Xəbərlər

Azərbaycan Prezidenti idarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında əsasnaməni təsdiq edib

05-Sep-12 11:33.

Azərbaycan Prezidenti idarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında əsasnaməni təsdiq edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Sistemin təşkilatçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, operatoru Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətidir.


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haker hücumlarına münasibət bildirib

05-Sep-12 11:28.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haker hücumlarına münasibət bildirib

Son bir neçə gündə ermənilər tərəfindən müxtəlif texnoloji üsullarla Azərbaycanın dövlət orqanlarının, informasiya agentliklərinin, əyləncə saytlarının fəaliyyətinə əngəllər yaratmağa, onu dayandırmağa, həmçinin məzmununa müdaxilə etməyə cəhdlər göstərilir.
Ermənilər törətdikləri bu qeyri-qanuni əməlləri öz kütləvi informasiya vasitələrində açıq-aşkar etiraf edir və qürrələnirlər. Hətta yalan məlumat yayaraq ölkə başçısının saytına müdaxilə olunduğunu da bildirirlər.

Samsung-un səhmlərinin dəyəri Apple-ın yeni tələbləri fonunda azalır

05-Sep-12 11:25.

Samsung-un səhmlərinin dəyəri Apple-ın yeni tələbləri fonunda azalır

Cənubi Koreyanın Samsung Electronics şirkətinin səhmlərinin dəyəri Seulda keçirilən yeni hərrac həftəsində 1,5 faizdən çox aşağı düşüb. Bu, ötən həftənin cümə günü Apple korporasiyası tərəfindən ABŞ ərazisində Koreya istehsalçısına məxsus qurğuların satışının qadağan edilməsinə dair siyahını genişləndirməyi tələb etdikdən sonra baş verib. ABŞ istehsalçısının yeni tələblərinə Galaxy Note və Galaxy S III qurğuları daxildir.


Nazir TeliaSonera şirkətlər qrupunun prezidenti ilə görüşüb

31-Aug-12 12:59.

Nazir TeliaSonera şirkətlər qrupunun prezidenti ilə görüşüb

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azercell mobil operatorunun da daxil olduğu TeliaSonera şirkətlər qrupunun prezidenti Lars Nuberqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən görüşdə nazir Əli Abbasov qonaqlara Azərbaycanda İKT sektorunda həyata keçirilən genişmiqyaslı layihələr barədə məlumat verib.

Samsung Galaxy Note smartfonunun yeni modelini nümayiş etdirib

30-Aug-12 12:56.

Samsung Galaxy Note smartfonunun yeni modelini nümayiş etdirib

Koreyanın Samsung şirkəti avqustun 29-da Berlində keçirilən IFA beynəlxalq məişət elektronikası sərgisi çərçivəsində Galaxy Note II smartfonunu təqdim edib.
Yeni Galaxy Note əvvəlki modellə müqayisədə bir qədər nazik və uzadılmış olmaqla 1300 milliamper/saatlıq daha böyük tutumlu akkumulyatora malikdir. Smartfonda 5,5 düym diaqonallı və 1280x720 meqapiksel təsvir ölçülü Super HD AMOLED ekrandan istifadə olunur. Bundan başqa, aparat 3G və LTE şəbəkələrinə də qoşula bilir.

IBM Kenexa şirkətinin alınmasına 1,3 milyard dollar ödəyəcək

29-Aug-12 12:10.

IBM Kenexa şirkətinin alınmasına 1,3 milyard dollar ödəyəcək

IBM korporasiyası işçi heyətinin idarə edilməsi üzrə alətlərin hazırlanmasında ixtisaslaşan Kenexa şirkətinin alınmasına dair sazişin imzalandığını elan edib. Kenexa-nın proqram həlləri korporativ sifarişçilərə kadrların seçilməsində, əmək məhsuldarlığının optimallaşdırılması ilə əlaqədar məsələlərin həllində kömək edir. Şirkətin əczaçılıq, maliyyə servisləri, pərakəndə satış sahələri daxil olmaqla müxtəlif biznes-sahələrdə 8 900-ə yaxın müştərisi var. Kenexa-nın xidmətlərindən Fortune 500 reytinqinə daxil olan şirkətlərin yarısı istifadə edir.

Apple-ın səhmləri tarixi maksimum həddini yeniləyib

28-Aug-12 12:33.

Apple-ın səhmləri tarixi maksimum həddini yeniləyib

Apple şirkətinin səhmlərinin dəyəri məhkəmənin Samsung ilə patent mübahisəsinə dair qərarından sonra tarixi maksimum həddini yeniləyib.    
Hərracların başlanğıcında Apple-ın səhmlərinin dəyəri 1,8 faiz artıb və hazırda səhmdarlar tərəfindən şirkətə məxsus bir səhmin qiyməti təxminən 675,13 dollar qiymətləndirilir. Beləliklə, dünyanın nəhəng şirkətinin dəyəri 633 milyard dollar təşkil edir.    
ABŞ istehsalçısının əvvəlki tarixi maksimum həddi bir səhm üçün 674 dollar olub.

Samsung-un səhmlərinin dəyəri məhkəmənin Apple ilə patent mübahisəsinə dair qərarından sonra azalıb

27-Aug-12 12:18.

Samsung-un səhmlərinin dəyəri məhkəmənin Apple ilə patent mübahisəsinə dair qərarından sonra azalıb

Samsung şirkətinin səhmlərinin dəyəri bazar ertəsi, avqustun 27-də Seul birjasında keçirilən hərracların ilk saatında 7,7 faiz aşağı düşüb. Koreya istehsalçısının səhmlərinin dəyərində 2008-ci ilin oktyabrından bəri ilk dəfə azalma müşahidə olunub.
Samsung-un səhmlərinin dəyərinin kəskin azalması cümə günü gecə, avqustun 24-də Cənubi Koreya şirkəti və Apple arasında patent mübahisəsini araşdıran Kaliforniya ştatının San-Hose Məhkəməsi ABŞ istehsalçısının xeyrinə qərar çıxardıqdan sonra baş verib, Lenta yazır.

Rabitə və informasiya texnologiyaları naziri kibertəhlükəsizlik üzrə beynəlxalq konfransa dəvət olunub

24-Aug-12 12:08.

Rabitə və informasiya texnologiyaları naziri kibertəhlükəsizlik üzrə beynəlxalq konfransa dəvət olunub

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon-Lotemlə görüşüb.  
Ölkəmizdəki diplomatik missiyasını başa vuran səfir Azərbaycan və İsrail arasında informasiya texnologiyaları sahəsində mövcud əlaqələri yüksək qiymətləndirərək əlaqələrin intensivləşdirilməsi istiqamətində səylərin artırılacağına əminliyini vurğulayıb.

Facebook şirkətinə Instagram-ı almağa icazə verilib

24-Aug-12 09:16.

Facebook şirkətinə Instagram-ı almağa icazə verilib

ABŞ Federal Ticarət Komissiyası Facebook sosial şəbəkəsi tərəfindən Instagram şirkətinin alınmasına dair sövdələşməni bəyənərək sazişin həyata keçirilməsinə mane olmayacağını bəyan edib. Bununla da dünyanın iri sosial şəbəkəsi populyar fotoservisin alınmasına bir addım yaxınlaşıb.
Xatırladaq ki, cari ilin aprelində, səhmlərin buraxılmasına bir ay qalmış Facebook Instagram-ı 1 milyard dollara alacağını elan edib.  

Apple tarixdə ən bahalı korporasiya olub

22-Aug-12 13:17.

Apple tarixdə ən bahalı korporasiya olub

Yeni məhsulların buraxılması ilə bağlı yayılan şayiələr və gözləntilər dalğasında Apple şirkəti növbəti maliyyə rekorduna imza atıb. Ötən gün keçirilən hərracların nəticələrinə görə, ABŞ korporasiyasının səhmlərinin dəyəri bir ədəd üçün 650 dollara çatıb. Apple-ın kapitallaşması 623,5 milyard dollar təşkil edib ki, bu da tarixdə bütün şirkətlər arasında mütləq rəqəmlərdə rekord göstərici hesab edilir.   


Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

17-Aug-12 13:00.

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. 

Samsung 10 düymlü Galaxy Note-u satışa çıxarıb

16-Aug-12 15:44.

Samsung 10 düymlü Galaxy Note-u satışa çıxarıb

Avqustun 15-də Koreyanın Samsung şirkəti xüsusi S Pen stilusu (elektron qələm) ilə təchiz edilən Galaxy Note 10.1 planşet kompüterini satışa çıxarıb.
Çərşənbə günü planşet ABŞ-da satışa çıxarılıb və qurğunun 16 giqabaytlıq quraşdırılmış yaddaşla qiyməti 500 dollar, 32 giqabaytla 550 dollar təşkil edir.
Galaxy Note 10,1 düym diaqonallı ekranla, dördnüvəli prosessorla və iki giqabaytlıq operativ yaddaşla təchiz olunub. Aparat Android əməliyyat sisteminin sonuncu versiyası ilə tədarük ediləcək, Lenta yazır.

Ekspertlər Facebook-un səhmlərinin satılmasına başlamasından ehtiyat edirlər

15-Aug-12 20:08.

Ekspertlər Facebook-un səhmlərinin satılmasına başlamasından ehtiyat edirlər

Sabah IPO (səhmlərin ilkin yerləşdirilməsi) keçirilən zaman Facebook sosial şəbəkəsinin alınmış qiymətli kağızlarının satışına qoyulan qadağanın müddəti başa çatır. Avqustun 16-da 271 milyon səhmin satış qadağası ləğv ediləcək ki, bu da şirkətin nizamnamə kapitalının 12,6 faizini təşkil edir. Bəzi ekspertlərin fikrincə, sərmayədarlar birjada dəyərini xeyli itirmiş səhmləri satmağa başlaya bilərlər.  


İl ərzində mobil telefonların satışı 2,3 faiz azalıb

15-Aug-12 09:07.

İl ərzində mobil telefonların satışı 2,3 faiz azalıb

Gartner analitik şirkəti bu gün hesabat dərc edərək cari ilin ikinci rübündə dünya bazarında mobil telefonların satışının bir il əvvəlin analoji dövrünün səviyyəsindən 2,3 faiz azalmasını açıqlayıb. Şirkət qeyd edir ki, azalma istehlakçılar tərəfindən iPhone 5 modelini gözləməsi, eləcə də istehlak tələbatını saxlayan mürəkkəb iqtisadi vəziyyət fonunda baş verir,Cybersecurity yazır.

Görülən 601 - 615 qədər, 770 xəbərdən