Xəbərlər
Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının 3-cü regional iclası keçirilir
Bakıda “Bakutel-2015” sərgi-konfransı çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Rabitə Birliyinə üzv olan ölkələri üzrə tədqiqat qrupunun 3-cü regional iclası keçirilir.
Bakıda Üçüncü Regional İnternet İdarəçilik Forumu öz işinə başlayıb
Bu gün “İKT İnnovasiyalarının Regional İnkişaf Mühitinin Yaradılması” mövzusunda Üçüncü Regional İnternet İdarəçilik Forumu (RİİF) öz işinə başlayıb.
Forumun təşkilatçıları Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və ADA Universitetidir. Qeyd etmək lazımdır ki, Regional İnternet İdarəçilik Forumu 2012-ci ildə Bakıda təşkil edilmiş 7-ci İnternet İdarəçilik Forumu ərəfəsində yaranıb və hər il keçirilir.
Prezident İlham Əliyev: “Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində dinamik inkişaf edən ölkələr sırasındadır”
Prezident İlham Əliyev “BakuTel - 2015” 21-сi Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarını təbrik edib.
Təbrikdə deyilir: "Hörmətli sərgi və konfrans iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır və “BakuTel – 2015” 21-ci Azərbaycan beynəlxalq sərgi və konfransının işə başlaması münasibətilə təbrik edirəm".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “BakuTel-2015” sərgisi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Baku Expo Mərkəzində “BakuTel-2015” XXI Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, dekabrın 5-dək davam edəcək “BakuTel-2015” beynəlxalq sərgisində 200-dən artıq şirkət iştirak edir. Yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15 faizini təşkil edir.
Görülən 61 - 64 qədər, 1086 xəbərdən