Xəbərlər

Yeni nanoliflər poladdan 15 dəfə daha möhkəmdir

14-Jan-13 14:11.
Sauthempton Universitetinin britaniyalı tədqiqatçıları dünyada poladdan bir neçə dəfə möhkəm olan silisium nanoliflər yaradıblar. Ən möhkəm materialın karbon nanohissəciklərin olduğu hesab edilir, lakin onların yüksək dözümlüyü uzunluğu cəmi bir neçə mikron təşkil edən qısa nümunələrdə qeydə alınıb ki, bu da az praktik dəyərə malikdir.
Karbon nanohissəciklərdən fərqli olaraq britaniyalı alimlərin yaratdığı silisium nanoliflər möhkəm və eyni zamanda yüngüldür və onları bir neçə min kilometr uzunluğda istehsal etmək mümkündür.

“İntel” gələcək planlarını açıqlayıb

11-Jan-13 16:06.

"İntel" korporasiyası ABŞ-ın Las-Veqas şəhərində keçirilən "CES 2013" sərgisində bir neçə mühüm bəyanat verərək 2013-cü ildə mobil qurğular sahəsi üzrə seçdiyi strategiyada həlledici olacağını anlatmağa çalışıb. Şirkətin istiqaməti əvvəlki kimi saxlanılacaq: çiplərinin enerji səmərəliliyini artırmaq və "ağıllı" telefon və planşetlər üçün nəzərdə tutulmuş "Atom" prosessor platformasını inkişaf etdirmək.

“1 şagird:1 kompüter” müsabiqəsi başlayır

10-Jan-13 14:09.
Azərbaycan Respublikası Təhsil Nazirliyi yanvarın 10-da “1 şagird:1 kompüter” müsabiqəsinin başlanmasını elan edib. Müsabiqənin məqsədi informasiya-kommunikasiya texnologiyalarına (İKT) əsaslanan fərdiləşmiş təhsilin formalaşması, eləcə də “1 şagird:1 kompüter” layihəsi çərçivəsində netbukların daha səmərəli istifadəsinə hazır olan müəllimlərin və məktəblərin seçilməsidir.
İki mərhələdə keçiriləcək müsabiqə üzrə qaydalar www.musabiqe.edu.az ünvanında yerləşdirilib.

TAE layihəsində sədrlik Azərbaycana keçib

09-Jan-13 14:36.
Trans-Asiya-Avropa (TAE) fiber-optik kabel magistralı layihəsində sədrliyin 2013-2015-ci illər ərzində Ukraynadan Azərbaycana keçməsini rəsmən təsdiqləyən protokol imzalanıb.
İştirakçı dövlətlər Azərbaycanın layihədə sədrliyini dəstəklədiklərini bildiriblər. Azərbaycan tərəfi qloballaşma və daim artan tələblər nəzərə alınmaqla TAE-nin səmərəliliyinin gələcəkdə artırılması üçün çalışacağını bəyan edib.

Las-Veqasda illik CES sərgisi başlayır

08-Jan-13 13:55.
Çərşənbə axşamı, yanvarın 8-də ABŞ-ın Las-Veqas şəhərində dünyanın ən iri istehlak elektronikası sərgilərindən biri - Consumer Electronics Show (CES) 2013 start götürür.
Tədbirin təşkilatçısı qismində İstehlak Elektronikası Assosiasiyası (CEA) çıxış edir.
Dünyanın aparıcı yüksək texnologiyalar şirkətləri sərgidən ənənəvi olaraq kompüter və məişət texnikasının, eləcə də mobil elektronikanın daha maraqlı yeniliklərinin nümayişi üçün istifadə edirlər.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edilib

07-Jan-13 14:42.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, ölkədə iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, habelə sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, eləcə də cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə, inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində mərkəzi yer tutur.

“ASAN xidmət” mərkəzinin açılışı olub

30-Dec-12 09:26.

Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və 1 nömrəli “ASAN xidmət” mərkəzinin binası istifadəyə verilib.

AzərTac-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

20 Yanvar faciəsinin ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib

29-Dec-12 13:14.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib. 
Sənəddə respublikanın bütün şəhər və rayonlarında, o cümlədən idarə, müəssisə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans və mühazirələrin təşkil olunması, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi...

Ə.M. Abbasovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

28-Dec-12 14:13.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: 
Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə Əli Məmməd oğlu Abbasov “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev

“Aztelekom” İstehsalat Birliyi “İlin Telekommunikasiya Şirkəti“ nominasiyasında “Odlar Yurdu” Milli Mükafatına layiq görülüb

27-Dec-12 13:30.
“Odlar Yurdu”  Milli Mükafatı Turizmə Dəstək Gənclər Koalisiyası, Azərbaycan Gənclər Mərkəzi və digər gənclər təşkilatları tərəfindən təsis olunub.
Milli mükafatın təsis olunmasında məqsəd hər ilin sonunda fəaliyyət sahəsində fərqlənən hüquqi və fiziki şəxsləri sorğu və monitorinqər nəticəsində müəyyən etmək və onları ictimaiyyətə tanıtdırmaqla fəaliyyətlərini qiymətləndirməkdir. Bunun üçün regionlarda sorğu və monitorinqlərə start verilib.

Dövlət başçısı İKT sektorunun prioritetliyini təsdiq edib

26-Dec-12 14:00.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də “Rossiya-24” telekanalının aparıcısı Evelina Zakamskayaya müsahibə verib.
Müsahibədə dövlət başçısı informasiya-kommunikasiya texnologiyalarının inkişafına da toxunaraq bir daha sektorun Azərbaycan iqtisadiyyatı üçün prioritetliyini təsdiq edib: “Texnoloji istiqamətlərin inkişafı baxımından bizim üçün prioritet sahə, əlbəttə, informasiya-kommunikasiya texnologiyaları sektorudur”.

“Aztelekom” İstehsalat Birliyində növbəti yenilik – “sifarişlərin elektron qəbulu, emalı və nəzarət” sistemi (SİNS) istismara verildi.

25-Dec-12 14:29.

Yeni sistem ölkə rəhbərliyinin Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı “Elektron Azərbaycan”, eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi barədə tapşırığının regionlarda icrası kontekstində mühüm əhəmiyyət kəsb edəcək.

Azərbaycan Prezidentinin dünya azərbaycanlılarına təbriki

25-Dec-12 14:19.
Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş və artıq ənənəvi bayramlarımızdan birinə çevrilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Sizi səmimi qəlbdən salamlayır, hər birinizə səadət və firavanlıq arzulayıram.

Bu gün Azərbaycan Prezidentinin ad günüdür

24-Dec-12 14:11.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.
1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib.

Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılmasında və dövlətçiliyimizin inkişaf etdirilməsində müstəsna xidmətləri olan bir siyasi təşkilatdır

24-Dec-12 09:30.
Müsahibimiz "Aztelekom" İstehsalat Birliyinin baş direktoru, YAP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Məhəmməd Məmmədovdur 

- Məhəmməd müəllim, noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ili tamam oldu və bu tarixi hadisə ölkənin bütün bölgələrində ruh yüksəkliyi ilə qeyd olundu. Ümumiyyətlə, Ulu öndərin rəhbərliyi ilə hakimiyyətə gəlmiş YAP dövlətçiliyimiz və xalqımız üçün hansı yenilikləri verə bildi?

Görülən 496 - 510 qədər, 770 xəbərdən