Xəbərlər
Azərbaycan Prezidenti informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb
27-Sep-12 15:26.
Azərbaycan Prezidenti İlham Əliyev informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb.
Fərmana əsasən, ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, təhlili və qabaqlanması üçün dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin əlaqələndirilməsi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması, ümummilli hazırlığın və maarifləndirmənin təmin edilməsi məqsədi ilə...
BMT Azərbaycanda həyata keçirilən İKT layihələrində maraqlıdır
26-Sep-12 14:24.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasında BMT-nin rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramı və Əhali Fondunun rezident nümayəndəsi kimi səlahiyyət müddəti başa çatan Fikrət Akçura ilə görüşüb.
Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) dinamik inkişaf etdiyini deyən BMT rəsmisi Ümumdünya İqtisadi Forumunun illik “Qlobal informasiya texnologiyaları” hesabatında Azərbaycanın MDB ölkələri arasında lider olmasını təqdirəlayiq hal kimi dəyərləndirib. RİTN müəllimlər üçün kompüter kursları təşkil edib
25-Sep-12 14:28.
Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010 - 2012-ci illər üçün Dövlət Proqramı”na (Elektron Azərbaycan)” uyğun olaraq regionlarda rəqəmsal geriliyin aradan qaldırılması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə yerli mütəxəssislər tərəfindən Balakən rayonunun orta ümumtəhsil məktəblərinin 100 nəfər müxtəlif fənn müəllimləri üçün kompüter kursları təşkil olunub.
Azərbaycan XİN və ITU "Kibertəhlükəsizlik haqqında" Konvensiya üzrə məsləhətləşmələr aparır
24-Sep-12 14:24.
Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Katibliyi və Azərbaycan Xarici İşlər Nazirliyi "Kibertəhlükəsizlik haqqında" Konvensiyanın hazırlanması üzrə məsləhətləşmələr aparır. Bu barədə ITU-nun zona şöbəsinin rəhbəri Orozobek Kayıkov bildirib.
Kayıkovun sözlərinə görə, məsələ ilk dəfə ITU-nun baş katibi Hamadun Turenin Azərbaycana ötənilki səfəri çərçivəsində qaldırılıb.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini 6-cı Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisində iştirak edib
21-Sep-12 14:06.
Sentyabrın 20-də Təhsil Nazirliyinin dəstəyi, “İteca Caspian LLC” və onun tərəfdaşı “ITE Group plc” şirkətlərinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 6-cı Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisi açılıb. Sərgidə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə də iştirak edib.
Müvafiq qurumların, ayrı-ayrı ölkələrin Azərbaycandakı diplomatik korpusu nümayəndələrinin, gənclərin iştirak etdikləri açılış mərasimində təhsil naziri Misir Mərdanov sərginin əhəmiyyətindən danışıb, onun iştirakçılarının sayının ilbəil artdığını vurğulayıb. Azərbaycan-Sloveniya münasibətləri müzakirə olunub
20-Sep-12 14:15.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda səfərdə olan Sloveniya Respublikasının baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiya naziri Radovan Zerjavın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir Əli Abbasov Azərbaycan və Sloveniya arasında son illər müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın müsbət tendensiyada inkişaf etdiyini bildirib.
"ASAN xidmət" mərkəzlərinin yaradılması üçün pilot layihənin həyata keçirilməsinə maliyyə vəsaiti ayrılıb
18-Sep-12 17:20.
"ASAN xidmət" mərkəzlərinin yaradılması üçün pilot layihənin həyata keçirilməsinə maliyyə vəsaiti ayrılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədilə pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan...
Azərbaycan Prezidenti: XXI əsr yüksək texnologiyalar əsridir
17-Sep-12 15:58.
Azərbaycan Prezidenti: XXI əsr yüksək texnologiyalar əsridir
|