Xəbərlər

Azərbaycan Belarusda TİBO-2013 sərgisində təmsil olunur

23-Apr-13 14:19.
Azərbaycan nümayəndə heyəti aprelin 23-26-da Minskdə (Belarus) keçirilən TİBO-2013 telekommunikasiya, informasiya və bank texnologiyaları üzrə XX Beynəlxalq ixtisaslaşmış sərgi-konqresdə iştirak edir.
Təşkilatçısı qismində Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyinin çıxış etdiyi TİBO-nun məqsədi Belarusun sosial-iqtisadi inkişafı üçün informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəyə yardımçı olmaqdır.
Sərgidə 15 dünya ölkəsinin 300-dən çox şirkətinin məhsulları nümayiş olunur.
İştirakçılar informasiya texnologiyaları sahəsinin müxtəlif istiqamətləri üzrə innovasiya həllərini təqdim edirlər.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin açıqlaması

22-Apr-13 14:09.
Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının müxtəlif qurumları, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid (http://www.mincom.gov.az/) 1,5 GB –lıq müxtəlif səpkili sənəd və informasiyaların oğurlanmasına dair məlumatlar dərc olunur.
Müvafiq qurumlar tərəfindən aparılan ilkin araşdırmalardan məlum olmuşdur ki, müxtəlif xarici saytlarda Azərbaycanla bağlı dərc olunan məktub və sənədlər tam saxta və qərəzlidir. Belə ki, dərc olunmuş məlumatlarda adları yer alan müvafiq qurumlar nazirliyə məktub ünvanlayaraq, məlumatların tam yalan olduğunu təsdiqləyir, o cümlədən Türkiyənin Bilgi Teknolojileri ve İletişim Kurumu Uluslararası İlişkiler Dairesi Başkanlığının rəsmiləri məsələyə yazılı şəkildə etirazlarını bildirərək, onlarda bu məzmunda və qeydiyyatda sənəd olmadığını vurğulayıblar. Hazırda bu istiqamətdə araşdırmalar davam edir.

Bu gün Gəncədə nazirlə canlı görüş keçirilir

19-Apr-13 12:04.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində qeyd edib ki, hazırkı il - “İnformasiya-kommunikasiya texnologiyaları ili” Azərbaycanda uğurla başlayır.

2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar respublika ərazisində bu sahədə aparılan işlər daha da intensivləşib.

Bu gün nazir Gəncədə vətəndaşları qəbul edəcək

19-Apr-13 10:49.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən aprel ayının 19-da Gəncə iqtisadi rayonu üzrə (Gəncə, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Goranboy) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə bölgədə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu keçirilir. Gəncə Telekommunikasiya İdarəsində keçiriləcək qəbula yazılmaq istəyən vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, (012) 598 38 18 nömrəli telefon (regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə saxlamaları xahiş olunur.

“Rabitə” yenə çempion oldu və rekorda imza atdı

18-Apr-13 14:06.
Təbrik edirik! “Rabitə” yenə çempion oldu və rekorda imza atdı
“Rabitə” ardıcıl 6-cı dəfə Azərbaycan çempionu olub. Marçello Abbondanzanın baş məşqçilik etdiyi komanda Super Liqanın qalibi olmağını yarışın sonuna 3 tur qalmış rəsmiləşdirib.
Komandamız buna çempionatın XXV turun “İqtisadçı” ilə oyununda nail olub. Hələ davam edən görüşdə artıq 2:1 hesabı ilə öndə olan “Rabitə” özü üçün ən azı 1 xalı təmin edib. Bu 1 xal isə komandaya 6-cı, italiyalı mütəxəssisə isə ilk dəfə Azərbaycan çempionluğunu gətirib.
Belə ki, “Rabitə”dən əvvəl meydana çıxıb qələbə qazanmaqla liderlə xal fərqini 9-a endirən “Azərreyl” üçün çempionluq əlçatmaz olub.

RİTN-in kollegiya iclası keçirilib

17-Apr-13 14:34.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) 2013-cü ilin birinci rübünün yekunlarına dair kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda nitqindən irəli gələn vəzifələr barədə danışaraq, ötən müddətdə respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu qeyd edib.

Görülən 7 - 12 qədər, 394 xəbərdən