Xəbərlər
BakuTel 2012 sərgi və konfransının iştirakçılarına
06-Nov-12 12:23.
Sizi “BakuTel-2012” 18-ci Beynəlxalq sərgi və konfransının öz işinə başlaması münasibətilə təbrik edirəm, hamınıza can sağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Bu mötəbər ənənəvi tədbir ölkəmizdə İKT-nin ən müxtəlif sahələrində əldə olunan mühüm nailiyyətlərin beynəlxalq işgüzar dairələrə çatdırılması, təşəbbüskarı və bilavasitə iştirakçısı olduğumuz regional və beynəlxalq İKT layihələrinin həyata keçirilməsi, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Azərbaycan Prezidenti BakuTel -2012 sərgisinin ekspozisiyası ilə tanış olub
06-Nov-12 12:00.
Bu gün Bakıda BakuTel -2012 18-ci Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı öz işinə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirə gələrək sərginin pavilyonu ilə tanış olub. Dövlət başçısına nümayiş etdirilən məhsul və xidmətlər barədə ətraflı məlumat verilib.
Azərbaycanda beynəlxalq İKT həftəsi başlayır
05-Nov-12 14:54.
Azərbaycanda beynəlxalq İKT həftəsi başlayır. Həftənin əsas tədbirləri noyabrın 6-da Bakıda start götürən VII İnternet İdarəçilik Forumu (IGF 2012) və XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransıdır (BakuTel-2012).
Noyabrın 5-də Bakıda Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Rəhbərləri Şurasının 47-ci iclası və RRB yanında MDB iştirakçı dövlətlərinin informatizasiya üzrə Koordinasiya Şurasının iclası keçirilir. İclasda RRB ölkələrinin rabitə və informatizasiya sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilir.
Qlobal şəbəkədə 652 milyondan çox sayt fəaliyyət göstərir
02-Nov-12 16:13.
“Netcraft” analitik şirkətinin 2012-ci ilin noyabrına olan statistikasına əsasən, internetdə fəaliyyət göstərən saytların sayı 652 329 303 təşkil edib. Bu göstərici ötən ayla müqayisədə 4,8 milyon çoxdur.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Apache” serveri əvvəlki kimi liderdir. Web-serverlər bazarında onun payı 57.23 faiz təşkil edir. “Microsoft IIS” serverinin bazar payı, həmçinin artıb. RİTN-də 9 ayın yekunlarına dair kollegiya iclası keçirilib
01-Nov-12 14:36.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin 9 ayının yekunlarına dair kollegiya iclası keçirilib.
Kollegiya iclasını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda nitqindən irəli gələn vəzifələr barədə danışmış, ölkə başçısının sərəncam və fərmanlarının, dövlət proqramlarının iqtisadiyyatın bütün sahələri... |