Xəbərlər


Azərbaycan Prezidenti Microsoft korporasiyasının vitse-prezidenti ilə görüşüb

27-Jan-12 14:47.

Azərbaycan Prezidenti Microsoft korporasiyasının vitse-prezidenti ilə görüşüb

Yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Microsoft International şirkətinin prezidenti, Microsoft korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə görüşü olub.
Jan Kurtua ölkə ilə əməkdaşlığın səviyyəsindən razılığını bildirib, qeyri-qanuni proqram təminatının qarşısının alınmasında, piratçılığa qarşı mübarizədə Azərbaycanın regionda nümunə olduğunu vurğulayıb.

Google TCP protokolunu modernləşdirmək niyyətindədir

26-Jan-12 12:01.

Google TCP protokolunu modernləşdirmək niyyətindədir

Google şirkəti məlumatların ötürülmə sürətinin artırılması məqsədilə kompüter şəbəkələrinin, eləcə də internetin əsasını təşkil edən TCP (Transmission Control Protocol) protokoluna dəyişikliklər üzrə tövsiyələr hazırlayıb. Şirkət modernləşdirmə ilə bağlı təkliflərini baxılmaq üçün qlobal şəbəkənin əsasını təşkil edən texnologiyaların təkmilləşdirilməsi ilə məşğul olan Internet Engineering Task Force (IETF) beynəlxalq təşkilatına təqdim edib

DİN-də elektron xidmət sistemi yaxın müddətdə istifadəyə veriləcək

25-Jan-12 13:01.
DİN-də elektron xidmət sistemi yaxın müddətdə istifadəyə veriləcək

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq vətəndaşlara internet vasitəsi ilə şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, müxtəlif xarakterli arayışlar, xüsusi icazə, lisenziya almaq və s. imkanlar yaradan, bütövlükdə isə 25 istiqaməti əhatə edən elektron xidmət sistemi yaxın müddətdə istifadəyə veriləcək. Bunu Daxili İşlər Nazirliyində keçirilən geniş kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri Ramil Usubov bildirib.

Azərbaycanda bütün kəndlər optikləşdiriləcək.

24-Jan-12 16:07.

Azərbaycanda bütün kəndlər optikləşdiriləcək.

Bu göstərici üzrə ölkəmiz  dünyada birinci yerdə olacaq
 Böyük tarixi "İpək yolu"nun üzərində yerləşən Azərbaycanın əlverişli iqtisadi coğrafi mövqeyi ölkəmizə ən böyük layihələrin iştirakçısı olmaq imkanı qazandırıb. Bu layihələrdən biri də  "Trans - Asiya - Europa" (TAE) layihəsidir. Bu layihə 20-ci əsrin ən böyük tikintilərindən biri sayılır.

Çinin Şanxay şəhərindən başlayaraq Almaniyanın Frankfurt-Mayn şəhərinədək 24 min kilometrlik məsafədə uzanan bu magistral böyük əhəmiyyətə malik bir rabitə şəbəkəsidir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib

23-Jan-12 14:04.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib

Yanvarın 21-də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2011-ci ilin yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov kollegiya üzvlərini Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası çərçivəsində ölkə Prezidenti İlham Əliyevin ötən ilin iqtisadi göstəricilərini, o cümlədən informasiya-kommunikasiya sektorunun nəticələrini qiymətləndirməsi barədə məlumatlandırıb.

Genişzolaqlı internet istifadəçilərinin 60 faizindən çoxu DSL texnologiyasından istifadə edir

19-Jan-12 12:33.

Genişzolaqlı internet istifadəçilərinin 60 faizindən çoxu DSL texnologiyasından istifadə edir

Genişzolaqlı şəbəkələrin inkişaf məsələlərini öyrənən Broadband Forum sənaye təşkilatının qiymətləndirməsinə görə, genişzolaqlı internet istifadəçilərinin əksəriyyəti - 61,5 faizi veb-səhifələrə DSL texnologiyası vasitəsilə daxil olur. 19,5 faiz bunu kabel bağlantısı ilə edir, 16 faiz optik-lifə (FTTx) üstünlük verir.
Şirkət ekspertlərinin qiymətləndirməsinə görə, 2011-ci ilin üçüncü rübünün sonuna dünyada genişzolaqlı internet istifadəçilərinin sayı 581 milyon nəfəri ötüb ki, bu da ötən rüblə müqayisədə 3,08 faiz, 2010-cu ilin analoji dövrünə nisbətdə isə 12,89 faiz çoxdur, DayliComm yazır.

Görülən 379 - 384 qədər, 394 xəbərdən