Xəbərlər
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun müsabiqəsi çərçivəsində 103 layihə kompleks ekspertiza mərhələsinə keçib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 3-cü qrant müsabiqəsinə təqdim edilən 138 layihədən 103-ü ilkin ekspertizadan keçib.
Hazırda layihələrin kompleks ekspertizası həyata keçirilir.
Prezident İlham Əliyev “Huawei” şirkətinin Pekindəki Sərgi Mərkəzində olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Huawei” şirkətinin Pekindəki Sərgi Mərkəzində olub.
Dövlət başçısına məlumat verilib ki, bu mərkəz yüksək səviyyəli strateji dialoq məkanıdır. Burada “Huawei”in gələcək meyilləri, çağırışları və strategiyaları barədə müştərilərə geniş məlumat verilir, onların maraqlarına uyğun olaraq həll yolları izah edilir.
2016-cı il dövlət büdcəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə xərclər 2 168 495 manat təşkil edəcək
2016-cı il dövlət büdcəsində ümumi dövlət xidmətləri istiqamətində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə xərclərin məbləği, o cümlədən mərkəzləşdirilmiş xərclər 2 168 495 manat müəyyənləşdirilib.
Qaliblər mükafatlandırıldı
“Aztelekom” MMC-nin konfrans zalında 6-dekabr rabitəçilərin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış sözü ilə açan MMC-nin Baş direktoru vəzifəsini icra edən, texniki direktor Zahir Vəliyev Azərbaycan rabitəsinin tarixi inkişaf yolundan danışıb. O bildirib ki, ilk dəfə 134 il bundan öncə Bakıda “Nobel Qardaşları Cəmiyyəti” tərəfindən ilk telefon xətti çəkilib.
Görülən 57 - 60 qədər, 1086 xəbərdən