Xəbərlər

“Müasir gənclik və İKT sahəsində innovasiyalar” adlı dəyirmi masa keçirilib

31-Jan-13 13:56.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi tərəfindən “Müasir gənclik və İKT sahəsində innovasiyalar” adlı dəyirmi masa keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu il Azərbaycanda “İnformasiya-kommunikasiya ili” elan olunub.

Office 2013 satışa çıxarılıb

30-Jan-13 14:20.
Microsoft korporasiyası Office 2013 ofis proqram paketini satışa çıxarıb. Yeni paket 2010-cu ildən təklif olunan Office 2010-nu əvəz edəcək.
Office 2013-ü dörd redaksiyada - Home&Student (ev və təhsil üçün – qiyməti 140 dollar), Home&Business (ev və biznes üçün – 220 dollar), Professional (Peşəkar - 400 dollar) və Professional+ (Peşəkar+) əldə etmək olar. Son redaksiya korporativ istifadəçilər üçün nəzərdə tutulur.

Apple iOS 6.1-i buraxıb

29-Jan-13 15:40.
Apple iOS 6 əməliyyat sistemi (ƏS) üçün ilk yenilənmə işıq üzü görüb. MyApple.az saytının məlumatına görə, iOS 6.1 ƏS-ni iPhone smartfonunun 3GS, 4, 4S və 5 modellərində, üçüncü və dördüncü nəsil iPad planşet kompüterlərində, iPad mini planşetində, dördüncü və beşinci iPod touch pleyerlərində və Apple TV-də quraşdırmaq mümkündür. Yenilənmənin həcmi 107 meqabayt təşkil edir.

Samsung və Apple smartfonlar bazarının yarısını tutub

28-Jan-13 14:20.
Samsung Electronics şirkəti 2012-ci ildə dünya bazarına 213 milyon ədəd smartfon tədarük edib. Bu barədəCnews saytı Strategy Analytics analitik şirkətinə istinadən yazır.
Ötən il Samsung smartfon modellərinin tədarük həcmi 2011-ci ildə qeydə alınan 97,4 milyon qurğuya nisbətdə 2 dəfədən çox artıb. Apple şirkəti tədarükü 46 faiz artıraraq 135,8 milyon iPhone smartfon modelinə çatdırıb.

Microsoft-un mənfəəti Windows 8-ə baxmayaraq azalıb

25-Jan-13 14:10.
Microsoft korporasiyası rüblük məlumatları dərc edərək investorların Windows 8 əməliyyat sisteminin nə fərdi kompüterlər, nə də planşetlər bazarında nəzərə çarpmayacağı ilə bağlı xəbərdarlıqlarını təsdiqləmiş olub.   
Belə ki, 2012-ci il dekabrın 31-də başa çatmış 2013-cü maliyyə ilinin ikinci rübündə şirkətin xalis mənfəəti 6,38 milyard dollar təşkil edib ki, bu da bir il əvvəlin analoji dövrünün göstəricisindən 3,7 faiz azdır. Bu barədə RİA Novosti Microsoft-un hesabatına istinadən yazır.

Beynəlxalq təcrübə öyrənilir
“Aztelekom” İB-də görüş keçirildi

24-Jan-13 14:59.
2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli Sərəncamının icrası ilə  əlaqədar aparılacaq islahatlar artıq dünyanın aparıcı İKT şirkətlərinin də diqqət mərkəzindədir. Belə şirkətlərdən biri – “Prysmian Group”la Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri arasında “Aztelekom” İstehsalat Birliyində 24 yanvar 2013-cü il tarixdə görüş keçirildi.

IBM ilin birinci rübündə mənfəətin artacağını gözləyir

23-Jan-13 14:03.
IBM korporasiyası 2013-cü ilin birinci rübündə bazar proqnozlarından yüksək olacaq mənfəət əldə edəcəyini gözləyir. Korporasiya nümayəndələrinin fikrincə, bu, analitik vasitələrin və bulud hesablamalarının daha geniş tətbiqi sayəsində mümkün olacaq. 2013-cü ildə IBM ümumilikdə 16,74 dollarlıq proqnozla müqayisədə bir səhm üçün 16,70 dollar məbləğində gəlir əldə edəcəyini düşünür. Dördüncü hesabat rübündə mənfəət göstəriciləri amortizasiya və pensiya ödənişlərini çıxmaq şərtilə 6,1 milyard dollar və ya bir səhm üçün 5,39 dollar təşkil edib.

Azərbaycanda Heydər Əliyevin 90 illik yubileyi qeyd ediləcək

22-Jan-13 14:23.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında sərəncam imzalayıb.
Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

RİTN “İKT ili” ilə bağlı təkliflərin qəbulunu elan edir

22-Jan-13 14:18.
2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli  nömrəli Sərəncamının icrası ilə əlaqədar hazırlanan tədbirlər planına daxil edilməsi məqsədilə il ərzində bu sahədə həyata keçirilməsi mümkün olan əhəmiyyətli tədbirlər barədə təklifləri 30.01.2013-cü il  tarixədək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə göndərilməsi xahiş olunur.

20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş mərasim keçirilib

21-Jan-13 14:12.
Yanvarın 19-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
RİTN Aparatının rəhbərliyi və əməkdaşları, nazirliyin birlik və müəssisələrinin rəhbərliyi, eləcə də rabitəçi şəhidlərin ailə üzvlərinin iştirak etdiyi tədbirdə Qanlı Yanvar hadisələrinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxış edərək bildirib ki, Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayət kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.

2012-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib

21-Jan-13 14:05.

2012-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov respublika prezidentinin sərəncam və fərmanlarının, dövlət proqramlarının, eləcə də bu il ölkəmizdə İKT ili elan edilməsinin  rabitə və informasiya texnologiyaları sektorunun inkişafı üçün geniş imkanlar yaratdığını bildirib, həmçinin İKT sahəsində uğurla həyata keçirilən islahatlar, gələcək böyük layihələr və perspektivlərdən söz açıb.

2012-ci il üzrə internet statistikası

18-Jan-13 14:07.

Pingdom xidmətinin əməkdaşları 2012-ci ildə internetdə baş verən ən mühüm hadisələri öz araşdırmalarında əhatə etməyə çalışıblar. Onlar ötən il internetin əldə etdiyi nailiyyətləri müəyyən dərəcədə göstərə biliblər. Bu işin daha maraqlı aspektləri barədə ITC.ua saytının materialından öyrənmək olar.
2012-ci ilin sonuna yaxın 2,2 milyard elektron poçt istifadəçisi qeydə alınıb. Hər gün göndərilmiş təxminən 144 milyard elektron məktubun təqribən 61 faizini əhəmiyyətsiz kimi göstərmək olar.

2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17-Jan-13 14:06.
“Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın (2003–2012-ci illər)” gerçəkləşdirilməsi ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılması üçün müvafiq hüquqi baza yaratmışdır. Bununla yanaşı, həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır.

2013-cü il Azərbaycanda İKT ili elan edilib

16-Jan-13 14:13.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. 
Dövlət başçısı iclasda 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları (İKT) ili” elan edib.
«Gələn ay birinci telekommunikasiya peykimiz orbitə çıxarılacaqdır. Bu da tarixi hadisədir. Doğrudan da, Azərbaycan kosmik ölkəyə çevrilir, biz kosmik sənayenin inkişafı ilə məşğuluq və bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə çətin idi ki, vaxt gələcək və Azərbaycan kosmik ölkələrin sırasına daxil ediləcəkdir.

Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

15-Jan-13 15:07.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dövlət başçısı iclası giriş nitqi ilə açıb. 
İqtisadi inkişaf naziri Şahin Mustafayev, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rəhbərlik etdikləri qurumların il ərzində gördüyü işlər barədə məlumat veriblər.

Görülən 481 - 495 qədər, 770 xəbərdən