Xəbərlər
Bu gün Ulu öndər Heydər Əliyevin 90 illiyi münasibətilə "Aztelekom" İB-də qanvermə aksiyası keçirildi
15-Apr-13 14:29.
Qan ver ki, başqası da yaşasın! Həmişə nəcib və xeyirxah əməlləri ilə öndə olan "Aztelekom" İstehsalat Birliyində növbəti qanvermə aksiyası keçirildi. Bu xeyriyyə aksiyasının keçirilməsində məqsəd talassemiyalı xəstələrə yardım etməkdən ibarətdir. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya xəstəliyindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Bu məqsədlə bu gün saat 11:00-dan başlayaraq kollektvimizin rəhbərliyi və işçilər yüksək fəallıq göstərərək aksiyada iştirak etdilər. Bu nəcib və xeyirxah işdə kollektivimizin üzvü olmayanlarda iştirak etdilər. "Aztelekom"da seminar keçirildi
12-Apr-13 17:10.
Bu gün "Aztelekom" İstehsalat Birliyinin akt zalında Huawei şirkətinin nümayəndələri ilə birlikdə seminar təşkil olundu. Seminarda yeni nəsil texnologiyalardan məruzələr dinlənildi. Tədbir iştirakçılarının marağına səbəb olan seminarda şirkətin əldə etdiyi nailiyyətlər haqqında geniş məlumat verildi.Tədbirdə şirkətin Çindən və Türkiyədən gəlmiş nümayəndələri iştirak etdilər. Ulu öndərin 90 illiyi münasibətilə "Aztelekom" İB-də qanvermə aksiyası keçiriləcək
12-Apr-13 14:07.
Salam ,əziz dostlar! Həmişə nəcib və xeyirxah əməlləri ilə öndə olan "Aztelekom" İstehsalat Birliyi növbəti qanvermə aksiyası keçirir. Bu xeyriyyə aksiyasının keçirilməsində məqsəd talassemiyalı xəstələrə yardım etməkdən ibarətdir.Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya xəstəliyindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Bu məqsədlə aprel ayının 15-də saat 11:00-da birliyin akt zalında qanvermə aksiyası keçiriləcək. Hamınızın iştirak etməyinizi xahiş edirik. Azərbaycan İT-nin inkişafı reytinqində 5 pillə irəliləyib
12-Apr-13 13:55.
Dünya İqtisadi Forumu (DİF) informasiya texnologiyalarının inkişafına dair yeni hesabat (Global Information Technology Report 2013) açıqlayıb.
“Hiperbağlantılı dünyada iqtisadi artım və məşğulluq” adlı hesabatda dünyanın 144 ölkəsi üzrə Şəbəkə Hazırlığı İndeksi (NRI) də öz əksini tapıb. Azərbaycan reytinqdə ötənilki mövqeyini yaxşıladırıb və 4,11 bal toplayaraq 61-ci yerdən (ötən il indeks 142 ölkə üzrə tərtib olunub) 56-cı yerə yüksəlib. DİF ekspertləri qeyd edirlər ki, reytinqdə mövqeyi ildən-ilə yaxşılaşan Azərbaycan, bir sıra ölkələr kimi informasiya-kommunikasiya texnologiyalarının (İKT) potensialını anlayıb və iqtisadiyyatın şaxələndirilməsi üzərində çalışır. Bu gün kosmosa ilk insanın uçduğu gündür
12-Apr-13 13:51.
Bu gün kosmosa ilk insanın uçduğu gündür. 52 il əvvəl ilk sovet kosmonavtı Yuri Qaqarin orbitə üçüb. Belə ki, 12 aprel 1961-ci il tarixində Baykonur kosmodromundan “Vostok” (“Şərq”) kosmik gəmisi start götürür və 108 dəqiqə ərzində Yer Kürəsi ətrafında dövrə vurur.BMT Baş Assambleyası 12 aprel tarixini İnsanın kosmosa uçuşu günü elan edir. Assambleyanın müvafiq qətnaməsində bu barədə qeyd olunur ki, 12 aprel günü “hər il dünyada beynəlxalq səviyyədə bəşəriyyət üçün kosmik eranın başlanğıcı kimi qeyd olunacaq”.
Azərbaycan nümayəndə heyəti İstanbulda keçirilən XVI Avrasiya İqtisadi Zirvə Toplantısında iştirak edir
11-Apr-13 12:43.
İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XVI Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir. Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak edir.Zirvə Toplantısından əvvəl Azərbaycanın təşkilatçılığı ilə 58 ölkədən gəlmiş 450-dən çox prezident, baş nazir, nazirlər və digər rəsmi şəxslərin iştirak etdikləri "Azərbaycan gecəsi" keçirilib. Gecədə müğənni Tünzalə Ağayevanın ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunub. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri İlham Əliyevin Zirvə Toplantısının iştirakçılarına müraciətini oxuyub. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" təsdiqlənib
10-Apr-13 14:11.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" təsdiq edilib.Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araş-dırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir. Sənəd dilçi alimlərin müasir informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştirakının təmin edilməsini... “Elektron təhsil” müsabiqəsi start götürüb
09-Apr-13 13:58.
Aprelin 9-da Təhsil Nazirliyi “Elektron təhsil” Respublika müsabiqəsinə start verib.Azərbaycanda ənənəvi olaraq keçirilən müsabiqə Dr. Web, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Mədəd Azərbaycan və Nar Mobile tərəfindən dəstəklənir. Müsabiqənin rəsmi internet-səhifəsi - www.musabiqe.edu.az saytıdır. Müsabiqə iki istiqamət üzrə təşkil olunub:“Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə internet texnologiyaları”. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını aşkar etmək və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. “Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan materiallar təqdim edilə bilər. Azərbaycan ilə Macarıstan arasında İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
08-Apr-13 13:26.
Aprelin 7-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Bakıda səfərdə olan Macarıstanın milli inkişaf naziri Jujanna Nemətin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.Görüşdə Azərbaycan ilə Macarıstan arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda İKT sektorunun hazırkı səviyyəsi, ölkədə kosmik sahənin gələcək inkişaf perspektivləri, “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində həyata keçiriləcək yeni layihələr, “Elektron hökumət” layihəsində əldə olunan uğurlar barədə qonaqlara ətraflı məlumat verib. Kollektivimiz iməclikdə
06-Apr-13 14:33.
Yaşıllıqların qorunması və yeni yaşıllıqların salınması həmişə "Aztelekom" İstehsalat Birliyi rəhbərliyinin diqqəti mərkəzində olmuşdur. Hava rabitə xətlərinin, kabel magistrallarının və digər rabitə qurğularının tikintisi zamanı ağac və yaşıllıqlara maksimum həssas yanaşılması, inzibati və ATS binalarının ətrafında yaşıllıqların salınması və daim qulluq göstərilməsi, yerlərdə keçirilən yaşıllaşdırma aksiyaslarında rabitəçilətin fəal iştirakı buna sübutdur.Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar olaraq, aprelin 6-da paytaxt Bakının Səbayel rayonu ərazisində yerləşən "Şıx" massivində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin keçirdiyi yaşıllaşdırma aksiyasında "Aztelekom" İstehsalat Birliyinin işçiləri də fəal iştirak etdilər. Prezident: İKT sferasının inkişafı bu gün Azərbaycanı fərqləndirən cəhətlərdən biridir
05-Apr-13 14:42.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın nüfuzlu “The Buisness Year” jurnalına müsahibə verib. Ölkədə iqtisadiyyatın inkişafından danışan dövlət başçısı informasiya-kommunikasiya texnologiyaları sektoruna da toxunub.“Keçən il BMT-nin VII İnternet İdarəçilik Forumu Bakıda keçirildi. Hesab edirəm ki, bu tədbirin Azərbaycanda təşkili heç də təsadüfi olmamışdır. Çünki informasiya-kommunikasiya texnologiyaları Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf edən və ən perspektivli seqmentidir. Təsadüfi deyildir ki, 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir”, - Prezident İlham Əliyev deyib. Nazir The Business Year jurnalının xüsusi buraxılışının təqdimatında iştirak edib
05-Apr-13 14:12.
Aprelin 4-də Bakıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və The Business Year jurnalının təşkilatçılığı ilə nəşrin “Azerbaijan-2013” xüsusi buraxılışının (The Business Year-Azerbaijan 2013) təqdimat mərasimi keçirilib.AzərTac-ın məlumatına görə, təqdimat mərasimində Azərbaycanın dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, KİV-lərin və ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri jurnalın “The Business Year-Azerbaijan 2013” adlı xüsusi buraxılışı ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Britaniya jurnalı Prezident İlham Əliyevi dünyada “İlin adamı” elan etmişdir
04-Apr-13 14:21.
Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dünyada “İlin adamı” elan etmişdir.AzərTAc xəbər verir ki, Prezident İlham Əliyev “İlin adamı” mükafatına son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, “Azərspace” ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələrə, Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə görə layiq görülmüşdür. Samsung və Mozilla “gələcəyin” brauzerini hazırlayırlar
04-Apr-13 14:08.
Firefox brauzerinin tərtibatçısı Mozilla və Samsung şirkətləri Servo adlı yeni nəsil brauzer bazası üzərində iş apardıqlarını bəyan ediblər.Layihənin əsas məqsədi sürətli, çoxnüvəli, geterogen kompüter arxitekturalarından və paralel hesablama sistemlərindən istifadə edən və eyni zamanda təhlükəsizlik məsələlərini nəzərə alan həllin yaradılmasından ibarətdir, Lenta yazır. Başlanğıc nöqtədən işlənən proqram Mozilla-da yaradılan və indiyədək hazırlanma mərhələsində olan Rust proqramlaşdırma dilində yazılır. Servo ilk növbədə Android əməliyyat sisteminin idarəetməsi ilə işləyən ARM prosessorlu qurğular üçün nəzərdə tutulur və belə qurğuların istehsalı ilə Samsung məşğul olur. Nazir Gəncədə vətəndaşları qəbul edəcək
04-Apr-13 14:02.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən aprel ayının 19-da Gəncə iqtisadi rayonu üzrə (Gəncə, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Goranboy) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə bölgədə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.
Gəncə Telekommunikasiya İdarəsində keçiriləcək qəbula yazılmaq istəyən vətəndaşlardan elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, (012) 598 38 18 nömrəli telefon (regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə saxlamaları xahiş olunur. Görülən 391 - 405 qədər, 770 xəbərdən |