Xəbərlər

Azərbaycan Prezidenti: İKT-nin tətbiqi geniş vüsət almışdır

13-Feb-13 13:52.
Yeni texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi Azərbaycanda geniş vüsət almışdır. Biz bu sahədə bölgədə birinci yerlərdəyik. Ümumiyyətlə, dünya miqyasında reytinq siyahılarında qabaqcıl yerlərdəyik. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib.

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

13-Feb-13 09:59.

Fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir. 
Dövlətimizin başçısı mərkəzdə 2003-2012-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri əks etdirən sərgi ilə tanış oldu. 

Regionların inkişafı üzrə dövlət proqramının icrasına həsr olunmuş konfrans keçirilir

12-Feb-13 13:26.
Fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans işə başlayıb.
AzərTac agentliyinin məlumatına görə, dövlət başçısı mərkəzdə 2003-2012-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri əks etdirən sərgi ilə tanış olub.

Pensiyaların məbləği «Elektron hökumət” portalında hesablanacaq

12-Feb-13 09:37.
“Elektron hökumət” portalında ( www.e-gov.az) Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xidmətlərinə daha bir xidmət əlavə olunub. “Pensiya kalkulyatoru” adlanan bu elektron xidmət vasitəsilə pensiya məbləğinin hesablanması mümkündür.
“Elektron Hökumət” Mərkəzindən verilən məlumata görə, axtarış vətəndaşın şəxsiyyət vəsiqəsində mövcud olan FİN-ə görə həyata keçirilir. Bundan əlavə, vətəndaşların 2006-cı ilə qədər iş staji (ilə görə) və 2006-cı ilə qədər iş stajı (aya görə) da nəzərə alınır.

Artıq Azərbaycan özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir

11-Feb-13 10:52.
Artıq Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir.
Fevralın 8-də Azərbaycanın Azerspace-1 peyki Fransa Qvianasındakı Kuru kosmodromundan orbitə çıxarılmışdır.
Kuru kosmodromunda bu münasibətlə keçirilən mərasimdə iştirak edən Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Rəşad Nəbiyev deyir:
- Olduqca qürurverici anlara şahidlik etdik, böyük sevinc və iftixar hissi keçirdik.

Müasir texnologiyaların, İKT sahəsinin inkişafı ən mühüm prioritetlərdən biridir

11-Feb-13 09:46.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Baku” jurnalına müsahibə veriblər.

 

Müsahibədə dövlət başçısı həm də iqtisadi sahədə uğurlara toxunub.

“İqtisadi sahədə son illərdə böyük uğurlara nail olmuşuq. Son 8-9 ildə iqtisadiyyatımız 3 dəfə artıb. Yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə enib. İşsizlik problemi demək olar ki, köklü şəkildə həll edilib. Bu gün işsizlik cəmi 5,2 faizdir. Biz əsas infrastruktur layihələrini gerçəkləşdirməyə nail olmuşuq. Bütün sosial proqramlar həyata keçirilib”, - Prezident deyib.

 

“Aztelekom” İB-də “Azərspace-1”in orbitə qaldırılması münasibətilə bayram tədbiri keçirildi

08-Feb-13 15:54.
İlk milli peykimiz - “Azərspace-1”in orbitə qaldırılması münasibəti ilə “Aztelekom” İstehsalat Birliyinin bütün struktur vahidlərində geniş qeyd olunur, baş idarədə və yerlərdə bayram tədbirləri keçirilir.
Prezident İlham Əliyev cənabları tərəfindən Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmiş və İKT sahəsində böyük layihələrin başlanğıc ili olacaq 2013-cü ildə Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində böyük layihələrin həyata keçiriləcəyi sübhəsizdir.

Prezident İlham Əliyev Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması münasibətilə xalqımızı təbrik etmişdir

08-Feb-13 12:20.

-Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. Bu gün birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük.
Bu hadisə münasibətilə bu işdə iştirak etmiş bütün qurumlara, bütün insanlara, ilk növbədə Azərbaycan mütəxəssislərinə minnətdarlığımı bildirmək istəyirəm. Bu gün bu salonda əyləşən gənc mütəxəssislərimiz artıq peşəkar mütəxəssislərdir, bizim fəxrimizdirlər. Mən çox şadam ki, bu gözəl idarəetmə mərkəzində çalışan işçilərin böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

“Azerspace-1” telekommunikasiya peyki daşıyıcı raketin gövdəsindən ayrıldı

08-Feb-13 09:19.
Xüsusi müxbirimiz xəbər verir ki, fevralın 8-də Bakı vaxtı ilə saat 1:35 radələrində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılan “Azerspace-1” peyki startdan 34 dəqiqə sonra daşıyıcı raketin gövdəsindən ayrılmışdır.
ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfində STAR-2 platforması əsasında hazırlanmış “Azerspace-1” peyki orbitə Fransanın “Arianespace” şirkətinin yüksək etibarlılığı ilə seçilən “Ariane-5” daşıyıcı raketi ilə buraxılmışdır.

Azərbaycanın ilk peyki bu gecə orbitə buraxılacaq

07-Feb-13 14:21.
Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya peyki bu gecə Bakı vaxtı ilə 2:20 radələrində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən orbitə buraxılacaq.
Artıq peyk yola salınma üçün hazırlıq vəziyyətinə gətirilib.
ABŞ-ın "Orbital Sciences" korporasiyası tərəfindən istehsal olunan və Fransanın "Arianespace" şirkəti tərəfindən öz yüksək etibarlılığı ilə seçilən "Ariane-5″ raketdaşıyıcısı ilə orbitə buraxılan "Azerspace-1" peyki...

Azərbaycanda Facebook istifadəçilərinin sayı 1 milyonu ötüb

07-Feb-13 13:58.
Azərbaycanda Facebook sosial şəbəkəsinin istifadəçilərinin sayı 1 milyon nəfəri ötüb. Bu barədə Trend Facebakers statistika servisinin hesabatına istinadən məlumat verir.
Azərbaycanın Facebook seqmenti daxil olma reytinqində 82-ci yerdədir.
Sosial şəbəkənin istifadəçilərinin sayı Azərbaycan əhalisinin 12,21 faizini təşkil edir.
Bu sosial şəbəkənin istifadəçilərinin sayı Azərbaycanda internet istifadəçilərinin ümumi sayının 24 faizinə bərabərdir.
Ümumi istifadəçilərin sayı arasında kişilər 64 faiz, qadınlar isə 36 faiz təşkil edir.

“Elektron hökumət” portalı haqqında Əsasnamə təsdiq edilib

06-Feb-13 14:13.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Fərman imzalayıb.
Fərmanla “Elektron hökumət” portalı haqqında Əsasnamə” təsdiq edilib, Nazirlər Kabinetinə iki ay müddətində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin razılaşdırılmış təkliflərini nəzərə alaraq “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və...

“İnformasiya-kommunikasiya texnologiyaları ili” İKT sahəsində böyük layihələrin başlanğıc ili olacaq

05-Feb-13 14:30.
Müsahibimiz Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovdur.
- Əli müəllim, 2013-cü il Azərbaycanda “İKT ili” elan olunub. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
-“Elm və texnologiyalar əsri” adlandırılan XXI əsrdə hər bir dövlət yüksək texnologiyaların qlobal iqtisadiyyatda tutduğu mövqenin əhəmiyyətini çox gözəl anlayır. Məhz bu mövqeyinə görə bu gün ən qlobal missiyalar, ən güclü layihələr texnologiyalara söykənilərək həyata keçirilir. Hazırda bu texnologiyaların nüfuz dairəsindən kənarda heç bir sahəni təsəvvürə belə gətirmək mümkün deyil. 

Azərbaycanda İnformasiya Texnologiyaları Universiteti yaradılıb

04-Feb-13 14:41.
Azərbaycan Prezidenti İlham Əliyev İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən İnformasiya Texnologiyaları Universiteti yaradılıb, Nazirklər Kabinetinə bu universitetin Nizamnaməsinin layihəsini hazırlayıb iki ay müddətində Prezidentə təqdim etmək tapşırılıb. Nazirlər Kabineti İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar 2013-cü il üçün dövlət büdcəsindən və 2014-cü il və növbəti illər üçün dövlət büdcəsi layihələrində vəsaitin ayrılmasını nəzərdə tutmalı...

“Aztelekom” İstehsalat Birliyində Azərbaycan Gəncləri günü qeyd olundu

01-Feb-13 14:53.

Azərbaycan Gəncləri günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyində  qeyd olundu. Bu münasibətlə fevralın 1-də birlikdə gənclərin toplantısı keçirildi. Əvvəlcə  "Aztelekom" İstehsalat Birliyində çalışan gənc mütəxəssislər və kollektivin nümayəndələri “Fəxri Xiyaban”a gələrək Azərbaycanın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoydular.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə tər çiçəklər düzüldü.

Görülən 466 - 480 qədər, 770 xəbərdən