Xəbərlər

Samsung planşetlərin satışı üzrə Apple-dan 25 dəfə geri qalır

13-Aug-12 12:46.

Samsung planşetlərin satışı üzrə Apple-dan 25 dəfə geri qalır

Samsung Electronics şirkəti ABŞ bazarında 1,4 milyon Galaxy Tab planşet kompüteri satıb. Bu, Apple şirkətinin ümumi satışlarının 4 faizini təşkil edir.
Müqayisə üçün qeyd edək ki, Apple bu vaxtadək ABŞ-da 34 milyon iPad planşet kompüter modeli satıb.
Göstərilən 1,4 milyon həcmin 725 mini orijinal Galaxy Tab, 585 mini Galaxy Tab 10.1 modellərinin və 127 mini LTE texnologiyasını dəstəkləyən planşetlərin payına düşüb, Cnews yazır.

Nokia 500 patentini Vringo şirkətinə satıb

10-Aug-12 12:51.

Nokia 500 patentini Vringo şirkətinə satıb

Finlandiyanın Nokia şirkəti aktivlərini satmaqda davam edərək maliyyə vəziyyətini yaxşılaşdırmağa və diqqətini özü üçün daha mühüm olan istiqamətlərə - Windows Phone smartfonlarına və Series 40 bazasında ucuz telefonlara yönəltməyə ümid edir. Avqustun 9-da müxtəlif mobil texnologiyaların işlənib hazırlanmasında ixtisaslaşan ABŞ-ın Vringo şirkəti Nokia-ya məxsus 500 patenti almasını açıqlayıb.   


Lenovo Windows 8 ilə işləyən ThinkPad Tablet 2 planşetini rəsmən təqim edib

09-Aug-12 13:59.

Lenovo Windows 8 ilə işləyən ThinkPad Tablet 2 planşetini rəsmən təqim edib

Lenovo şirkəti Intel Atom prosessorunun bazası əsasında hazırlanan ThinkPad Tablet 2 planşet kompüteri rəsmən təqim edib. Yeni qurğu əvvəlki nəsillərindən fərqli olaraq Android əməliyyat sisteminin deyil, Windows 8 əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.  Aparatın satışa cari ilin oktyabrında çıxarılacağı bildirilsə də, onun qiyməti barədə məlumat verilmir.     


HTC Galaxy Note modelinin rəqibini hazırlayır

08-Aug-12 12:44.

HTC Galaxy Note modelinin rəqibini hazırlayır

HTC şirkəti Samsung Galaxy Note smartfonunun rəqibi olacaq yeni qabaqcıl qurğu hazırlayır. Yeni məhsulun cari ilin sentyabr-oktyabr aylarında satışa çıxarılacağı gözlənilir.
Tayvan istehsalçısının qurğusu standart smartfonlarla müqayisədə böyük ekranı ilə seçiləcək. Aparatın diaqonalı 5 düymə bərabər olacaq, təsvir ölçüsü isə 1794x1080 piksel təşkil edəcək, Lenta yazır.  

İnformasiya-kommunikasiya texnologiyaları sektorunda fəaliyyət stimullaşdırılacaq

07-Aug-12 12:02.

İnformasiya-kommunikasiya texnologiyaları sektorunda fəaliyyət stimullaşdırılacaq

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) nəzdində yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İTİDF) informasiya-kommunikasiya texnologiyaları sektorunda fəaliyyəti stimullaşdıracaq.
Bu sahədə innovasiyaların tətbiqini, eləcə də tətbiqi elmi-tədqiqat işlərini genişləndirəcək. İnformasiya texnologiyaları sahəsində istehsal yönümlü fəaliyyətin dəstəklənməsini, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunması üzrə işlərə təkan verilməsini üzərinə götürən fond Azərbaycanda bu sahədə fəaliyyət göstərən təşkilatlara maliyyə dəstəyi göstərəcək.

Yeni Galaxy Note smartfonunun təqdimat tarixi açıqlanıb

06-Aug-12 12:44.

Yeni Galaxy Note smartfonunun təqdimat tarixi açıqlanıb

Cənubi Koreyanın Samsung şirkəti avqustun 29-da keçiriləcək tədbirdə Galaxy Note smartfonunun yeni versiyasını təqdim edəcək. Şirkət qurğunun texniki xüsusiyyətlərini vaxtından əvvəl açıqlamasa da, onun diaqonalının 5,5 düym olacağı güman edilir. Bu, birinci Note modelinin ekranından 0,2 düym çoxdur. Bundan başqa, displeyin elastik olacağı istisna edilmir, bu isə aparatın üst səthinin zərbələrə davamlı olmasına imkan verəcək, 

İnternet şəbəkəsində 628 milyon sayt işləyir

03-Aug-12 11:44.

İnternet şəbəkəsində 628 milyon sayt işləyir

Netcraft analitik şirkəti internet şəbəkəsində saytların sayı barədə növbəti aylıq hesabatını dərc edib. Şirkətin məlumatına əsasən, avqustun 1-nə şəbəkədə 628 170 204 sayt işləyib ki, bu da bir ay əvvəlkindən 38 milyon azdır.
Şirkətdə bildirirlər ki, mənfi dinamika veb-saytların hesablanma meyarlarının dəqiqləşdirilməsi ilə əlaqədardır. Həmçinin, statistikadan 242 fiziki İP-ünvanda yerləşən 40 milyona yaxın sayt çıxarılıb, CyberSecurityyazır.
Bütün bunlar ilk olaraq bazarda ən iri veb-server olan Apache-ya mənfi təsir edib ki, veb-server 36 milyon host itirib, onun bazar payı isə 59 faizə enib.

Chrome 21 işıq üzü görüb

02-Aug-12 12:56.

Chrome 21 işıq üzü görüb

Google şirkəti Chrome veb-brauzerinin yenilənmiş versiyasını istifadəyə verib. Yeni brauzerdə veb kameranı və mikrofonu dəstəkləyən istənilən veb-əlavələrə keçid imkanı var, bunun üçün Flash və ya Silverlight kimi plaqinlər tələb olunmur. Qeyd edilir ki, əlavələr istifadəçinin razılığından sonra çıxış imkanı əldə edir.
Həmçinin Chrome 21 artıq yüksək təsvir ölçüsünə malik ekranları dəstəkləyir, ICTNews xəbər verir.

Apple və Samsung arasında məhkəmə prosesinə start verilib

01-Aug-12 12:57.

Apple və Samsung arasında məhkəmə prosesinə start verilib

ABŞ-da Apple və Samsung şirkətləri arasında məhkəmə prosesinin əsas hissəsi başlayıb. 
Xatırladaq ki, Apple korporasiyası Samsung-a qarşı məhkəmə iddiası ilə ötən il çıxış etmişdir və Cənubi Koreya şirkətini qeyri-qanuni olaraq özünün iPhone və iPad kimi məhsullarına bənzəyən smartfon və planşet kompüterlər istehsal etməkdə ittihamlandırmışdır.

Azərbaycan Prezidenti Heydər Əliyev Mərkəzində olub

31-Jul-12 12:30.

Azərbaycan Prezidenti Heydər Əliyev Mərkəzində olub

İyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində olub.
Xatırladaq ki, iyulun 20-də Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında aparılan qaynaq işləri nəticəsində yanğın baş vermişdir. 
Baş vermiş yanğının nəticələrinin aradan qaldırılması ilə bağlı dövlət başçısına məlumat verilib. Vəziyyətlə yerindəcə tanış olan Prezident İlham Əliyev bərpa işləri ilə əlaqədar müvafiq tapşırıqlarını verib. Məlumatı 

Azərbaycan London Olimpiadasında ilk medalını qazandı

30-Jul-12 12:45.

Azərbaycan London Olimpiadasında ilk medalını qazandı

XXX London Yay Olimpiadasında ağırlıqqaldırma yarışları başa çatdı. İkinci yarış günü Azərbaycan yığması ilk medalını qazandı.
Turnirin ikinci günündə çıxış edən Azərbaycan atleti Valentin Xristov toplam 286 kilo qaldıraraq bürünc medal qazandı. Birinci yeri 293 kq nəticə göstərən şimali koreyalı Om Yun Çol göstərib. Gümüş medal isə çinli Jinqbaoya qismət olub - 289 kq.
Qeyd edək ki, milliləşən bolqar atlet 56 kq-da yarışan idmançılar arasında əsas favoritlərdən hesab olunurdu. 
Elə Azərbaycan millisinin də medal qazanmağa əsas namizədlərindən biri idi.

Azərbaycan Prezidenti XXX Yay Olimpiya Oyunlarının keçiriləcəyi Londona gəlib

27-Jul-12 11:22.

Azərbaycan Prezidenti XXX Yay Olimpiya Oyunlarının keçiriləcəyi Londona gəlib

İyulun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva XXX Yay Olimpiya Oyunlarının keçiriləcəyi Londona səfər ediblər. 
Londonun “Stansted” hava limanında dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov, Böyük Britaniya Kraliçasının şəxsi nümayəndəsi Lord Piter və Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin rəsmisi qarşılayıblar.

Apple-ın mənfəəti rüb ərzində 20,5% artaraq 8,8 milyard dollara çatıb

26-Jul-12 12:42.

Apple-ın mənfəəti rüb ərzində 20,5% artaraq 8,8 milyard dollara çatıb

ABŞ-ın Apple şirkətinin 30 iyun 2012-ci ildə başa çatmış cari maliyyə ilinin üçüncü rübündə xalis mənfəəti bir il əvvəlki analoji dövrün 7,3 milyard dollarlıq göstəricisi ilə müqayisədə 20,5% artaraq 8,8 milyard dollar təşkil edib.
Hesabat dövrü ərzində mənfəət bir adi səhmə hesablandıqda ötən ilin analoji dövründəki 7,79 dollara nisbətdə 9,32 dollaradək artıb, RİA Novosti yazır.


RİMHİRK-in hesabat seçki konfransı keçirilib

25-Jul-12 11:27.

RİMHİRK-in hesabat seçki konfransı keçirilib

Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (RİMHİRK) hesabat seçki konfransı keçirildi. Konfransda rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi, rabitə birlik və müəssisələrinin həmkarlar ittifaqlarının sədrləri iştirak edirdilər. Toplantını giriş sözü ilə RİMHİRK-nin sədri Seymur Orucov açaraq konfransın gündəliyi ilə mərasim iştirakçılarını tanış etdi.

Cisco Systems işçilərini ixtisara salır

24-Jul-12 12:26.

Cisco Systems işçilərini ixtisara salır

Dünyanın ən böyük şəbəkə avadanlıqları istehsalçısı Cisco Systems 1,3 min nəfər işçisini ixtisara salacaq. Bu addım şirkətin yenidən strukturlaşması ilə bağlıdır. 

Cisco-nun yaydığı məlumatda deyilir ki, ixtisara salınan 1,3 min nəfər şirkət əməkdaşlarının 2 faizini təşkil edir. İxtisarlar isə biznesin daha effektiv inkişafını təşkil etmək üçün həyata keçirilir, www.milli.az yazır.



Görülən 616 - 630 qədər, 770 xəbərdən