Xəbərlər

Sumqayıtın yeni yaşayış məntəqələri telefonlaşdırılır

04-Mar-13 17:07.
Yeni salınan yaşayış məntəqələrinin tam telefonlaşdırılması istiqamətində işlərə başlanılıb. "Aztelekom" İB-dən verilən məlumata görə, bu istiqamətdə Sumqayıtda St.Sumqayıt, 76-cı məhəllə, Boru yayma zavodu, Xəzri qəsəbəsi istiqamətində müvafiq tədbirlər görülür.
Hazırda Sumqayıtda hər 100 mənzilə düşən telefon aparatlarının sayı 87,8 ədəd, hər 100 nəfərə düşən telefon aparatlarının sayı 18,3 ədəd olub ki, bu da respublika üzrə statistik göstəricidən 1,8 ədəd çoxdur.

ABŞ məhkəməsi Samsung-un Apple üçün cəriməsini azaldıb

04-Mar-13 14:01.
Kaliforniya Məhkəməsi Samsung şirkətinin Aplle korporasiyasına patent hüquqlarının pozulmasına görə ödəməli olduğu 1 milyard dollarlıq cərimədən 450 milyon dolları azaldıb.
Beləliklə, Koreya şirkəti Apple-a 598,9 milyon dollar ödəməli olacaq. Hakim Lyusi Koxun sözlərinə görə, əvvəllər məhkəmə Apple şirkətinə dəyən ziyanın qiymətləndirilməsində səhvə yol verib. Xüsusilə bu, Galaxy S2 smartfon və Galaxy Tab planşet kompüter modellərində patent hüququnun pozulmasının qiymətləndirilməsinə aid olub, Lentayazır.

Əli Abbasov: “İnternet azadlığı paylaşdığımız universal dəyərlərin əsas şərtidir”

01-Mar-13 14:14.
Azərbaycan vətəndaşları mövcud qanunvericilik çərçivəsində öz fikirlərini istənilən məkanda, mediada, internetdə tam sərbəst ifadə edirlər.
Bunu jurnalistlərə Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Nazir qeyd edib ki, Azərbaycanda internet istifadəçilərinin sayının daim artması bunun bariz nümunəsidir.
"Hazırda ölkə əhalisinin təxminən 70%-i internet istifadəçiləridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev internet azadlığının və internetdən məhdudiyyətsiz istifadənin təmin olunduğunu dəfələrlə qeyd etmişdir.

“Aztelekom” İstehsalat Birliyində Mülki Müdafiə günü ilə əlaqədar tədbir keçirildi

01-Mar-13 12:50.
BMT-nin xətti ilə 1966-cı ildən başlayaraq hər il martın 1-i Ümümdünya Mülki Müdafiə günü kimi qeyd olunur. Bu gün münasibətilə “Aztelekom” İstehsalat Birliyinin Mülki Müdafiə Qərargahının təşkilatçılıgı ilə birliyin sığınacağında “Mülki Müdafiə - Fövqələdə hallar və iş fəaliyyəti zamanı insanların həyat təhlükəsizliyinin təminatçısıdır” adlı seminar keçirildi. Xüsusi və Mülki müdafiə şöbəsinin rəisi Yavər Əliyev istər təbii, istərsə də texnogen fövqalədə hadisələr zamanı təhlükə zonasına düşən əhali kontingentinin vaxtında xəbərdar edilməsinin əhamiyyətini qeyd etdi.

RİTN-in nümayəndə heyəti qlobal “GSMA” sərgi və konfransında iştirak edir

01-Mar-13 09:36.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İspaniyanın Barselona şəhərində hər il təşkil olunan qlobal "GSMA" sərgi və konfransında iştirak edir.
Builki tədbir əvvəlki illərdən fərqli olaraq yeni, daha böyük ərazidə və formatda təşkil edilib. Bu format mobil rabitə sahəsində fəaliyyət göstərən operatorlara, istehsalçı şirkətlər eləcə də milli pavilyonların da ən son yeniliklər və texnoloji nailiyyətlərinin təqdim etməsinə şərait yaradıb.

Azərbaycan Prezidenti Qəbələyə səfər edib

28-Feb-13 14:57.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Qəbələ rayonuna səfər edib.
 AzərTac-ın www.azertag.com məlumatına görə, ilk öncə dövlət başçısı ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
 Abidənin yerləşdiyi Heydər Əliyev parkında görülmüş abadlıq-quruculuq işləri barədə ölkə Prezidentinə məlumat verilib, bildirilib ki, parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.

Masallı rabitəsi tamamilə NGN texnologiyası əsasında qurulacaq

28-Feb-13 09:53.
Masallı TKQ-nin yeni inzibati binası yaxın günlərdə istifadəyə veriləcək. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Masallı TKQ-dən məlumat verilib.
 Yeni tikilən inzibati binada hər cür şərait var. Texniki avadanlıqların və stansiyanın yerləşdirilməsi üçün nəzərdə tutulan otaqlarda bütün imkanlar yaradılıb. Yeni inzibati bina nəzdində NGN əsasında qurulan ATS-də istifadəyə veriləcək. Bundan başqa, rayonun bütün kənd şəbəkəsinin də bu texnologiya əsasında ATS-lərin qurulması gözlənilir. Hazırda rayon üzrə 33 kənd ATS-i mövcuddur.

Genişzolaqlı rabitə təhsilin yaxşılaşdırılmasında əsas amildir

27-Feb-13 14:08.
Genişzolaqlı rabitə BMT-yə qarşıya qoyduğu “hamı üçün təhsil” məqsədinə nail olmaqda kömək edə bilər. Bu barədə YUNESKO və Beynəlxalq Telekommunikasiya İttifaqının himayəsi ilə yaradılan rəqəmli texnologiyaların inkişafı naminə genişzolaqlı rabitə məsələləri üzrə Komissiyanın yeni hesabatında deyilir, BMT radiosu xəbər verir.
Məruzə müəllifləri hesab edirlər ki, genişzolaqlı internetdən istifadə inkişaf etməkdə olan ölkələrdə təhsilə yiyələnmək imkanını köklü şəkildə yaxşılaşdıra bilər.

Yaponiya nümayəndə heyəti RİTN-də olub

27-Feb-13 10:30.
Azərbaycanda səfərdə olan Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi, Mitsubishi elektrik korporasiyası, Mitsubishi Ağır Sənaye MMC, Nippon elektrik korporasiyası, IHI Corporation, IHI AEROSPACE Co, PASCO, JAMSS, Mitsubishi, Sumitomo, Itochu korporasiyaları, Yaponiya Kosmos Forumu, Aerokosmik Tədqiqat Agentliyi, Kosmos Sistemləri, Uzaqdan İdarəetmə Mərkəzi, Aerokosmik şirkətləri cəmiyyəti daxil olduğu Yaponiya nümayəndə heyəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində olub.

Kollektivimiz “Ana harayı” abidəsini ziyarət etdi

26-Feb-13 15:04.
21 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib, bəşəriyyətin ən böyük faciələrindən birini - Xocalı soyqırımını törədiblər. Bu hərbi təcavüz zamanı Xocalı şəhəri yerlə-yeksan edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Hərbi təcavüz nəticəsində 613 nəfər, o cümlədən qadınlar, uşaqlar, qocalar xüsusi qəddarlıqla qətlə yetirilib, cəsədləri üzərində təhqiredici hərəkətlərə yol verilib.

Dövlət başçısı “Xocalı” abidəsini ziyarət edib

26-Feb-13 14:12.
Fevralın 26-da Prezident İlham Əliyev Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anma mərasimində iştirak edib.
Faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin yanında fəxri qarovul dəstəsi düzülüb. 
Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib. 
Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoyublar. 

Xocalı soyqırımından 21 il ötür

26-Feb-13 10:20.
Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 21 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.
 
Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhəri üzərinə hücuma keçib.

RİTN-də Xocalı soyqırımının qurbanları yad edildi

25-Feb-13 12:53.

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Tədbir iştirakçıları tərəfindən əvvəlcə faciə qurbanlarının abidəsi önünə tər güllər düzülüb. Sonra Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, Xocalı soyqırımı zamanı yaranan statistik rəqəmlərin hər birinin arxasında böyük faciələr, talelər durur...

XOCALI SOYQIRIMI

25-Feb-13 10:08.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində geniş kollegiya iclası keçirilib

22-Feb-13 23:46.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) prezident İlham Əliyevin fevralın 12-də Bakı Biznes Mərkəzində “2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn tələblərlə bağlı kollegiya iclası keçirilib. Kollegiya iclasını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov respublika prezidentinin sərəncam və fərmanlarının, dövlət proqramlarının iqtisadiyyatın bütün sahələri, o cümlədən rabitə və informasiya...

Görülən 436 - 450 qədər, 770 xəbərdən