Xəbərlər
Peyk Azerkosmos-un tam idarəetməsinə verilib
03-Apr-13 15:01.
Azərbaycanın Azerspace-1 ilk telekommunikasiya peykinin orbitdəki bütün sınaq prosesləri uğurla başa çatdıqdan sonra aprelin 2-dən etibarən idarəetmə peykin istehsalçısı olan ABŞ-ın Orbital Sciences şirkəti tərəfindən tamamilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərkosmos ASC-yə təhvil verilib.Qeyd edək ki, Azərbaycan mütəxəssislərinə təhvilvermə əməliyyatları mart ayının 15-dən başlayıb və aprelin 2-də başa çatıb. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
03-Apr-13 10:47.
1.1. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (bundan sonra - Fond) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 15 mart tarixli 2095 nömrəli Sərəncamı ilə yaradılmışdır, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində fəaliyyət göstərir və informasiya-kommunikasiya texnologiyaları (bundan sonra - İKT) sahəsində fəaliyyətin stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini, habelə tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsini maliyyə dəstəyi ilə təmin edən dövlət orqanıdır. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
03-Apr-13 10:44.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq, informasiya texnologiyaları sahəsində istehsal yönümlü fəaliyyətin dəstəklənməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunması üzrə işlərin təşkili məqsədilə qərara alıram Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq, informasiya texnologiyaları sahəsində istehsal yönümlü fəaliyyətin dəstəklənməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunması üzrə işlərin təşkili məqsədilə qərara alıram: Kəlbəcərin işğalından 20 il ötür
02-Apr-13 14:29.
Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 20 il ötür.Kəlbəcər bir neçə gün davam edən döyüşlərdən sonra 1993-cü il aprelin 2-də işğal edilib. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv/km ərazisi olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini ata-baba torpağından didərgin salınıb. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana... Daşınan kompüterlər smartfonları əvəz edə bilər
02-Apr-13 14:03.
2013-cü ilin əvvəlindən etibarən informasiya texnologiyaları sahəsi üzrə nəşrlərin xəbərlərində mobil kompüterlərin yeni sinfi - biləyə və ya bədənin digər hissələrinə bərkidilən cihazlar tez-tez sadalanmağa başlayıb. Analitiklərin fikrincə, daşınan adlandırılan qurğular smartfonların funksiyalarının bir hissəsini yerinə yetirəcək, bəlkə də onları tamamilə əvəz edə biləcək.“Daşınan texnologiyalar bazara yenicə daxil olur. Tezliklə geyindiyimiz geyim də “smart” (“ağıllı”) olacaq. Bunun yalnız zamana ehtiyacı var”, - Gartner analitik şirkətinin əməkdaşı Karolina Milanezinin sözlərinə istinadən DailyComm saytı xəbər verir. Şəhərlərarası danışıqlarda vahid yığım qaydasının tətbiqinə başlanılır
01-Apr-13 10:01.
1 aprel 2013-cü il tarixindən Azərbaycan Respublikasının ərazisində şəhərlərarası danışıqlarda 2011-ci ildə qəbul edilən və köhnə yığım qaydası ilə indiyədək paralel istifadə edilən yığım formatı tətbiq ediləcək. Xatırladaq ki, Azərbaycan ərazisində telekommunikasiya şəbəkəsinin vahid nömrələmə sisteminə keçirilməsi üçün 2011-ci ildən etibarən yeni zona kodlarının tətbiqinə başlanılıb. Bu ilin aprelin 1-dən etibarən köhnə yığım qaydası tam dayandırılıb. Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı TƏDBİRLƏR PLANI
30-Mar-13 10:41.
Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı TƏDBİRLƏR PLANI Azərbaycan Respublikası Prezidentinin2013-cü il 28 mart tarixli Sərəncamı ilə təsdiq edilmişdir “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
30-Mar-13 10:37.
“2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli 2664 nömrəli Sərəncamına uyğun olaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur). Nazir Gəncədə vətəndaşları qəbul edəcək
29-Mar-13 14:15.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən aprel ayının 19-da Gəncə iqtisadi rayonu üzrə (Gəncə, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Goranboy) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə bölgədə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.
Gəncə Telekommunikasiya İdarəsində keçiriləcək qəbula yazılmaq istəyən vətəndaşlardan elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, (012) 598 38 18 nömrəli telefon (regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə saxlamaları xahiş olunur. 7 ölkədə WP-smartfonların tədarükü iPhone-u üstələyib
29-Mar-13 14:12.
Dünyanın yeddi ölkəsində Windows Phone əməliyyat sistemin idarəetməsi ilə işləyən smartfonların tədarükü Apple şirkətinin iPhone modelinin tədarük həcmini üstələyib, Lenta yazır.
“Windows Phone bir sıra ölkələrin bazarlarında 10 faizlik paya sahib çıxıb. WP bazalı smartfonlar tədarük həcminə görə 26 bazarda BlackBerry-ni, 7 bazarda isə iPhone-u üstələyib”. Bu barədə Microsoft korporasiyasınn korporativ kommunikasiyalar üzrə vitse-prezidenti Frenk Şou IDC analitik şirkətinin məlumatlarına istinadən öz bloqunda yazıb. IDC nümayəndələri qeyd edirlər ki, bu siyahıya Argentina, Hindistan, Rusiya, Polşa, Ukrayna, Cənubi Afrika Respublikası, eləcə də Mərkəzi və Şərqi Avropanın kiçik ölkələr qrupu (bu ölkələr vahid regional bazarda birləşdirilib) daxildir. Microsoft Blue seriyalı məhsullar üzərində iş apardığnı təsdiq edir
28-Mar-13 14:04.
Microsoft korporasiyanın mütəxəssisləri tərəfindən ümumi kodlaşdırılmış adı Blue olan məhsullar və servislər üzərində iş aparıldığını təsdiq edib.Bu barədə korporasiyanın vitse-prezidenti Frenk Şou öz korporativ bloqunda yazıb. “Biz biznesimizin proqram təminatının işlənib hazırlanmasından qurğu və servislər istiqamətinə yönəlməsi ilə bağlı köklü dəyişiklik etdiyimizi bəyan etmişik. Artıq bazara çıxarılan məhsullar və şirkətin inkişaf istiqamətinin dəqiq müəyyənləşdirilməsi əsasında Microsoft məhsullarının rəhbərləri birlikdə ümumi kodlaşdırılmış adı Blue olan qurğu və servislərin təkmilləşdirilməsi planı üzərində işləyirlər”, - F.Şou bu adın dəyişdirilə biləcəyini yazaraq vurğulayır. ICANN əmtəə nişanlarının mühafizəsi sistemini işə salıb
27-Mar-13 14:20.
Martın 26-da ICANN (internetdə domen adların və zonaların verilməsini həyata keçirən təşkilat - Internet Corporation for Assigned Names and Numbers) əmtəə nişanları üzrə yeni koordinasiya mərkəzini işə salaraq əmtəə nişanları sahiblərinə onların öz əqli mülkiyyət hüquqlarını qoruması üçün əlavə mühafizə təqdim etmək niyyətindədir.
Təşkilat nümayəndələri ümid edirlər ki, TMCH (Trade Mark Clearing House) sistemi kiberskvottinq problemi və əmtəə nişanları ilə bağlı hüquqların pozulması ətrafında mübahisələrə son qoymaqda kömək edəcək, Cybersecurity yazır. Qeyd edək ki, sistemin istifadəyə verilməsi 2 minə yaxın yeni yüksək səviyyəli domen zonasının istifadəyə verilməsi ərəfəsində baş verir. Şəhərlərarası danışıqlarda köhnə yığım qaydası dayandırılacaq
27-Mar-13 09:57.
Azərbaycan ərazisində telekommunikasiya şəbəkəsinin vahid nömrələmə sisteminə keçirilməsi üçün 2011-ci ildən etibarən yeni zona kodlarının tətbiqinə başlanılmışdır.
Bu vaxtadək respublikada yeni yığım formatı ilə paralel olaraq köhnə yığım qaydası da istifadə edilirb. Yeni sistemə keçidlə əlaqədar olaraq artıq 1 aprel 2013-cü il tarixindən köhnə yığım qaydası tam dayandırılacaq və yalnız yeni format tətbiq ediləcək. Yeni yığım formatı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, eləcə də Aztelekom İstehsalat Birliyinin saytlarından tanış olmaq mümkündür. “Aztelekom” İB-də Novruz bayramı qeyd olundu
19-Mar-13 14:52.
Bu gün “Aztelekom” İstehsalat Birliyinin akt zalında Novruz bayramı münasibəti ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Baş direktor Məhəmməd Məmmədov bu xoş gün münasibəti ilə kollektivi təbrik etdi. Baş direktor ölkəmizdə yüksək təmtəraqla keçirilən bayramın tarixindən danışaraq vurğuladı ki, ulu öndərin hakimiyyətdə olduğu dönəmlərdə Novruz bayramı əsl milli bayram kimi qeyd olunmağa başladı. Bu gün də, Novruz ənənələri yüksək səviyyədə keçirilir.Hər sahədə olduğu kimi rabitə sahəsində də yüksək göstəricilərin əldə olunmasında əməyi olan hər bir rabitəçini təbrik edən M.Məmmədov bundan sonra da gərgin işləməyin zəruri olduğunu vurğuladı. Azərbaycan Prezidenti Novruz şənliklərində iştirak edib
19-Mar-13 14:37.
Martın 19-da Bakıda Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.
APA-nın məlumatına görə, Novruz şənliklərində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər. Dövlət başçısı bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və qonaqlara Novruz münasibətilə xoş arzularını çatdırıb. Novruz bayramı münasibətilə keçirilən şənliklərdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər də iştirak ediblər. Görülən 406 - 420 qədər, 770 xəbərdən |