Xəbərlər
Yenə birinciyik
22-Feb-13 16:02.
Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulubAzərbaycan Dövlət Tibb Universitetinin idman zalında stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilib. 4 gün davam edən yarışa 100 (60 kişi və 40 qadın) idmançı qatılıb. 12 kişi və 7 qadın komandasının mübarizə apardığı turnirdə Bakının “Təhsil” RİM, “Neftçi” İSM, “Aztelekom” İB, Bakı Tennis Məktəbinin komandaları ilə yanaşı, Sumqayıt, Şəki, Gədəbəy, Şirvan, Salyan, Samux, Ağsu, Balakən və Şabranı təmsil edən komandalar mübarizə aparıb. Tennisçilər komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində iştirak ediblər. “Aztelekom” İB-də vətəndaşların müraciətləri diqqət mərkəzindədi
22-Feb-13 15:44.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan” qəzetinin 7-8 fevral tartixli saylarında dərc olunmuş “Ölkə Prezidentinin insan amilinə söykənən inkişaf strategiyası və vətəndaşların müraciətlərinə baxılması” adlı geniş məqaləsi “Aztelekom” İstehsalat Birliyində müzakirə edildi.Baş direktor müavini Tahir Məmmədovun sədrliyi və aidiyyatı üzrə struktur vahidlərinin iştirakı ilə keçirilən toplantıda qeyd olundu ki, “Aztelekom” İstehsalat Birliyində də... Peykin buraxılması İKT sahəsinin inkişafında əhəmiyyətli addımdır
22-Feb-13 10:53.
İlk telekommunikasiya peykinin orbitə çıxarılması Azərbaycanın parlaq gələcəyini təmin edəcək İKT sahəsinin inkişafı istiqamətində atılan əhəmiyyətli bir addım kimi qiymətləndirilməlidir RİTN-də elektron xidmətlərin genişləndirilməsi məsələsi müzakirə olunub
21-Feb-13 12:22.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" 2013-cü il 5 fevral tarixli Fərmanının icrası ilə bağlı görülən işlərin və qarşıda duran məsələlərin müzakirəsi məqsədilə dövlət qurumlarının səlahiyyətli nümayəndələri və mütəxəssislərinin iştirakı ilə geniş tərkibdə iclas keçirilib. RİTN-in yaranmasından 9 il ötür
20-Feb-13 10:45.
Fevralın 20-də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yaranmasının 9-cu ili tamam olur. Nazirlik Prezident İlham Əliyevin 20 fevral 2004-cü il tarixli sərəncamı ilə keçmiş Rabitə Nazirliyinin bazası əsasında təsis edilib.RİTN-in yaradılması informasiya texnologiyalarının yüksək templi inkişafı və insanların vacib ehtiyaclarının birinə çevrilməsindən irəli gəlirdi. Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinə start verilib
19-Feb-13 15:07.
Azərbaycanın Bakı şəhəri, Naxçıvan MR və digər bölgələrində əhalinin genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətləri ilə təmin edilməsi məqsədilə hazırlanmış layihənin icrası nəticəsində ölkədə genişzolaqlı internet istifadəçilərinin sıxlığı 85%-ə çatacaq.Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Azərbaycan peyki orbital mövqeyinə çatıb
19-Feb-13 13:56.
Azərbaycanın telekommunikasiya peyki Azerspace-1 təyinatına uyğun olaraq 46 dərəcə Şərq uzunluğundakı orbital mövqeyinə çatıb.Qeyd edək ki, bundan əvvəl artıq peykin günəş panelləri açılıb və reflektorları işə düşüb. Bundan sonra 2-3 həftə ərzində peykin orbitdəki sınaqları davam edəcək və daha sonra peykin idarəetməsi tam olaraq Azərkosmos ASC-yə təhvil veriləcək. Azərbaycanın ilk telekommunikasiya peyki ABŞ-ın Orbital Sciences Corporation şirkəti tərəfindən işlənib hazırlanan STAR-2 platforma əsasında hazırlanıb. Nazir “ASAN xidmət” mərkəzi ilə tanış olub
18-Feb-13 18:03.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov mərkəzin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların... İKT sektorunun həcmi 13,6 faiz artıb
18-Feb-13 14:12.
Bu ilin yanvar ayında Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektoru ötən ilin analoji dövrü ilə müqayisədə artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, informasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi yanvar ayında ötən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz artaraq 116,3 milyon manat təşkil edib.Yenə birinci olduq
18-Feb-13 14:07.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yaradılmasının 20 illiyi münasibətilə Pedoqoji kollecin idman zalında voleybol yarışı keçirilib. Yarışda 6 komanda - Bakı Dövlət Universiteti, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Metropoliten və YAP Yasamal rayon təşkilatının Tbilisi prospekti, məhəllə 3166-in ilk partiya təşkilatının (Aztelekom) komandası iştirak edib. ABŞ konqresmeni Azərbaycan peykinin orbitə buraxılması ilə bağlı bəyanatla çıxış edib
15-Feb-13 13:51.
Azərbaycan üzrə işçi qrupun üzvü konqresmen Rodni Aleksandr ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə əlaqədar bəyanatla çıxış edib.Trend-in məlumatına görə, ABŞ-ın Luiziana ştatını təmsil edən konqresmen bəyanatında ölkəmizin ABŞ-ın yaxın müttəfiqi olduğunu qeyd edərək ilk peykin uğurla orbitə buraxılması münasibəti ilə Azərbaycana öz təbriklərini çatdırıb. Azərbaycan peykinin Orbital Science Corporation şirkəti tərəfindən ABŞ-da istehsal olunduğunu xatırladan konqresmen bu tarixi hadisəni iki ölkə arasında genişlənən əlaqələrin növbəti nümunəsi kimi qiymətləndirib. “Bu peyk təkcə Azərbaycana deyil, həm də Mərkəzi Asiya, Yaxın Şərq, Avropa və Afrika ölkələrinə mühüm telekommunikasiya xidmətləri göstərəcək”, - R.Aleksandr qeyd edib. “Rabitə” 4-lər finalında
15-Feb-13 09:48.
Voleybolçu qadınlardan ibarət “Rabitə” klubu Çempionlar Liqasının “4-lər finalı”na vəsiqə qazanıb.Baş məşqçi Marçello Abbondantsanın komandası 1/3 finalda Rusiyanın “Dinamo” (Kazan) komandasını mübarizədən kənarlaşdırıb. İlk görüşdən 3:1 hesablı qələbə ilə ayrılan “Rabitə” fevralın 14-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirdiyi cavab görüşündə qalib gəlib. 3:1... Genişzolaqlı internet xidmətlərinin inkişafı müzakirə edilib
14-Feb-13 16:25.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Dövlət Neft Fondunun, ABŞ-ın Booz&Co məsləhətçi şirkətinin və aidiyyəti rabitə birlik və müəssisələrinin rəhbərlərinin iştirakı ilə Bakı şəhərində, respublikanın regionlarında və Naxçıvan MR ərazisində əhalinin genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətləri ilə təmin edilməsi məqsədilə hazırlanmış layihənin müzakirəsi keçirilib. İlk peykə həsr olunan marka dövriyyəyə buraxılıb
14-Feb-13 13:44.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması münasibətilə poçt markasını dövriyyəyə buraxıb.
Nominal dəyəri 1 manat təşkil edən marka 20 min suvenir səhifə tirajla işıq üzü görüb. Suvenir səhifənin üzərində ulduzlu səma fonunda Yer kürəsinə yayım siqnalı ötürən peyk, Azərkosmos ASC-nin loqosu və yeni binası, habelə “Azərbaycanın ilk telekommunikasiya peyki” yazısı təsvir olunub. Bu gün telefonun “ad günü”dür
14-Feb-13 11:47.
Bu gün telefonun “ad günü”dür. Belə ki, məhz fevralın 14-də, 1876-cı ildə Aleksandr Bell Vaşinqton patent bürosuna “danışan teleqraf” adlandırdığı ixtirasının qeydiyyata alınması barədə müraciət edilib. Bellin aparatında dəstək eyni zamanda səsin həm ötürülməsinə həm də qəbuluna xidmət edirdi, zəng olmadığından abunəçinin çağrılması da elə həmin dəstəkdən fit səsi vasitəsi ilə təmin olunurdu. Görülən 451 - 465 qədər, 770 xəbərdən |