlərindən (məsələn Google və ya Facebook kimi) ödəniş almağı təklif edib.
ETNO təklifini Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) göndərib və layihə 2012-ci ilin dekabrına təyin edilən iclasda müzakirə ediləcək.

Görülən 646 - 660 qədər, 770 xəbərdən