Xəbərlər

Science jurnalı ilin elmi irəliləyişlərini açıqlayıb

21-Dec-12 14:22.
Dünyanın ən nüfuzlu Science elmi jurnalının versiyasına əsasən, ilin əsas elmi irəliləyişləri siyahısında Hiqqs bozonunun kəşfi, Denisovlar genlərinin dəqiq oxunması, neytrinonun xüsusiyyətləri barədə yeni məlumatların əldə edilməsi, Curiosity gəmisinin Marsa enişi və beyin protezlərinin siqnallar vasitəsilə idarə edilməsində irəliləyişə nail olunması yer alıb.
Jurnalının redaksiyası hər il 10 ən əhəmiyyətli elmi nailiyyətləri seçir, eləcə də növbəti il üçün elmi irəliləyişləri proqnozlaşdırmağa çalışır

Kosmik Məsələlər üzrə Şuranın növbəti toplantısı keçirilib

20-Dec-12 14:35.
Milli Aviasiya Akademiyasında Kosmik Məsələlər üzrə Şuranın növbəti - üçüncü iclası keçirilib.
 İclasda Şuranın sədri akademik Arif Paşayev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, maliyyə naziri Samir Şərifov, nəqliyyat naziri Ziya Məmmədov, müdafiə sənayesi naziri Yavər Camalov, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının sədri...

Oracle-ın rüblük mənfəəti 11 faiz artıb

19-Dec-12 14:40.
2013-cü maliyyə ilinin birinci rübündə (2012-ci il 1 iyun - 31 avqust) Oracle şirkətinin xalis mənfəəti 11 faiz artaraq 2,03 milyard dollar təşkil edib. Bu barədə RBK saytı şirkətin rəsmi məlumatına istinadən məlumat verib.

Ötən ilin analoji dövründə korporasiyanın xalis mənfəəti 1,84 milyard dollar olub.
2013-cü maliyyə ilinin birinci rübündə mədaxil 2 faiz azalaraq 8,18 milyard dollara çatıb.

Azərbaycan Prezidenti təcrübə-sınaq zavodunun açılışında iştirak edib

18-Dec-12 14:16.
Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin təcrübə-sınaq zavodunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlət başçısı zavodun rəmzi açılışını bildirən lenti kəsib. 
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin zavodun həyətində ucaldılmış abidəsinin önünə gül dəstəsi qoyub.

Nazir WCIT-12 konfransında iştirak edib

17-Dec-12 14:12.
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransında iştirak edib.
Konfransda 1988-ci ildə Avstraliyanın Melbrun şəhərində qəbul edilmiş Beynəlxalq Telekommunikasiya Reqlamentinə baxılmış və son illər ərzində telekommunikasiya sektorunun sürətli inkişafı nəticəsində texnologiya və xidmətlərin beynəlxalq miqyasda...

İnternetlə ən çox alış-veriş edən britaniyalılardır

14-Dec-12 14:45.
Ofcom şirkəti internet bazarı daha çox inkişaf etmiş 17 ölkə arasında tədqiqat apararaq Böyük Britaniya sakinlərinin dünyada internet vasitəsilə alış-veriş edən ən fəal alıcılar olması qənaətinə gəlib.
Şirkətin hesablamalarına əsasən, Böyük Britaniya alıcıları internetlə alış-verişə ildə orta hesabla 1083 funt (1743 dollar) xərcləyirlər. Reytinqdə ikinci yeri alış-verişə ildə 842 funt xərcləyən Avstraliya sakinləri tutub.

RİTN-in birlik və müəssisələri qışa hazırlıq görüblər

13-Dec-12 14:22.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin dekabrın 13-ü axşamdan ölkə ərazisində havanın kəskin soyuyacağı xəbəri ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) birlik və müəssisələri müəyyən tədarüklər görüblər.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktor müavini Xankişi Kişiyev bu məqsədlə birlik tərəfindən tabe müəssisələrə xəbərdarlıq olunduğunu deyib.

“Aztelekom” İB-nın kollektivi ümummilli liderin məzarını ziyarət ediblər

12-Dec-12 14:33.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından doqquz il keçir. Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, and yerinə çevrilmişdir. Bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.

Heydər Əliyevin vəfatından 9 il ötür

12-Dec-12 14:28.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatından 9 il keçir.
Bu gün Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda ümummilli lider Heydər Əliyevin anım mərasimləri təşkil olunub.
Dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media orqanları və ictimaiyyətin nümayəndələri Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edirlər. Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatları da Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar anım mərasimləri təşkil ediblər.

Prezident Avropa Olimpiya Komitəsinin qərarı münasibətilə Azərbaycan xalqını təbrik edib

11-Dec-12 14:18.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Prezident İlham Əliyev bu münasibətlə dekabrın 10-da Azərbaycan xalqını təbrik edərək deyib: 
- Dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir.

Lenovo ABŞ-da kompüter və noutbuk istehsalına başlayır

10-Dec-12 14:19.

Çinin Lenovo istehsalçısı yaxın gələcəkdə ABŞ ərazisində masaüstü kompüterlər və noutbukların istehsalına başlamağı planlaşdırır. Yaradılmış xəttin istehsal gücü böyük olmasa da, onun dövlət sifarişlərinin yerinə yetirilməsi və korporativ seqment tədarükləri üçün kifayət edəcəyi gözlənilir.

Məhsul istehsalının ümumi həcmində artım kursuna uyğun olaraq Lenovo şirkəti Çində beş zavod tikib.

“Google Plus” sosial şəbəkəsinin auditoriyası 135 milyona çatır

07-Dec-12 16:31.

"Google" şirkətinin məlumatına əsasən, "Google+" sosial şəbəkəsinin auditoriyası hazırda 135 milyona çatıb. Xatırladaq ki, "Google+" sosial şəbəkəsi 1.5 il bundan əvvəl istifadəyə verilib. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkətdən verilmiş məlumata görə, 135 milyon yalnız layihədən real istifadə edənlərin sayıdır.

“Yeni nəsil İnformasiya texnologiyalarının regionlarda geniş tətbiqində gənclərin rolu”

07-Dec-12 14:10.

“Aztelekom” İB-nin inzibati binasında“Yeni nəsil inormasiya kommunikasiya texnologiyalarının regionlarda geniş tətbiqində gənclərin rolu” mövzusunda  tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan birliyin Baş direktoru Məhəmməd Məmmədov öncə gənc rabitəçiləri peşə bayramı münasibətilə təbrik edərək bildirdi ki, bu gün dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı ölkəmizin ictimai-siyasi, mədəni həyatında, beynəlxalq tədbirlərdə və idman yarışlarında öz nəticəsini göstərməkdədir.

"Aztelekom" İstehsalat Birliyində peşə bayramı qeyd olundu

06-Dec-12 18:14.

“Aztelekom” İstehsalat Birliyində 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və telefon rabitəsinin yaranmasının 131 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdən öncə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) kollektivi ilə birlikdə “Aztelekom” İstehsalat Birliyində çalışanlar da   Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər.

Rabitəçilər Heydər Əliyevin məzarını ziyarət ediblər

06-Dec-12 14:05.
6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollektivi, sahənin işçiləri bu gün Fəxri xiyabana gələrək Azərbaycanın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.

Görülən 511 - 525 qədər, 770 xəbərdən