Xəbərlər

6 dekabr rabitə və İT sahəsi işçilərinin peşə bayramı günüdür

06-Dec-12 14:01.
Dekabrın 6-da Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri peşə bayramlarını qeyd edirlər.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər.
Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır.

İKT üzrə ən yaxşılar mükafatlandırıldı

05-Dec-12 14:11.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və telefon rabitəsinin yaranmasının 131 illiyi münasibətilə nazirlik tərəfindən elan edilən "İKT üzrə ən yaxşı elmi məqalə""İKT üzrə ən yaxşı kitab""Ən yaxşı elektron dövlət xidməti" müsabiqəsinin qalibləri, həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Birlik və müəssisələri arasında ən yaxşı internet resursu"nominasiyası üzrə mükafatlandırma mərasimi keçirilib.

Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransı öz işinə başlayıb

04-Dec-12 11:21.
Dekabrın 3-də Dubayda (BƏƏ) Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə 160-dan çox üzv ölkədən 2000-nə yaxın nümayəndənin iştirak etdiyi Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransı (WCIT-12) öz işinə başlayıb.  
Azərbaycanı konfransda rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun başçılığı altında nümayəndə heyəti təmsil edir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfransda çıxışı

04-Dec-12 11:11.
“Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun “İnnovasiya və modernləşmə strategiyası: informasiya cəmiyyətinə keçid” mövzusunda çıxışı
Hörmətli tədbir iştirakçıları!
Azərbaycan - 2020: Gələcəyə baxış - İnkişaf Konsepsiyasının ən əsas hədəfi gələcək 8-10 ildə Azərbaycanda ümumdaxili məhsulun 2 dəfə artırılması və...

“Sağlamlıq – 2012” Respublika spartakiadasına yekun vurulub

03-Dec-12 14:26.
6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramına və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 131 illiyi ilə əlaqədar оktyabrın 20-də  başlayan rabitəçilərin ənənəvi «Sağlamlıq-2012» Respublika spartakiadasına yekun vurulub.
Artıq 20-ci dəfə keçirilən spartakiadanın proqramına 9 idman növü – şahmat, dama, nərd, güllə atıcılığı, stolüstü tennis, kəndirdartma, voleybol, mini-futbol, atletika (kross) daxil edilmişdir.

Nazir Əli Abbasov İran səfiri ilə görüşüb

03-Dec-12 14:12.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşüb. Nazir Əli Abbasov Azərbaycanla İran arasında dost və qonşuluq müstəvisində davam edən münasibətlərdən söz açıb, gələcəkdə də bu münasibətlərin genişləndirilməsində ölkəmizin maraqlı olduğunu diqqətə çatdırıb.
Ölkələrimiz arasında yaradılan əməkdaşlıqda informasiya-kommunikasiya texnologiyaları sahəsini yeni fürsət kimi dəyərləndirən səfir Möhsün Pakayin də Azərbaycan və İranın müvafiq nazirlikləri arasında

Türkiyədə CeBIT Bilisim Eurasia sərgisi start götürüb

30-Nov-12 14:13.
Bu gün Türkiyədə CeBİT Bilisim Eurasia 2012 beynəlxalq informasiya texnologiyaları sərgi və konfransı başlayıb.
Sərgi informasiya texnologiyaları, telekommunikasiya, proqram təminatı və İKT xidmətləri sahəsini əhatə edən dünyanın ən iri sərgilərindən biridir.
CeBIT Bilisim Eurasia sərgisində dünyanın 70 ölkəsindən 150 min ziyarətçinin iştirak edəcəyi gözlənilir, habelə 950-dən çox şirkət informasiya-kommunikasiya texnologiyaları sahəsinə aid ən yeni texnoloji həllərini nümayiş etdirəcəklər.

BTİ-nin sammitində internetin tənzimlənməsi məsələləri müzakirə ediləcək

29-Nov-12 14:12.
İnternetin dövlət tərəfindən tənzimlənməsi 2012-ci il dekabrın 3-dən 14-dək Dubayda keçiriləcək hökumətlərarası görüşlərin əsas  mövzusu olacaq. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) sammitin təşkilatçısı rolunda çıxış edir.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, ölkələrin əksəriyyəti BTİ-yə şəbəkənin tənzimlənməsi üzrə geniş səlahiyyətlərin verilməsini təklif edir.

Ericsson şirkəti Samsung Electronics-i məhkəməyə verir

28-Nov-12 14:57.
İsveçin telekommunikasiya avadanlığı istehsalçısı Ericsson şirkəti bu gün ABŞ-da məhkəmə iddiası qaldıraraq Koreyanın Samsung Electronics şirkətini patent hüququnu pozmaqda təqsirli bilir. Ericsson nümayəndələri Samsung-a qarşı iddia qaldırdıqlarını təsdiqləyərək Koreya istehsalçısının standartlaşdırılmış FRAND patentlə əlaqədar lisenziya sazişinin müddətini uzatmaqdan imtina etdiyini, bir müddət əvvəl tərəflər arasında belə sazişin imzalandığını bildiriblər.

Microsoft Avropada mağazalar şəbəkəsi açacaq

27-Nov-12 11:09.
Microsoft şirkəti Avropanın nəhəng daşınmaz əmlak sahibləri ilə mağazalarının açılmasına dair danışıqlara başlayıb. Belə ki, şirkət 2013-cü il ərzində stasionar satış nöqtələri açmaq niyyətindədir və ilk mağazaların Böyük Britaniyada işə salınması planlaşdırılır.  
Bununla da Microsoft Apple şirkətinin Apple Store mağazalarında məhsullarını, xüsusilə smartfon və proqram təminatlarını satması üçün tətbiq etdiyi strategiyadan yararlanır.

Rabitə və informasiya texnologiyaları naziri Fransanın Azərbaycandakı səfiri ilə görüşüb

27-Nov-12 10:31.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb. Nazir ölkəmizdə İKT sektorunda aparılan islahatlar və həyata keçirilən milli və regional layihələr, o cümlədən ölkəmizin BMT tərəfindən koordinator təyin edildiyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), Yaxın Şərq Sürətli İnformasiya Dəhlizi (EPEG) kimi beynəlxalq layihələr, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyət istiqamətləri barədə səfiri məlumatlandırıb. 

Sudan Azərbaycanın “Elektron hökumət” sahəsində təcrübəsindən yararlanacaq

26-Nov-12 14:12.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla Sudanın elm və rabitə naziri, Milli Konqres Partiyasında Asiya Məsələləri üzrə katib Doktor Eisa Buşa Məhəmməd Həmid arasında ikitərəfli görüş keçirilib.
Görüşdə Azərbaycanın İKT sahəsində gördüyü işlər, o cümlədən respublikada informasiya texnologiyaları sahəsində aparılan islahatlar, həyata keçirilən yerli və regional layihələr, gələcək perspektivlər barədə qonağı məlumatlandıran nazir Əli Abbasov ölkəmizdə bu sahənin inkişaf templərinin ildən-ilə yüksəldiyini vurğulayıb.

Ən etibarlı kompüter markaları hansılardı?

23-Nov-12 16:44.
Amerikanın “Consumer Reports” jurnalı istehlak elektronikası bazarında ən etibarlı markaların reytinqini dərc edib.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, reytinqdə 78 faiz bal toplamış “Apple” şirkəti amerikalı istehlakçılar arasında ən böyük məmnunluq dərəcəsinə malik ticarət markası seçilib. Sonrakı yerlərdə 59 faiz göstəriciyə malik “Dell” və “Lenovo” şirkətləri yer alıb. “Acer”, “Asus”, “Emachines”, “HP”, “Gateway” və “Toshiba” şirkətlərinə isə az etibar edirlər; onların göstəriciləri 54-56 faiz arasında dəyişilir.

RİTN-də İKT sahəsində ixtisaslaşan universitet rəhbərləri ilə görüş keçirilib

22-Nov-12 16:02.
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İstanbul Bilgi Universitetinin idarə heyətinin sədri Rifat Sarıcaoğlu, idarə heyətinin üzvü Ural Ağüzüm, Avropa Laureatı Beynəlxalq Universitetinin baş direktoru Miguel Carmelo və CENAY inşaat sənayesi və ticarət şirkətinin idarə heyətinin rəhbəri Çingiz Güldamlası ilə görüş keçirilib. Qonaqları salamlayan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, Azərbaycan Türkiyənin, eləcə də Avropanın bir sıra tanınmış universitetləri ilə əməkdaşlıq edir.

“Rabitə dünyası” qəzetinin 20 illiyinə həsr olunan tədbir keçirilib

21-Nov-12 14:21.
Noyabrın 20-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbu orqanı olan “Rabitə dünyası” qəzetinin 20 illiyi qeyd olunub.
1992-ci ildə yaradılan nəşrin ilk nömrəsi dörd səhifədən ibarət olmaqla işıq üzü görüb və həftədə bir dəfə dərc edilib.
Tədbirdə dövlət orqanlarının nümayəndələri, rabitə müəssisə və birlik rəhbərləri, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görülən 526 - 540 qədər, 770 xəbərdən