Xəbərlər

Ötən ilin dekabr ayı ərzində elektron xidmətlərindən ən çox istifadə olunan qurumlar bəlli olub

12-Jan-16 14:09.

"Elektron hökumət" portalı şəffaf və rahat idarəetmənin mühüm komponentidir. Portal üzərindən elektron xidmətlərə müraciət göstəricisi təqdim olunan xidmətlərin aktuallığını və keyfiyyətini ön plana çəkir. Portalın məqsədyönlü fəaliyyəti üçün mühüm olan bu göstərici müvafiq sahə üzrə rəqabət mühiti yaratmaqla "Elektron hökumət" quruculuğunun inkişafına xidmət edir.

Şəhər telefon nömrəsini telefon qovşağına getmədən necə dəyişmək olar?

07-Jan-16 13:46.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) elektron xidməti üzərindən abunəçilər şəhər telefon nömrəsini asanlıqla dəyişdirə bilər.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bunun üçün "Elektron hökumət" portalına (
www.e-gov.az ) daxil olmaq kifayət edir.

Rabitəçilər məcburi köçkün ailələrinə bayram sovqatı aparıblar

30-Dec-15 10:18.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və  Yeni il Bayramı münasibətilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) nümayəndələri məcburi köçkün ailələrini təbrik ediblər.

Nazirlik tərəfindən Kəlbəcər, Ağdam, Laçın, Füzuli rayonlarından məcburi köçkün kimi Goranboy rayonu ərazisində məskunlaşmış 1700-dən artıq ailəyə bayram sovqatı təqdim edilib.

Rabitə müəssisələri və telekommunikasiya operatorları bayram günlərində fasiləsiz işləyəcək

28-Dec-15 17:40.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi  Günü və Yeni il Bayramı münasibətilə əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təmin edilməsinə dair rabitə müəssisələri, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar vermişdir.

Görülən 49 - 52 qədər, 1086 xəbərdən